Hədislər

 
Hədislər



• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Sənə əmanət buraxanın əmanətini geri ver. Sənə xəyanət edənə sən xəyanət etmə!” (Sünənü Əbi Davud, Kitabul-Buyu, 3534; Sünənüt-Tirmizi, Babul-Buyu, 1264)

• Abdullah ibn Ömər rəvayət etmişdir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Hamınız bir çobansınız və hamınız qorumağa məcbur olduğunuz şeyə görə cavabdehsiniz. İnsanların başında idarəçi olan kimsə bir çobandır və o, idarəsi altındakı kimsələrdən məsuldur. Kişi, ailəsi üzərində bir çobandır və o, əli altındakı şəxslərdən (həyat yoldaşından, uşaqlarından məsuldur. Bir şəxsə xidmət edən adam (işçisi), sahibinin (işverən, iş sahibi) malı üstündə bir çobandır və o, özünə əmanət edilən maldan məsuldur. Diqqət edin! Hamınız bir çobansınız və hamınız qorumağa məcbur olduğunuz şeydən məsuliyyət daşıyırsınız.” (Səhihi-Buxari, C. 1, səh.215; Səhihi-Muslim, C. 6, səh. 20)

• Əbul-Cəvza nəql edir: Həsən ibn Əliyə; “Rəsulullahdan nə əzbərlədin?” deyə soruşdum, mənə bu cavabı verdi: Ondan (Rəsulullahdan) bunu əzbərlədim: “Sənə şübhə verən şeyi tərk et, əmin olduğun şeyə çatana qədər. Çünki sidq, qəlbin əmin olmasıdır; yalan isə şübhədir.” (Sünnəi-Tirmizi, Babül-Qiyamə, 2520; Sünəni-Nəsai, Kitabül-Əşribə, 327)

• İbn Ömər rəvayət etmişdir. Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Kim, haqsız yerə zülmlə bir qarış torpaq ələ keçirirsə, qəsb etdiyi torpaq parçası, onu qiyamət günü yeddi qat yerin dibinə batıracaqdır.” (Səhihi-Buxari, Kitabul-Məzalim, 13.)

• Əbu Şüreyh rəvayət etmişdir: Peyğəmbər (s.ə.s): “Vallahi iman etmiş olmaz! Vallahi iman etmiş olmaz! Vallahi iman etmiş olmaz!” buyurdu. “Bu (iman etmiş olmayan) kimdir, ya Rəsulallah?” deyə soruşuldu. Peyğəmbər Əfəndimiz: “Şərindən, zülmündən qonşusunun əmin (dinclikdə, hüzurda) olmadığı adam” deyə cavab verdi. (Səhihi-Buxari, Kitabul-Ədəb, C.7, səh.78.)

Ticarət hiylə və rüşvətə aid seçmə hədislər


• Əbu Səid əl-Xudri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Güvənilən və doğruluqdan ayrılmayan ticarət əhli; peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə bərabərdir (axirətdə onlarla birlikdə olacaqdır).” (Sünəni-Tirmizi, Babul-Buyu, 1208, Sünən İbn Mace, Kitabut-Ticarət, 2139.)

• Hakim ibn Hazim (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Al-ver edən iki insan, bu al-veri doğruluq üzrə edərlər və (əgər malda qüsru varsa o) qüsuru açıqlayarlarsa, alış-verişləri hər ikisi üçün də mübarək qılınır (bərəkətli olur). Əgər yalan söylərlər və (maldakı) qüsuru gizləyərlərsə, müəyyən bir qazanc qazansalar belə alış-verişlərinin bərəkətini itirərlər.” (Səhihi-Buxari, Kitabul-Buyu, 19, 22, 44; Səhihi-Müslim, Kitabul-buyu, 532; Sünənü Əbi Davud, Kitabul-Buyu, 3459.)

