Bu vitaminlər depressiyaya düşməyə qoymur

 
Bu vitaminlər depressiyaya düşməyə qoymur



Türkiyəli diyetoloq Gizem Akgül düzgün qidalanmağın depressiyaya düşməkdən xilas etdiyini bildirir. Onun sözlərinə görə, sağlam qidalar bir çox psixoloji problemə qarşı təsirlidir.

Depressiya insanın ümidsizliyə qapılmasına, neqativ enerjili olmasına və özünü bədbəxt hiss etməsinə səbəb olan psixoloji problemdir. Depressiyaya yaxalananların sayı hər il artır. Üstəlik, bu xəstəlik bir müddət sonra xroniki hal alır. 2020-ci ildə depressiyanın ən təhlükəli sağlamlıq problemi olacağı təxmin edilir.

Xüsusilə də B qrupu vitaminləri və D vitamini çatışmazlığı insanın depressiyaya düşməsinə səbəb ola bilir.

Gizem Akgül qidalanma rejimində dəyişiklik edərək, yəni vitamin-minerallarla zəngin qidalanaraq depressiyanı aradan qaldırmağın mümkün olduğunu bildirir.

"B-12 vitamini çatışmazlığı depressiya, yaddaşsızlıq, zehni yorğunluq, baş ağrısı kimi hallara səbəb ola bilir. Balıq, yumurta, süd və süd məhsullarında bol miqdarda B 12 vitamini var. B vitaminlər sinir sistemi və qırmızı qan hüceyrələrinin istehsalı, göz sağlamlığı üçün də vacibdir. Darı, un, noxud, mərci və quru lobya da sizi B qrupu vitaminləri ilə təmin edə bilər”.

Diyetoloq D vitamininin də əhəmiyyətini vurğulayıb: “Mərkəzi sinir sistemi üçün D vitamini də böyük əhəmiyyətə malikdir. Bu vitamin depressiyaya qarşı təsirlidir. Balıq, yumurta, göbələk, süd və süd məhsulları D vitamini baxımından zəngindir. Həmçinin, gündə 10-15 dəqiqə günəş işığına məruz qalmaqla D vitamin ehtiyacınızı tam qarşılaya bilərsiniz”.

Gizem Akgülün sözlərinə görə, depressiyanın ən böyük düşmənlərindən biri də fol turşusudur: “Fol turşusu çatışmazlığı zamanı da depressiyaya meyillilik artır. Ona görə də depressiyada olan xəstələrin müalicəsi zamanı fol turşusu ehtiva edən dərmanlardan istifadə edilir. Bu turşu ən çox noxud, lobya, mərcidə və yaşıl yarpaqlı bütün bitkilərdə olur”.

Bütün bu qidaları menyunuza daxil edərək depressiyadan qoruna bilərsiniz.


Geri dön

Humay Qarazade

  • 7 aprel 2015 14:23
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
Cox sagolun

NIGAR

  • 21 mart 2015 23:57
  • Məqalə: 633
  • Şərh: 10051
  • Bal:
{awards}
məsləhət görə sağ oluuuuuuun

--------------------
legend.az/user/imza/

(HaYeL)

  • 18 mart 2015 00:44
  • Məqalə: 60
  • Şərh: 1001
  • Bal:
{awards}
CoooX saqol ureyim=)
Allah razi olsun.

--------------------

Elya Alieva

  • 17 mart 2015 21:47
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Meslexetdir

--------------------
UREYIM...I MEN

Mələyimin mələyi

  • 17 mart 2015 21:15
  • Məqalə: 264
  • Şərh: 1831
  • Bal:
{awards}
Gizem Akgülün sözlərinə görə, depressiyanın ən böyük düşmənlərindən biri də fol turşusudur: “Fol turşusu çatışmazlığı zamanı da depressiyaya meyillilik artır. Ona görə də depressiyada olan xəstələrin müalicəsi zamanı fol turşusu ehtiva edən dərmanlardan istifadə edilir. Bu turşu ən çox noxud, lobya, mərcidə və yaşıl yarpaqlı bütün bitkilərdə olur”

--------------------

sessiz deniz

  • 17 mart 2015 20:56
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twkler canim melumata goreee

★Love World★

  • 17 mart 2015 20:55
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
{awards}
Faydalı melumata göre çooox sağolun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 32
Cəmi: 51

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 143
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}