Hz.Məhəmməd (s.a.v) peyğəmbərin İmam Əli (ə)-a vəsiyyəti

 
Hz.Məhəmməd (s.a.v) peyğəmbərin İmam Əli (ə)-a vəsiyyəti

Hz.Məhəmməd (s.a.v) peyğəmbərin İmam Əli (ə)-a vəsiyyəti.

Himad bin Ömər (حماد بن عمر) Həzrət İmam Sadiq (ə)-dan rəvayət edərək demişdir ki, o böyük imam öz əziz ata-babaları vasitəsilə Əli (əs)-dan nəql etmişdir ki, peyğəmbər ona belə buyurdu:

* Ey Əli! Sənə edəcəyim vəsiyyəti yaxşı yadında saxla və ona riayət et. Nə qədər ki, mənim vəsiyyətimi unutmayıb ona riayət edəcəksən, həmişə xeyir tapacaqsan.

* Ey Əli! Kim göstərə biləcəyi qəzəbini yatırıb uda bilsə, Allah qiyamət günü ona ləzzətini dada biləcəyi əmin-amanlıq əta edər.Daha fazla…* Ey Əli! Ölüm ayağında olan hər bir kəs yaxşı və ədalətli vəsiyyət etməsə, deməli həmin adamın mürüvvətində və cavanmərdliyində nöqsan var və o adam şəfaət məqamına nail olmaz.

* Ey Əli! Cihadın ən üstünü odur ki, insan səhər yerindən qalxdığında bir kəsə zülm və sitəm fikirində olmasın.

* Ey Əli! Əgər camaat bir kəsin dilindən qorxuda olarsa həmin kəs cəhənnəmlik olar.

* Ey Əli! Ən pis adam odur ki, camaat onun bədxahlığının, dilinin yamanlılığının qorxusundan ona hörmət etsin və onun pisliyi nəql olunsun.

* Ey Əli! Ən pis adam o kəsdir ki, axirətini dünyasına satsın, ondan da pisi o şəxsdir ki, axirətini başqasının dünyası üçün satsın.

* Ey Əli! Hər kəs, üzürxahlıq istəyən kəsin üzrünü–istər doğru danışan olsun, istərsə də yalançı–qəbul etməsə, mənim şəfaətimə nail olmayacaqdır.

* Ey Əli! Allah-təala xeyir bir iş üçün (insanlar arasında sülhü bərqərar etmək qəsdi ilə) deyilən yalanı, fitnə-fəsada səbəb olacaq doğrudan daha çox sevir.

* Ey Əli! Şərabı hətta Allahdan qeyrisi xatirinə tərk edən kəsə, Allah behişt şərbəti içirdəcəkdir.Əli (əs) soruşdu: Hətta Allahdan qeyrisi xatirinə?!Buyurdu: Bəli, Allaha and olsun ki, belədir. Əgər insan özünü qorumaq məqsədi ilə də olsa, şərabı tərk etsə, Allah onun bu işindən qədirdanlıq edəcəkdir.

* Ey Əli! Şərabxor bütpərəst kimidir.

* Ey Əli! Allah qırx gün şərab içmiş adamın namazını qəbul etməz. Əgər bu qırx gün içərisində ölsə, kafir olaraq ölmüşdür. (şeyx Səduq son cümlənin açıqlamasında buyurur: Yə`ni, əgər şərabı halal bilsə və onun haramlığını inkar edərək ölsə.)

* Ey Əli! Hər məstedici haramdır. Hətta çox içildikdə məstlik gətirən bir şeyi bir qurtumu da olsa, haramdır!

* Ey Əli! Bütün günahlar bir evdə toplanmışdır, o evin açarı şərabxorluqdur.

* Ey Əli! Şərabxor günün müəyyən saatında elə halda olur ki, həmin anda Allah-təalanı tanımır.

* Ey Əli! Möhkəm dağları yerindən qopartmaq, [Allah tərəfindən] müqəddər olunmuş (tə`yin olunmuş) müddəti başa çatmamış bir padşahı və səltənəti yerindən qopartmaqdan daha asandır.

* Ey Əli! Nə dinindən, nə də dünyasından faydalana bilməyən bir kəslə oturub-durma ki, o adamdan xeyir görməzsən. Sənin haqqını tanımayan, o haqlara riayət etməyən adamın sən də hörmətini saxlama.

* Ey Əli! Allah cənnəti dilində yaman olub yaman deyən, söhbətinə, danışığına fikir verməyən pis dillilərə haram etmişdir.* Ey Əli! Xoş o kəsin halına ki, ömrü uzun, əməlləri yaxşı ola.