• İbn Ömərdən alınan bir rəvayətdə o, belə demişdir: “Rəsulullah (s.ə.s); satıcının malını tərifləməsini və malın, daha bazara çatmadan (mal bazara gətirilmədən ) yolda satın alınmasını qadağan etdi.” (Səhihi-Buxari, Kitabul-Buyu, 71; Səhihi-Muslim, Kitabul-Buyu, 1518; Sünənü Əbi davud, Kitabul-İcarə, 3436; Sünənün-nəsai, Kitabul-Buyu, 257.)

• İbn Ömər (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: «Birinizin satışı üzərinə başqası satış etməsin.» (Səhihi-Buxari, Kitabul-Buyu, 57,64,70; Səhihi-Müslim, kiabul-Buyu, 1412; Sünənü Əbi Davud, Kiabul-buyu 3436.)

• Əbu Hüreyrə rəvayət edir: Rəsulullah (s.ə.s) belə buyurdu: “(Alıcı olmadığınız halda qiymət qızışdırmaq üçün) müştəri ilə satıcının arasına girməyin” (Səhihi-Buxari, Kitabul-Buyu, 58; Səhihi-Müslim, Kitabul-Buyu, 1515.)

• Hakim ibn Hazim (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Təharətsiz heç bir namaz, xəyanətlə əldə edilmiş maldan da sədəqə qəbul olunmaz.” (Səhihi-Müslim, Kitabut-Təharə, 224.)

• Əbu Hüreyrədən rəvayət edilir: (bir gün) Hz. Peyğəmbər (s.ə.s) ərzaq satan bir nəfərin yanına gəldi. Ona; “Bunu necə satırsan?” -deyə soruşdu. O da izah etdi. Bu əsnada Rəsulullaha, əlini satılan ərzağın içinə batırması vəhy edildi. Rəsulullah əlini ora batıranda, qida maddəsinin alt tərəfi nəm idi. Bundan sonra Rəsulullah belə buyurdu: “Alış- verişdə, hər işində) hiylə edib aldadan adam bizdən deyildir.” (Sünəni-Tirmizi, Babul-Buyu, 1315.)

• Əbul-Hamradan rəvayət edimişdir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Bizi aldadan, bizdən deyildir” (Sünənü İbn Macə, Kitabul Buyu, 2225.)

• Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: (rüşvət alan bir hakim haqqında) belə buyurdu: Xalq arasında (rüşvət və haqsızlıqla) hökm verən heç bir hakim yoxdur ki, qiyamət günündə bir mələk onu, ənsəsindən tutmuş olaraq gətirməsin. Sonra mələk, başını səmaya (göy üzünə doğru) qaldırar. Əgər mələyə; “Onu at!” deyən olursa mələk onu, cəhənnəmin, dibinə qırx ildə ancaq çata bilən bir çuxura atar” (İbrahim Canan, Hədis Ensiklopediyası, c. 17, səh. 274-275.)

• Abdullah ibn Əmrdən (r.a) rəvayət olunur: “Hz. Peyğəmbər (s.ə.s), rüşvət alana da verənə də lənət oxudu.” (Sünəni-Tirmizi, Babul-Ahkam, 9)

Ədəb, həya və doğruluğa aid seçmə hədislər


• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Möminlərin iman baxımından ən kamil olanı, əxlaq baxımından ən gözəl olanıdır. Sizin xeyirliniz də ailəsinə xeyirli olanınızdır.” (Sünəni-Tirmizi, Babür-Rada, 1162; Sünəni Əbi Davud, Kitabus-Sünnə, 4682)

• Əbud-Dərda (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qiyamət günü möminin mizanında gözəl əxlaqdan daha ağır basan bir şey yoxdur.” (Sünəni-Tirmizi, Babul-Birr, 2003; Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4799).

• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim.(” Əs-Süyuti, əl-Camius-Səğir, C. 1, səh 177.)

• Hz. Ayişə, Peyğəmbərimizin əxlaqının Quran əxlaqı olduğunu ifadə etmişdir. (Səhihi-Müslim, Kitabul-Müsafirun, 139.)

• Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Uşaqlarınıza, lazımi şəkildə ikram edin. Onları gözəl tərbiyə edin.” (Sünəni İbn Macə, 7091; Hədis Ensiklopediyası (Kütübi-Sittə), C. 17, səh. 488.)

• Əbud-Dərda (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Allah Təala çirkin və alçaq söz və davranış sahiblərinə qəlbən düşmənçilik göstərər.” (Sünəni-Tirmizi, Babül-Birr, 2004; Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4799.)

• Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ədəbsizlik və çirkin söz, girdiyi şeyi çirkinləşdirir. Həya isə girdiyi şeyi gözəlləşdirir.” (Sünəni-Tirmizi, Babul-Birr, 1975; Sünəni İbn Macə, Kitabuz-Zühd, 4185)

• Zeyd ibn Talha (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər dinin özünə xas bir əxlaqı vardır. İslamın əxlaqı həyadır.” (Sünəni İbn Mace, Kitabuz-Zühd, 4181.)

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İman yetmiş şöbədir; həya da imandan bir şöbədir” (Səhihi-Buxari, Kitabul İman, 3; Səhihi-Müslim, Kitabul-İman, 35,36)

• Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Doğruluq, insanı (Allahı razı edəcək) yaxşılığa götürər; yaxşılıq da cənnətə götürər. İnsan, daima doğrunu söylər və doğru olanı axtararsa nəticədə Allah qatında siddiq (doğru sözlü) deyə yazılar...” (Səhihi-Buxari, Kitabul-Ədəb, 69; Səhihi-Müslim, Kitabul-Birr, 2606; Sünənü Əbi Davud, Kitabul Ədəb, 4989.)

• İbn Məsudun (r.a) rəvayətinə görə Peyğəmbər (s.ə.s) demişdir: «Həqiqətən doğru danışmaq əməlisalehliyə aparır, əməlisalehlik də Cənnətə. Bir bəndə o vaxta qədər doğru danışar ki, Allah dərgahında onun adı doğru danışanlar siyahısına yazılar. Həqiqətən yalan danışmaq günaha aparır, günah da Cəhənnəmə. Bir bəndə o vaxta qədər yalan danışar ki, onun adı Allah dərgahında yalançılar siyahısına yazılar» «Buxari, 6094-cü hədis» «Muslim, 6579-cu hədis»

Çalışmaq, tənbəllik, israf və təsərrüfə aid seçmə hədislər

• Miqdam ibn Mədikərbin (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Heç bir adam, öz əlinin əməyini (çalışaraq, işləyərək qazandığını) yeməkdən daha xeyirli bir şey əsla yeməmişdir. Allahın Peyğəmbəri Davud (ə) da əlinin əməyini (çalışaraq qazandığını) yeyərdi.” (Səhihi-Buxari, Kitabul-Buyu, C. 3, s. 9; Sünəni İbn Mace, Kitabut-Ticarət, 2138)

• Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İnsanların hümmət cəhətlə ən ulusu, həm dünya işinə, həm də axirət işinə səy göstərən mömindir” (Sünən-İbn Mace, Ktiabut-Ticarət, 2143.)

• Abdullah ibn Ömər (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İşçinin maaşını, təri qurumadan əvvəl verin.” (Sünəni-İbn Mace, Babür-Ruhun, 2143.)

• Ənəs ibn Malik nəql edir. Hz. Peyğəmbər (s.ə.s) belə deyərdi (dua edərdi): “Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, düşkünlük dərəcəsinə enən ixtiyarlıqda və xəsislikdən sənə sığınıram.” (Səhihi-Buxari, Kitabud-Daavat, 38, 40, 42; Səhihi-Müslim, Kitabuz-Zikr, 2706; 10)

• Əmr bin As (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İsraf etmədən və kibirlənmədən yeyin, sədəqə verin və geyinin.” (Səhihi-Buxari, Kitabul-Libas, 1.)

