Yaz gəldi, vitamin çatişmamazlığından əziyyət çəkirsiniz? Onda bu xəbəri oxuyun.

 
Yaz gəldi, vitamin çatişmamazlığından əziyyət çəkirsiniz? Onda bu xəbəri oxuyun.


Hər il yaz başlayarkən insanlar tez-tez iştahasızlıqdan, əsəbilikdən, yorğunluqdan, təkrarlanan soyuqdəymələrdən əziyyət çəkməyə başlayırlar.
Saçlar tökülməyə başlayır və parıltısını itirir, dırnaqlar çox kövrək olurlar. Bütün bunlar yaz avitaminozun əlamətləridir.
Təbii ki, bu zaman vitaminlərin kəskin çatmamasından söhbət gedə bilməz. Vitaminlərin kəskin çatmaması insan orqanizmi üçün çox təhlükəli haldır ki, hətta insanın həlak olması ilə nəticələnə bilər. Beləliklə, "avitaminoz" deyəndə biz adətən vitamin və mikroelementlərin qismən çatmamasını nəzərdə tuturuq. Daha dəqiq desək, söhbət hipovitaminozdan və hipomikroelementozdan gedir.
Niyə hipovitaminoz bizi məhz yazda yaxalayır? Məsələ ondadır ki, qışda biz qidadan bütün bizə lazım olan vitamin və mikroelementləri ala bilmirik.
Son zamanlar dükanlarda hətta qışda, demək olar ki, bütün meyvə və tərəvəzləri tapmaq olur. Lakin bir neçə ay ərzində saxlanılan bu meyvə və tərəvəzlərdə vitamin və mikroelementlərin çox hissəsi itirilmiş olur.
Hipovitominozun simptomları:
- Dişlərin təmizlənməsi zamanı damaqların qanaması,
- Əmək qabiliyyətinin və diqqətin azalması, iştahanın və yuxunun pozulması,
- Dodaqların qıraqlarında əmələ gələn çatlar,
- Üz dərisinin quru və solğun olması, qabıq vermə, sızanaqlar,
- Saçların tökülməsi, kəpəyin əmələ gəlməsi,
- Tez-tez təkrarlanan soyuqdəymələr,
- Xroniki xəstəliklərin kəskinləşməsi.

Avitominozun bir xarakterik xüsusiyyəti də var ki, simptomatik müalicə insana kömək etmir: üz və saç üçün maskalar təsirsiz olur, sakitləşdirici preparatlar sakitləşdirmir, qəhvə gümrah etmir və s. Orqanizm vitamin və mikroelementlərin bərpa olunmasını tələb edir.
Yazda insanda tez-tez A, B qrupu,C, D, E vitamilərinin çatmaması müşahidə olunur. Demək lazımdır ki, məhz bu vitaminlər insanın orqanizmi üçün ən vacib olanlardır.
A vitamini dəri və damarların normal vəziyyətini təmin edir, gözlərimiz üçün çox vacibdir, cinsi hormonların sintezində və orqanizmin bütün toxumalar hüceyrələrin inkişafında böyük rol oynayır.
B qrupuna aid olan vitaminlər mərkəzi və periferik sinir sisteminin normal fəaliyyətini təmin edir, əzələlər üçün vacibdir, zülal mübadiləsini yaxşılaşdırır, bütün toxumaları oksigenlə "doyuzdurur".
C vitamini - tanınmış antioksidantdır. Bu vitamin bizim immun sistemimizin normal fəaliyyəti üçün çox vacibdir, tez-tez təkrarlanan soyuqdəymələrlə və s. xəstəliklərlə mübarizədə böyük rol oynayır. Bundan əlavə bu vitamin damarların və birləşdirici toxumanın elastikliyini təmin edir, digər vitaminləri dağılmasından qoruyur.
E vitamini ümümi maddələr mübadiləsində aktiv iştirak edir, orqanizmi toksinlər, şlaklar və s. zərərli maddələrdən təmizləməsinə kömək edir, insan reproduktiv sisteminin normal işləməsinə kömək edir.
Adətən yazda insan orqanizmi vitaminlərdən əlavə mikroelementlərin çatmamasından da əziyyət çəkir. Bu mikroelementlərin sırasında:
- dəmir (zəiflik, saçların tökülməsi, üz dərisinin solğun olması);
- yod (yaddaşın pisləşməsi, ödemlər, əsəbilik, yuxululuq);
- selen (yorğunluq, saçların tökülməsi);
- kalsium (dırnaqların kövrək olması, saçların tutqun görünməsi);
- maqnezium (əsəbilik, əzələlərdə qıcolmalar);
- kalium (başgicəllənmələri, zəiflik, əzələlərdə qıcolmalar).