* Ey Əli! [Çox və yersiz] zarafat etmə ki, bu cür zarafatlar sənin nurunu və əzəmətini aradan aparar. Yalan danışma ki, yalan da insanın üzünün nurunu məhv edir. İki sifətdən uzaq ol: İnciklik və tənbəllikdən; çünki tez inciyən adamın haqq bir işə səbri çatmır, tənbəl adam isə haqqı əda edə bilmir.

* Ey Əli! Pis əxlaqdan başqa, yerdə qalan bütün günahlar üçün tövbə vardır. Çünki əxlaqı pis və kobud olan şəxs bir günahdan nicat tapdığı zaman tez də başqa bir günaha mübtəla olur.

* Ey Əli! Qəlbi incik olub qəm qüssəyə dalan adamın yanından rahatlıq köç edər.

* Ey Əli! Allah-təala behişti iki növ kərpicdən hördü: biri qızıl kərpicdən, digəri gümüş kərpicdən. Onun divarını yaqutdan, tavanını zəbərcəddən, sütunlarını mirvariddən, torpağını zəfəran və müşkdən qərar verdi. Sonra behiştə xitab edərək buyurdu: Danış! Behişt dedi: Həmişə var olacaq yeganə Allahdan başqa Allah yoxdur. Xoşbəxt o kəsdir ki, mənə daxil olur.Allah-təala buyurdu: İzzət və cəlalıma and olsun ki, heç bir şərabxor, (daimi şərab içib, ondan əl götürməyən şəxs) söz gəzdirən, biqeyrət, arvadsifət, kəfən oğrusu, bac alan, qohumları ilə əlaqəsini üzən, cəbri məzhəb, darğa ona daxil olmayacaqdır.Həmçinin buyurdu: Yırtıcı şirdən qaçdığın kimi cüzamlı adamdan da qaç.Möhtəlim və cünub olmuş kişinin qüsl almamış öz arvadı ilə yaxınlığı məkruhdur. Əgər belə etmiş olsa və həmin yaxınlıqdan uşaq dünyaya gəlsə və o uşaq divanə olsa özlərindən başqa kimsəni danlamasınlar. Arx kənarında işəmək məkruhdur.Meyvəsi olan ağacın altında insanın oturub qarnını boşaltması məkruhdur. Ayaq üstə duraraq insanın tualet etməsi məkruhdur. Ayaq üstə ayaqqabı geymək də məkruhdur. Qaranlıq bir evə çıraqsız girmək məkruhdur.

* Ey Əli! Şərafətin və şəxsiyyətin eybi lovğalıqdır.

* Ey Əli! Allah-təaladan qorxan kəsdən hamı və hər şey qorxar. Allahdan qorxmayan kəsi Allah hər şeydən qorxudar.

* Ey Əli! İki il atana və anana yaxşılıq etmək üçün yol get, bir il qohumlarına sileyi-rəhm etmək üçün yol get, bir mil xəstələrə baş çəkmək üçün, iki mil cənazənin dəfni üçün, üç mil də`vət edənin çağrışına getmək üçün, dörd mil din qardaşına baş çəkmək üçün, beş mil çətinliyə düşənə kömək etmək üçün, altı mil zülm və sitəm görmüşə kömək üçün yol get. Çoxlu istiğfar etməyi yaddan çıxarma.

* Ey Əli! Allaha and olsun, əgər alçaq adam quyunun dibində olsa, Allah-təala bir külək qaldırar ki, bununla onu [həmin girdabdan çıxarıb] alçaqların hakim olduğu dövlətdə onların ən yaxşılarının başında yerləşdirsin.

* Ey Əli! Özünü mövlasından qeyrisinə nisbət verən kəsə [ki onların “vila” həqqinin pozulmasına gətirib çıxarır]Allahın lə`nəti olsun. Həmçinin işçinin muzdunu verməyən kəsə Allahın lə`nəti olsun. Bir hadisəyə mürtəkib olmuş kəsə və ya həmin işə mürtəkib olmuş kəsə yer vermiş adama da Allahın lə`nəti olsun.–Ərz edildi: Ey Allahın rəsulu, o nə hadisədir?buyurdu: Qətl və adam öldürmək.

