Bidəti necə tanıyaq?

 
Bidəti necə tanıyaq?


Bidətin əsas xüsusiyyətlərindən biri də Quran və sünnədə heç bir möhkəm dəlilə əsaslanmamasıdır. Əgər hər hansı yeniliyin dində kökü və istinadgahı varsa, o, artıq bidət sayılmaz. Hər yeniliyin dində birbaşa nümunəsinin olması şərt deyil. Yəni vacib deyil ki, hər bir yeniliyin bənzəri dində mövcud olsun. Onun hər hansı əsas dini prinsipə əsaslanması kifayət edər ki, bidət sayılmasın.Məsələn, bəziləri İslam Peyğəmbərinin və digər müqəddəslərin doğum gününü (mövlid) qeyd etməyi bidət sayırlar. Həqiqətən, Peyğəmbərin zamanında və ondan sonrakı dövrlərdə belə bir təcrübəyə rast gəlmirik. Tarixi məlumatlara görə, ilk mövlid məclisıni Misirdə hakimiyyət sürmüş Fatimilər sülaləsinin (909-1171) nümayəndələri təşkil etmişlər. Mərasim yalnız sarayda, əyanların iştirakı ilə keçirilirdi. Fatimilər Həzrət Əlınin (ə) və Fatimeyi-Zəhranın (ə) da mövlid mərasimlərini qeyd edirdilər.Sonralar məşhur fateh Səlahəddin Əyyubinin yeznəsi, İrbil atabəyi Məlik Müzəffərüddin Gökböri (1190-1232) bu ənənəni da¬vam etdirərək, mövlid mərasimlərinin keçırilməsinə əmr verdi (1207-ci il). Bayram tədbirlərində hökmdar və saray əyanları ilə yanaşı, rəiyyət də iştirak edirdi. Hər bölgədən din alimləri, xətiblər İrbildə keçirilən mərasimə dəvət olunurdular.Bunun ardınca Məkkə, Mədinə kimi iri şəhərlərdə də Peyğəmbərin doğum gününü qeyd etmək ənənəsi yarandı. Tədbirlərin əhatə dairəsi genişlənərək başqa ərazilərə də yayıldı. Osmanlı sultanları arasında mövlidi ilk dəfə bayram səviyyəsində keçirən Sultan III Murad (1574-1595) olmuşdur. 1588-ci ildən başlayaraq, mərasimlər əvvəllər Ayasofiya camisində, daha sonralar isə Sultan Əhməd camisində təşkil edilirdi. Sadə xalq da tədbirlərə qatılırdı.İslamın ilk əsrlərində keçirilməməsinə baxmayaraq, mövlid mərasimləri İslamın heç bir şübhə doğurmayan bir prinsipindən qaynaqlanır. Bu da Peyğəmbəri və Əhli-beyti sevməkdən ibarətdir. Qurani-kərimdə Peyğəmbərlə ehtirama uyğun davranmaq, onun hüzurunda öz səsini ucaltmamaq, ona salavat və salam göndərmək, ona tabe olmaq müsəlmanlara əmr edilib. Oxşar məzmunlu hədis və rəvayətlərə də dini mənbələrdə çox rast gəlirik. Belə isə, Peyğəmbərə sevginin ifadə edildiyi, o həzrətin həyat və fəaliyyətinin təbliğ olunduğu, ruhuna salam və salavatlar deyildiyi, nətlər oxunduğu mövlid mərasimini qeyd etməyin də dinlə heç bir ziddiyyəti yoxdur; əksinə, bu, dini göstərişlərə tamamilə uyğun olan bir davranışdır.Yuxarıdakı bəhslərdə Peyğəmbərdən təqdim etdiyimiz hədislərdə də Quranın və sünnənin əhəmiyyəti vurğulandıqdan sonra yeniliklərin meydana çıxması pislənilirdi. Bu da bir daha sübut edir ki, əvvəla, “bidət” anlayışı Quran və sünnənin əhatə etdiyi mövzulara, yəni dində yaradılmış yeniliklərə şamil edilir. İkincisi, bu yeniliklərin nə Quranda, nə də sünnədə heç bir əsası və istinadgahı yoxdur.Bidət təbliğ edilir, yayılırBidəti fərqləndirən cəhətlərdən biri də onun təbliğ edilməsi və yayılmasıdır. Əgər kimsə ilahi əmrləri heç bir əsası olmadan fərqli şəkildə anladığına inanarsa, amma bunu təbliğ edib yaymazsa, bidətçi sayılmaz. Çünki bu halda onun cəmiyyətə ziyanı dəymir. Əslində bidətin günah olmasının meyarı insanları haqq yoldan azdırması ilə ölçülür. Həm Quran ayələrində, həm də hədislərdə bidətin günahından və cəzasından danışılarkən, məhz bu amil qabardılır.


Geri dön

Pıtırcık

  • 21 mart 2015 23:40
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
ALLAH RAZI OLSUN COX SAG OLUN

--------------------
http://legend.az/user/imza/

psix)

  • 19 mart 2015 15:25
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah razi olsun

--------------------
......

★QarA GözLüM★

  • 18 mart 2015 18:16
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------


Bash Belası

  • 18 mart 2015 17:00
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah razı oLsun=)

Mələyimin mələyi

  • 18 mart 2015 16:25
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
ALLAH razı olsun...

--------------------

★Love World★

  • 18 mart 2015 14:29
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH razı olsun....Çooox gözel meqaledi.. love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 44

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}