Kərbəla "şotkası"na müqəddimə və sözardı

 
Kərbəla "şotkası"na müqəddimə və sözardı



Bir neçə gün öncə sosial şəbəkələrdə bir video yayıldı. Sifət cizgiləri görünməyən şəxs əyani surətdə “eksperiment” nümayiş etdirərək sübuta yetirirdi ki, Kərbəladan gələn möhür “canlı” olduğu üçün mobil telefonun sensorlarına təsir göstərmək qabliyyətinə malikdir. Digər möhürlər isə bu fenomendən məhrumdurlar.Daha bir neçə gün ötdü və sosial mediada “cavab” videosu yayıldı. Yenə də sifət cizgiləri görünməyən insan bu dəfə eyni eksperimenti möhürlə deyil, şotka ilə “həyata” keçirdi. Guya Kərbəla şotkası digərlərindən daha üstündür və s. Bir sözlə - məlum məzhəb davamçıları təhqir olundu.Bəlkə də bu hadisələrin üstündən ötüb keçmək, diqqət yetirməmək mümkün idi. Əgər olay dini cameədəki xoşagəlməz tendensiyanın tərkib hissəsi olmasaydı.Əvvəla qeyd etmək istərdik ki, zərrə qədər Kərbəla torpağının fəziləti, Kərbəla türbətinin möcüzəvi xüsusiyyətlərinə şübhə etmirik. Bunu bir aksiom kimi qəbul edək. Daha sonra isə şotka videosuna yazılan şərhlərə keçək. Qəribədir ki, əksər dindarlar paylaşanları Allahın qəzəbi ilə hədələyir, onlara lənət oxuyur. Halbuki, hələ birinci video paylaşıldıqda buna reaksiya vermək, düzgün qiymətləndirmək lazım idi. Məgər Kərbəla torpağı, imam Hüseyn (ə) belə ucuz tryuklara ehtiyac duyurlar? 14 əsrdir Kərbəla məktəbi, şəhidlərin məhəbbəti müsəlmanların qəlbində yaşayır. Məgər mobil telefon “möcüzəsi” bunu daha da artıracaqdı? Əlbəttə ki, yox.Məsələ burasındadır ki, elə ilk videonu da , “şotka” videosunu da eyni müəllifin ərsəyə gətirməsi mümkündür. Məqsəd - ənənəvi məzhəbləri təhqir etmək, cəmiyyətdə təkfir ideologiyasını yaymaq. Və atılan bu qarmaq çox asanlıqla dini cameə tərəfindən “uduldu”: müxtəlif şərhlər, salavatlar, şüarlar. Halbuki, bu iddianın sadə cəfəngiyyat olduğunu anlamaq və yoxlamaq elə də çətin deyildi: telefonun sensoru istər Kərbəla, istər İran, istərsə də Bakı torpağına eyni reaksiya verir. Bu hələ harasıdır? Biz 50 qəpiklə də, başqa mobil telefonla da sensoru “oyada” bildik. Amma dindarlar sözügedən videonu yaydılar, şüurlu və ya şüursuz şəkildə təxribata vasitə oldular.Eyni zamanda dini cameədə cahilliyin və mövhümatın at oynatmasını sübuta yetirdilər. Hətta möhürlərlə bağlı videonu bu “möcüzəyə” inamı olan kəs hazırlasa belə, bunu yaymaq yenə cəhalət və dar düşüncənin bariz nümunəsidir. Bəli, indi 21-ci əsrdir, informasiya əsridir, hər şey müasirləşir. Amma dini müasirləşdirmək, Allahın mövcudluğunu, Quran, Peyğəmbər və Əhli-Beytin möcüzəsini guya elmi dəlillərlə sübut etmək naminə şəxsi təşəbbüs göstərərək həm dini, həm də dindarları məsxərəyə qoymaq yolverilməzdir. Unutmayaq ki, hər əmələ görə Qiyamətdə cavab veriləcək. Düşmənlərin təxribatına uymamaq, dəyirmanlarına su tökməməklə yanaşı özümüz də qafilliyimiz, elmsizliyimiz və nadanlığımız üzündən özümüzü məhv edən baltaların sapına çevrilməyək.



Geri dön

Mene_Sevmeyi_Oret

  • 26 mart 2015 01:10
  • Məqalə: 21
  • Şərh: 148
  • Bal:
Tesekkurler

--------------------
-нərdəɴ oɴυ ғιĸιrləşιв ɢözəl хəyαllαr qυrαrѕαɴ
αмα
ѕoɴrα
'' o нαrα,мəɴ нαrα '' deyιв вιr ѕιqαreт
yαɴdırαrѕαɴ !

sessiz deniz

  • 22 mart 2015 21:29
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnn

★QarA GözLüM★

  • 22 mart 2015 11:18
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
Tesekkurler Melumata Gore

--------------------


Pıtırcık

  • 21 mart 2015 21:55
  • Məqalə: 385
  • Şərh: 9503
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

menim aşkim

  • 21 mart 2015 21:45
  • Məqalə: 0
  • Şərh: 346
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

sessiz deniz

  • 21 mart 2015 21:23
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnn

(HaYeL)

  • 21 mart 2015 21:22
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
..........Allah razi olsu.........

--------------------

KaPiTaKa

  • 21 mart 2015 20:14
  • Məqalə: 0
  • Şərh: 78
  • Bal:
{awards}
Allah razi olsun

Mələyimin mələyi

  • 21 mart 2015 20:03
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

psix)

  • 21 mart 2015 19:03
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah razi olsun ellerin derd gormesin

--------------------
......

Bash Belası

  • 21 mart 2015 18:28
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah Razı Olsun...

Awk bir hayal

  • 21 mart 2015 18:14
  • Məqalə: 137
  • Şərh: 2783
  • Bal:
{awards}
Allah razi olsun Meqaleye gore twklerr

::KuMsAl::

  • 21 mart 2015 18:03
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
twk gozelmiw)))

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 47

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}