• Muğirə bin Şubə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “... Allah sizin üçün; dedi-qodunu və faydasız sözləri, çox sual verməyi, malı lazımsız yerə xərcləyib israf etməyi çirkin saydı.” (Səhihi-Buxari, Kitabul-Buyu, c. 3, səh. 87)

• Muğirə bin Şubə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İnsanların çoxunun aldandığı və qiymətini bilmədiyi iki nemət vardır: Səhhət və boş vaxt” (Səhihi-Buxari, Kitabur-Riqaq, c. 7, səh. 170)

• Abdullah ibn Əmr (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Müsəlman olub da özünə kifayət qədər rizq verilmiş olan və Allahın verdiyinə qənaət edən şəxs mütləq qurtulmuşdur.” (Səhihi-Müslim, Kitabuz-Zəkat, 43)

Yalan, iftira, söz gəzdirmək və qeybətə aid seçmə hədislər


• İbn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qul, yalan söyləməyə və yalan söyləmə niyyətini daşımağa davam edərsə bir an gələr ki, qəlbində qara bir nöqtə görünür; sonra bu nöqtə böyüyür və qəlbinin tamamı qap-qara olur. Sonunda, Allah qatında yalançılardan yazılır.” (İbrahim Canan, Hədis Ensiklopediyası, C. 14, səh. 363)

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki, yalan söyləməyi və yalanla iş görməyi tərgitməzsə, o adamın yeməsini, içməsini tərk edib ac qalmasına Allahın ehtiyacı yoxdur.” (Səhihi-Buxari, “Kitabus-Savm”, c. 2, səh. 228; Sünəni Əbu Davud, Kitabu Savm, 2362)

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “... Müsəlman Müsəlmanın qardaşıdır; ona xəyanət etməz, ona yalan söyləməz və onu sahibsiz buraxmaz... Müsəlmanın hər şeyi; namusu, malı və qanı müsəlmana haramdır...” (Səhihi-Müslim, Kitabul-Birr vəs-Sila, 2564; Sünəni-Tirmizi, Babül-Birr vəs-Sila, 1992.)

• İbn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Yalan, insanı həddi aşmağa götürür; həddi aşmaq da atəşə götürür. İnsan yalan söyləməyə davam edər və daima yalanı araşdırarsa (hər şeydə yalançılıq edərsə) sonunda Allah qatında “yalançı” olaraq qeyd edilir.” (Səhihi-Buxari, Kitabul-Ədəb, 69; Səhihi-Müslim, Kitabul-Birr, 2606; Sünənü Əbi Davud, Kitabul Ədəbi, 4989; Sünənüt-Tirmizi, Babül-Birr, 1972.)

• Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən böyük günahlardan biri, bir müsəlmanın namusuna dil uzadaraq haqsız yerə ona iftira etməkdir.” (Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4773.)

• Səid ibn Zeyd (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən çox vəbal və günaha səbəb olan şey, Müsəlmanın namusunu (namus və şəxsiyyətini) narahat etməkdir.” (Sünənü Əbi Davud, Kitabul Ədəb, 4876.)

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İnsanların ən şərlisi, bir qrup insanın yanına bir üzlə, başqa bir qrup insanların yanına isə başqa bir üzlə gələn ikiüzlülərdir.” (Səhihi-Buxari, Kitabul-Ədəb, C. 7, səh. 87.)

• Əsma Bint Yeziddən rəvayət edildiyinə görə o, belə demişdir: Hz. Peyğəmbər (s.ə.s); “Sizə, ən pislərinizi xəbər verimmi?” dedi. Oradakılar; “Bəli, xəbər ver!” dedilər. Rəsulullah (s.ə.s) belə buyurdu: “Dedi-qodu edənlər, bir-birlərini sevən insanların arasını pozanlar, insanları bir-birindən ayrı düşürmək istəyənlər.” (Əxlaqi Hədislər, C. 1, səh. 338)

• Hüzeyfə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Söz gəzdirən adam cənnətə girə bilməyəcək.” (Səhihi-Buxari, Kitabul-Ədəb, C. 7, səh. 86; Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4771; Sünəni-Tirmizi, Babül-Birr, 2027.)