* Ey Əli! Mö`min o kəsdir ki, müsəlmanlar onu öz canlarına, mallarına nisbətdə əmin hesab edirlər. Müsəlman o kəsdir ki, müsəlmanlar onun dilindən və əlindən bir ziyan görməsinlər. Mühacir o kəsdir ki, öz günahlarından hicrət etsin və uzaqlaşsın.

* Ey Əli! İmanın ən möhkəm tutarı Allaha görə sevmək, dost olmaq və həmçinin Allaha xatir düşmənçilikdə bulunmaqdır.

* Ey Əli! Allah-təala islamın vasitəsilə cahiliyyətin təkəbbürünü, nadanlığını, ataları ilə fəxr etmələrini aradan qaldırdı. Agah olun ki, insanlar Həzrət Adəmdən (ə) yaranmışlar, Həzrət Adəm (ə) isə torpaqdan. Allah yanında ən əziz kəs, insanların ən çox təqvalı olanıdır.

* Ey Əli! Murdardan, itdən, şərabdan gələn gəlir, zinakar qadının mehriyyəsi, hökm çıxartmaqda alınan rüşvət, falçıya verilən muzd– bunların hamısı haram mal sayılır.

* Ey Əli! Bir kəs öldüyü zaman camaat onun haqqında deyər: Özündən sonra nə qoyub getmişdir? Mələklər deyər: Özündən qabaq nə göndərmişdir?

* Ey Əli! Dünya mö`minlərin zindanı, kafirin isə behiştidir.

* Ey Əli! Qəfil ölüm mö`min üçün rahatlığa, kafir üçün isə təəssüfə və həsrətə səbəb olur.

* Ey Əli! Allah-təala dünyaya vəhy buyurdu ki, Mənə xidmət edən kəsə sən də xidmət et, sənə xidmət edən kəsi isə əziyyətə, məşəqqətə sal.

* Ey Əli! Əgər dünyanın Allah yanında ağcaqanadın qanadı qədər dəyəri olsaydı, kafirə onun bir içim suyunu da içirməzdi.

* Ey Əli! Qiyamət günü keçmişdəkilərdən və gələcəkdəkilərdən elə bir kəs tapılmayacaq ki, arzu edib deməsi: Ey kaş, dünya malı mənə bir ömürə yetəcək həddən artıq verilməyəydi.

* Ey Əli! İnsanların ən pisi o kəsdir ki, Allahın qəzavü-qədərinə e`tiraz edir və Allahı öz taleyində [güman etdiyi sitəmə və ədalətsizliyə görə] müttəhim edir.

* Ey Əli! [xəstəlik halında olan] mö`minin naləsi “sübhanəllah” deməyin savabına bərabərdir, onun fəryadı “la ilahə illəllah” deməyə, xəstəlik yatağında yuxusu isə ibadətə bərabərdir. Yataqda bir böyrü üstündən o biri böyrü üstünə çevrilməsi Allah yolunda cihad edirmiş kimidir. Əgər şəfa tapsa, camaat arasında yol getsə, artıq bütün günahlardan təmizlənmiş halda olar.

* Ey Əli! Əgər mənə kəllə-paça yeməyə də`vət etmiş olsalar, gedərəm.

* Ey Əli! İslam çılpaqdır. Onun libası abır-həyadır, zinəti vəfadır. Cavanmərdliyi saleh əməldir, sütunu zöhd və təqvadır. Hər bir şeyin əsası və bünövrəsi olur; islamın da kökü, əsası biz əhli-beyti sevməkdir.

* Ey Əli! Pis əxlaqlı olmaq nəhs və namübarəkdir. Qadına itaət etmək peşimançılığa səbəb olur.

* Ey Əli! Yükü yüngül olanlar nicat tapdılar.

* Ey Əli! Bilərəkdən mənim adıma yalan qoşanların, mənim adımdan yalan söyləyənlərin yeri atəşdir.

* Ey Əli! Misvak işlətmək (dişlərin yuyulması) sünnətdəndir. Misvak ağızı pak edir, gözün nurunu artırır, Rəhman olan Allahı şad edir. Dişləri ağardır, damağı möhkəmlədir, iştəhanı artırır, bəlğəmi aradan aparır, hafizəni gücləndirir, yaxşılıqları iki bərabər edir, mələkləri sevindirir.

* Ey Əli! Allah-təala göndərdiyi bütün peyğəmbərlərin nəslini onların öz sülbündən qərar verdi, mənim nəslimi isə sənin sülbündə yerləşdirdi. Əgər sən olmasaydın, mənim nəslim, zürriyyəm də olmayacaqdı.

