Hələ ki, yollar var, hələ ki varsan..

 
Hələ ki, yollar var, hələ ki varsan..


Yaz səhərinin ilıq mehi qoynuna dolur, könlündə bir rahatlıq, bir asudəlik hiss edirsən. Qollarını ata-ata gedirsən küçə boyunca. Adamların uzaqdan səni görən kimi pıçıldamasından bilirsən ki, tanıyıblar, səndən danışırlar. Yanından cavan qızlar keçir, qocalar, körpə uşaqlar keçir. Uşaq səni görən kimi haray- həşir qoparır: - Ay ana, axşam mən bu əmini televizorda gördüm. Sən də uşağa yüngülcə təbəssüm eləyib, yoluna davam edirsən. Tanımadığın birisi sənə salam verir. Salamını ədəblə alırsan, sonra da təmkinlə keçib gedirsən. Amma fikirləşirsən ki, sən onu haradasa görmüsən. Bir qədər fikirləşəndən sonra bu fikri başından qovursan: “Əşi nə bilim kimdir axı...” Gedirsən, sağından-solundan adamlar keçib-gedir. Yanından keçən birisi sənə əhəmiyyət vermir və hiss eləyirsən ki, sənin ona acığın tutub. Axı niyə?- Çünki səni tanımadı, salam vermədi, salam bir yana qalsın, heç təbəssüm də eləmədi. Sonra da düşünürsən ki, niyə də təbəssüm eləməlidir axı?- Lap tutaq ki, səni tanıdı, kim olduğunu da bildi, amma ürəyi istəmədi deyə nə salam verdi, nə də yaltaq-yaltaq üzünə hırıldadı. Demək mərd adamdı, beləsi ilə yoldaşlıq eləməyə dəyər. Yoxsa, adamların üzü elə dönüb ki, dörq tərəfinə yalmanır, hər kəsdən təmənna umurlar. Vəzifəli qohuma, işdə müdirə, pullu qonşuya o qədər yaltaq salam verirlər ki, sonra özləri də bilmədən dönüb olurlar professional yaltaq. Bu işi elə mənimsəyirlər ki, bir zaman ayılırlar ki, evdə arvada da yaltaqlanırlar. “Halal olsun bu kişiyə, tanısa da əhəmiyyət vermədi, keçdi”İnsanlar keçir yanından bu yaz səhərində, hərə bir ovqatda, hərə bir düşüncədə. Canını zorla sürüyəni də var, getdiyi yerə quş kimi uçanı da. Kimi gecə növbəsindən qayıdır, kimi təyyarənin səhər reysi ilə qürbətdən dönüb, kimsəyə də xəbər verməyib ki, gəlişi sürpriz olsun. Tələsmirsən, aram-aram, asta-asta addımlayırsan. İşə çatıb camaatla salamlaşacaqsan, sonra kabinetə keçəcəksən, çay gətirəcəklər, sən də bu gün oxuyacağın mətnlərı alıb gözdən keçirəcəksən. Gedirsən bu yaz səhərində, içində bir rahatlıq duyğusu var. Nədənsə birdən arzu edirsən ki, elə hey bu cür gedəsən... gedəsən, gedəsən, bu yol da qurtarmaya. Sonra da istəyirsən ki, kaş qarşına çıxanların hamısını tanıyasan, onlar da səni tanıyalar. Hamı ilə də hal-əhval tutasan, şirin-şirin görüşəsən. Gedirsən küçə boyunca. Adamlar keçir sağından, solundan. Hərəsi bir niyyətlə, hərəsi bir ovqatla evdən çıxıb. Hamı səfərdədi, hamı yol gedir. Yollar xeyrə aparsın! 


Geri dön

Elya Alieva

  • 2 aprel 2015 14:25
  • Məqalə: 115
  • Şərh: 7036
  • Bal:
Allax razi olsun

--------------------
EVLİ MUTLU .......

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦

  • 1 aprel 2015 11:00
  • Məqalə: 1154
  • Şərh: 319
  • Bal:
{awards}
Hələ ki, yollar var, hələ ki varsan..

--------------------


İNSTRAGRAM ADRES : seymur_sonmez

Mene_Sevmeyi_Oret

  • 26 mart 2015 04:32
  • Məqalə: 21
  • Şərh: 148
  • Bal:
{awards}
Tesekkurler

--------------------
-нərdəɴ oɴυ ғιĸιrləşιв ɢözəl хəyαllαr qυrαrѕαɴ
αмα
ѕoɴrα
'' o нαrα,мəɴ нαrα '' deyιв вιr ѕιqαreт
yαɴdırαrѕαɴ !

sessiz deniz

  • 22 mart 2015 21:23
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsunnnnnn

Mələyimin mələyi

  • 22 mart 2015 16:59
  • Məqalə: 264
  • Şərh: 1831
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

psix)

  • 22 mart 2015 16:43
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
alah razi olsun
allah yardimcin olsun

--------------------
......

Darling

  • 22 mart 2015 13:46
  • Məqalə: 929
  • Şərh: 11558
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

★QarA GözLüM★

  • 22 mart 2015 13:39
  • Məqalə: 96
  • Şərh: 882
  • Bal:
{awards}
TESEKKURLER ALLAH RAZI OLSUN

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 57
Cəmi: 83

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 152
 
The Shield
Xəbərləri: 47
Cəmi: 307
 
Darling
Xəbərləri: 43
Cəmi: 929
 
aytc.sza
Xəbərləri: 34
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 17
Cəmi: 76
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
CaKoNDa
Xəbərləri: 6
Cəmi: 6
 
 
{slinks}