İçimizdəki bakteriyalar

 
İçimizdəki bakteriyalar


İnsan bədənində orta hesabla 2 kiloqram bakteriya var. Anspress-in məlumatına görə, "Nature” elmi jurnalında ABŞ-ın "İnsan mikrobiomu" hökümət layihəsi (Human Microbiome Project (HMP)) tərəfindən əldə edilmiş maraqlı məlumatı dərc olunub.

Alimlər müəyyən ediblər ki, 90 kiloqram çəkisi olan sağlam insanın bədənində yaşayan bütün bakteriyaların ümumi çəkisi 1 – 2,7 kiloqram təşkil edir. Ümumiyyətlə, insan bədənində 10 000 növ mikrob (bakteriya, göbələk və s.) var.

ABŞ-ın Milli İnsan Genomu Araşdırma İnstitunun (National Human Genome Research Institute (NHGRI)) direktoru Erik Qrin: "Alimlər hesab edirlər ki, insanın təkcə bir hüceyrəsində 10-a qədər bakteriya hüceyrəsi var, amma onlar o qədər kiçikdir ki, bir yerə yığılsalar belə, insan bədəninin ümumi çəkisinin cəmi 1-3 faizini təşkil edirlər. Bu, o deməkdir ki, 90 kiloqram çəkisi olan insan 2,7 kiloqram bakteriyanın yaşadığı binadır”.

Məlumdur ki, insanda təxminən 22 000 gen mövcuddur. Layihənin hesablamalarına görə bədənimiz mikrobların sayəsində daha 8 milyon gen daşıyır.


Həmin layihənin iştirakçısı olan Massaçusets Texnologiya institutundan doktor Bryus Birren bildirib ki, bəzi bakteriyalar yerləşdiyi sahiblərində - insanlarda mühüm funksiyaları var. Bəzilərinin genləri insan orqanizminin sağlamlığında və inkişafında əvəzedilməz rolu olan və bir çox işləri yerinə yetirən maddələr istehsal edirlər. Məsələn, həzm sistemindəki bakteriyalar zülal və yağların mənimsənilməsinə cavabdehdilər. Onlar həm də əlavə bəzi xüsusi xeyirli birləşmələr də istehsal edirlər – məsələn alovlanmanın qarşısını alan kimyəvi maddələr.

Maraqlıdır ki, orqanizmimizin fərqli yerlərində müxtəlif növ bakteriyalar məskən salıb. Müxtəliflik ən çox dərimizin üzərində müşahidə olunur. Xüsusi qeyd edək ki, hər bir insanın mikroflorası unikaldır, özünəməxsus mikroflorası vardır.

Məlumatlar Nature jurnalında dərc olunmuş ABŞ-ın "İnsan mikrobiomu" hökümət layihəsinin hesabatından götürülüb. Bu bakteriyaların bizim həyatımızda və sağlamlığımızda mühüm rolu var. Mürəkkəb quruluşlu bu mikroorqanizmlərin təsadüfən yaranması, orqanizmdə məskən salması, faydalı xüsusiyyətlərə malik olması və həyatımızda mühüm rol oynaması təsadüflərlə izah oluna bilməz. Allah heç bir şeyi boşuna yaratmayıb, hər bir şeyin konkret məqsədi vardır!


Geri dön

Pıtırcık

  • 22 mart 2015 00:02
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
no no

XƏBƏRƏ GÖRƏ SAĞ OLUN

--------------------
http://legend.az/user/imza/

Elya Alieva

  • 18 mart 2015 10:05
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
0es3exetd5r

--------------------
UREYIM...I MEN

Mələyimin mələyi

  • 17 mart 2015 18:44
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Məlumatlar Nature jurnalında dərc olunmuş ABŞ-ın "İnsan mikrobiomu" hökümət layihəsinin hesabatından götürülüb. Bu bakteriyaların bizim həyatımızda və sağlamlığımızda mühüm rolu var. Mürəkkəb quruluşlu bu mikroorqanizmlərin təsadüfən yaranması, orqanizmdə məskən salması, faydalı xüsusiyyətlərə malik olması və həyatımızda mühüm rol oynaması təsadüflərlə izah oluna bilməz. Allah heç bir şeyi boşuna yaratmayıb, hər bir şeyin konkret məqsədi vardır!

--------------------

Bash Belası

  • 17 mart 2015 18:43
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
MaraxLıdı...

★QarA GözLüM★

  • 17 mart 2015 18:30
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrr

--------------------


(HaYeL)

  • 17 mart 2015 17:48
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
hmm duzdur no
Allah razi olsun.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}