Hər dərdin dəvası "ANA"-dır (5)

 
Hər dərdin dəvası "ANA"-dır (5)

Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.

Günəş qürub etdi… otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm: Səndən nə qaldı,
Könlümdə xatirən qara xal kimi.

Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.

Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarmı
Mən sənə qaytarım cənazəndəmi?

“Yuxun şirin olsun” – deyərdin mənə,
“Yuxun şirin olsun” – deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?

Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.

Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir…
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.

Dərdimin, qəmimin səndin ortağı, .
Niyə üz döndərdin, bəs niyə məndən?
“Dərdin mənə gəlsin!” – deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?..

Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?

Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdır, ana, ay ana,
“Nənəm hanı?” – deyir körpə Azərin,
Mən nə cavab verim, ona, ay ana?
Bilmirəm, bilmirəm bu ölüm nədir, Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.

Bu gün yeddin oldu…
anam, yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalnız sənə,
sənə deməkçün
Könlümdə nə qədər mənim sözüm var.

“Kimləri çağıraq bu gün yeddiyə?”
Xalalar, bacılar soruşur məndən.
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.

Anam, tapşırıldın ana torpağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.

Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu gün də.
Son dəfə sən mənə baxıb ağladın,
Surətim məzara getdi gözündə…

Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır…
Gün olur axşam.
Vaxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxmlaşıram.

Bəxtiyar Vahabzadə


Geri dön

Pıtırcık

  • 21 mart 2015 23:52
  • Məqalə: 443
  • Şərh: 9615
  • Bal:
ŞERƏ GÖRƏ SAĞ OL

--------------------


http://legend.az/user/imza/http://legend.az/user/imza/

coco shanel

  • 18 mart 2015 21:20
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
ay da ana ne demeydi men hec bilmiremki hec vaxt ana qaygisi gormemiwemki men bacim cox pis oldume( recourse

--------------------
sene qovuwmagcun her gun dua edirem.

(HaYeL)

  • 17 mart 2015 22:33
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
sensiz ashik,CaaaN ne durmusan get mac ele=) lol

--------------------

Elya Alieva

  • 17 mart 2015 21:59
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Waosenin bu seirlerin oldurecey meni=(
cox duyqulandim
gedim mamai mac edim e

--------------------
UREYIM...I MEN

★QarA GözLüM★

  • 17 mart 2015 21:30
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?

bele seyler pis tesir edir mene
tesekkurler

--------------------


★Love World★

  • 17 mart 2015 21:05
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH bütün ANALARA uzun ömür,can sağlığı versin,menim ANAM başda olmaqla

--------------------

Mələyimin mələyi

  • 17 mart 2015 21:04
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.

--------------------

sessiz deniz

  • 17 mart 2015 21:01
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 86

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}