Əgər siz özünüzdə yuxarıda sadalanan simptomları müşahidə edirsinizsə, tez bir zamanda rasionunuzda müəyyən dəyişikliklər edin və polivitamin komplekslərin qəbuluna başlayın.
Polivitaminlərə gəldikdə deyə bilərik ki, hal-hazırda onların haqqında müxtəlif fikirlər söylənilir - "sintetik vitaminlər orqanizmə təsir etmir", "belə vitaminlər faydasızdır" və s. Lakin bu heç də belə deyil. Müasir vitaminlər çox keyfiyyətli və təsirli preparatlar olub, demək olar ki, 100% hallarda allergik reaksiyalara səbəb olmur və orqanizmə heç bir mənfi yanaşı təsir etmir.
Şübhəsiz ki, təbii vitaminlər sintetik vitaminlərdən yaxşıdır. Lakin yazda meyvə və tərəvəzlərdə vitaminlərin miqdarı çox az olduğuna görə siz yalnız sintetik vitaminlərin köməyi ilə orqanizminizdə yaranan hipovitaminozun öhdəsindən gələ bilərsiniz.
Yazda rasionunuzda aşağıda sadalanan qidalar daha tez-tez olmalıdır:
- müxtəlif təzə göyərtilər və kahı,
- yağsız mal əti,
- balıq (duzlu və ya bişirilmiş),
- yumurta (həftədə 2-3 dəfə),
- paxlalılar (noxud, lobya və s.), yarmalar (qarabaşaq, yulaf, darı və s.),
- təzə kəsmik, qatıq, xama,
- meyvə və tərəvəzlər (xüsusilə avokado, kivi, kokos), təzə şirələr,
- qoz, fındıq, badam, tum,
- duza qoyulmuş kələm,
- itburnu dəmlənməsi
.
Yaxşı nəticə alınması üçün insanın bağırsaq mikroflorasının vəziyyəti çox vacibdir. Vitamin və mikroelementlərin orqanizm tərəfindən mənimsənməsi bağırsağın vəziyyətindən asılıdır. Bu səbəbdən yazda bağırsaqların mikroflorasını yaxşılaşdıran preparatların qəbul edilməsi yaxşı effekt verəcək.


Geri dön

De_Ki_Sevirem

  • 21 aprel 2015 13:46
  • Məqalə: 4
  • Şərh: 747
  • Bal:
Məlumat üçün təşəkkürlər

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

★Love World★

  • 3 aprel 2015 18:57
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Melumata göre ÇoX Sağolun...))

--------------------

Elya Alieva

  • 2 aprel 2015 13:48
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Bitanesi super tsk

--------------------
UREYIM...I MEN

::KuMsAl::

  • 23 mart 2015 13:13
  • Məqalə: 1
  • Şərh: 718
  • Bal:
{awards}
çox sagolun meslehete görə

--------------------
Q: Sən heç mənim haqda düşünürsən,bir damcı da olsa???
O: Nəzərə alsaq ki,mən artıq uşaqlarımızın adını və hansı məktəbə gedəcəyini seçmişəm-deməli bir az düşünürəm....

Angel_gril

  • 23 mart 2015 13:12
  • Məqalə: 0
  • Şərh: 126
  • Bal:
{awards}
meslehete gore tesekurler

--------------------
Angel_gril ♥

★QarA GözLüM★

  • 22 mart 2015 22:26
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
hekim deyibki sen polnu vitaminlisen

--------------------


Mələyimin mələyi

  • 22 mart 2015 21:45
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Təşəkkür edirəm

--------------------

Pıtırcık

  • 22 mart 2015 20:51
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
məsləhətə görə sağ olun

--------------------
http://legend.az/user/imza/

(HaYeL)

  • 22 mart 2015 20:37
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Təşəkkürlər=) winked
Allah razi olsun.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 29

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}