• Əbu Hüreyrədən rəvayət edilmişdir. Rəsulullah (s.ə.s); “Qeybət nədir, bilirsinizmi?” deyə soruşdu. Oradakılar; “Allah və Rəsulu daha yaxşı bilər” dedilər. Rəsulullah (s.ə.s) belə buyurdu: “Qeybət, din qardaşını, onun xoşuna gəlməyəcəyi bir sözlə anmaqdır”. Oradakılardan biri; “Söylədiyim şeyin, qardaşımda mövcud olduğunu görürsəm yenə qeybət olarmı?” deyə soruşanda Rəsulullah belə buyurdu: “Əgər söylədiyin şey, qardaşında varsa qeybət etmiş olarsan. Əgər söylədiyin şey onda yoxsa ona iftira atmış olarsan.” (Səhihi-Müslim, Kitabul-Birr 2589; Sinənü Əbi Davud, Kitabul-Ədəb, 4874; Sünənit-Tirimizi, Babül-Birr, 1935.)


Geri dön

RoMaNTiK SerSeRi

  • 17 fevral 2012 20:29
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

music_angel

  • 4 sentyabr 2011 17:06
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
vAllah razi olsun

--------------------

R.M_FaNaTka

  • 29 iyun 2011 13:42
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
[u][/u]tesekkurler

--------------------

_RONALDO_

  • 26 may 2011 22:19
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
Tewekkurler cox gozel ve deyerli Hedisler ucun...ALLAH RAZI OLSUN!!!

--------------------

samir_252

  • 15 may 2011 20:40
  • Məqalə: 45
  • Şərh: 1598
  • Bal:
{awards}
Tewekkurler cox gozel ve deyerli Hedisler ucun...ALLAH RAZI OLSUN!!!

_RONALDO_

  • 8 may 2011 16:51
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
Tewekkurler cox gozel ve deyerli Hedisler ucun...ALLAH RAZI OLSUN!!!

--------------------

_RONALDO_

  • 3 may 2011 22:10
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
Tewekkurler cox gozel ve deyerli Hedisler ucun.

--------------------

_RONALDO_

  • 7 mart 2011 14:39
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
Elaaa tesekurler

--------------------

::..ONSLAUGHT::..

  • 4 mart 2011 23:25
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
xebere gore twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 2 mart 2011 18:50
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
xebere gore twk

--------------------

::..ONSLAUGHT::..

  • 1 mart 2011 23:07
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
deyerli yaziya gore twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

фея

  • 28 fevral 2011 21:26
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
Sitat: ZEHRA
Dəyərli yazı üçün cox sagolun Allah razı olsun


--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

::..ONSLAUGHT::..

  • 28 fevral 2011 20:10
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
deyerli yaziya gore twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 28 fevral 2011 19:26
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
deyerli yaziya gore twk

YazYamuru

  • 28 fevral 2011 19:04
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
Sitat: ZEHRA
Dəyərli yazı üçün cox sagolun Allah razı olsun


--------------------



ZEHRA

  • 28 fevral 2011 18:56
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
Dəyərli yazı üçün cox sagolun Allah razı olsun

_RONALDO_

  • 28 fevral 2011 17:57
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

--------------------

::..ONSLAUGHT::..

  • 28 fevral 2011 17:55
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Grace_Angel

  • 28 fevral 2011 17:07
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler cox gozel ve deyerli Hedisler ucun...ALLAH RAZI OLSUN!!!

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 51
Cəmi: 70

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 146
 
ραყιȥ
Xəbərləri: 48
Cəmi: 128
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 786
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 28
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}