Bakıya yağış, rayonlara qar yağacaq

 
Bakıya yağış, rayonlara qar yağacaq


Martın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.


Tibbi-meteoroloji proqnoza görə, martın 20-21 də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.


Geri dön

Pıtırcık

  • 21 mart 2015 22:50
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
məlumat üçün sağ olun

--------------------
http://legend.az/user/imza/

psix)

  • 21 mart 2015 01:34
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
xeber ucun sagolun

--------------------
......

Mələyimin mələyi

  • 20 mart 2015 21:43
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

--------------------

(HaYeL)

  • 20 mart 2015 17:14
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Haçan gəlireee bu YaaaaY öldümeeee=( wassat
Allah razi olsun.

--------------------

AyKe

  • 20 mart 2015 15:14
  • Məqalə: 1
  • Şərh: 1008
  • Bal:
{awards}
Boooy ...nevaxt yay gelecek ((

Tesekkur

--------------------
Ölünce sevemezsem seni._____________*

★QarA GözLüM★

  • 20 mart 2015 14:42
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
Tesekkurler

--------------------


♔ Rapuиzel ♔

  • 20 mart 2015 13:50
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
BUYURUN.........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 54
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 386
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 331
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}