* Ey Əli! İman baxımından insanların ən təəccüblü olanı, yəqin baxımından da onların ən əzəmətlisi axirəzzəmanda olacaq bir dəstədir. Onlar peyğəmbəri (sə) görməmişlər, imamları və höccətləri onlardan qayibdir, ancaq kağız üstündə olan qaraya (kitab yazıları) iman gətirmişlər.

* Ey Əli! Südünü içmədiyin, ətini yemədiyin heyvan dərisinin üstündə namaz qılma. “Zatul-ceyş”də,[1] “Zatul-səlasil”də,[2] “Zəcnan” da[3] namaz qılma.

* Ey Əli! Yumurtalardan (yumurta qoyan heyvanlar) iki tərəfi (forma baxımından) fərqli olanını ye. Balıqlardan hansının pulu olsa onu ye. Quşlardan hansıları havada qanad çalaraq uçursa, onu ye, o quşlar ki, havada süzərək uçurlar, qanad çalmırlar, onlara toxunma. Su quşlarından hansının çilədanı olsa və ya ayağında “xoruz tikanı” olsa onu ye.

* Ey Əli! Vəhşi heyvanlardan hansının uzun kəsici dişi olsa, quşlardan hansının iti caynaqları olsa, onların ətini yemək haramdır.* Ey Əli! Bağdan oğurlanan meyvəyə görə insanın əlini kəsməzlər.

* Ey Əli! Zinakarın öhdəsində heç bir kəbin və mehriyə yoxdur. Kinayə ilə deyilmiş bir söz [cinayətə e`tiraf kimi qəbul edilmir] və həddə səbəb olmur. Hədd barədə heç bir şəfaət qəbul edilmir. Sileyi-rəhminin, qohumla əlaqələrin kəsilməsi barədə içilən and caiz deyil. Həmçinin oğulun, atasının onunla müxalifəti zamanı içdiyi and caiz deyil. Eləcə də qadının, ərinin onunla müxalifəti zamanı içdiyi and caiz deyil. Sükut orucu da caiz deyil. Vüsal orucu (səhərdən o biri səhərə qədər və ya iki gün, ya bir-neçə gün iftarsız olaraq) caiz deyil.

* Ey Əli! Ata öz övladını öldürdüyü halda qisas olunmur. (yə`ni qisas olaraq öldürülmür.)

* Ey Əli! Allah bəndənin ürəyi qəflətdə və diqqətsiz halda etdiyi duasını qəbul etmir.

* Ey Əli! Alimin yuxusu abidin ibadətindən üstündür.

* Ey Əli! Alimin iki rükət namazı abidin min rükət namazından üstündür.

* Ey Əli! Arvad ərinin icazəsi olmadan müstəhəbbi oruc tutmamalıdır. Qonaq ev sahibinin icazəsi olmadan müstəhəbbi oruc tutmamalıdır.

* Ey Əli! Fitr bayramında tutulan oruc haramdır. Qurban bayramı günü tutulan oruc da haramdır. Günah bir iş üçün nəzr edilən oruc da haramdır. Dəhr orucu (bütün illər və ya bütün günlər) haramdır.

* Ey Əli! Riba [günah və ya keyfər baxımündan] yetmiş növdür. Onun ən aşağı olanı bir kişinin öz anası ilə Kə`bə evində zina eləməsinə bərabərdir.

* Ey Əli! Bir dirhəm riba Kə`bə evində öz məhrəmi (ana və bacı kimi) ilə yetmiş dəfə zina etməkdən daha mənfurdur.

* Ey Əli! Malına düşən zəkatdan bir qırat (dirhəmin iyirmi dörddə biri) olsa belə ödəməyən adamın nə imanı var, nə də o adam müsəlman sayılır. O adamın ehtiramı da olmaz.

* Ey Əli! Zəkat verməyən kəs qiyamət günü Allahdan onu geri qaytarmasını istəyər. necə ki, Allah-təalanın bu kəlamından göstərilir: “Bəlkə, (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!)[4]

* Ey Əli! İmkanı olduğu halda həcci tərk edən şəxs kafirdir. Allah-təala buyurur: “…Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə (özünə zülm etmiş olar) əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!”[5]

* Ey Əli! Həcci tə`xirə salmaqla – bu minvalla nəhayətdə ömürü başa vurub ölən şəxs, qiyamət günü yəhudi və ya məsihi olaraq ayağa qalxar.

* Ey Əli! Sədəqə hökmü verilmiş qəza və qədəri geri götürər.

* Ey Əli! Sileyi rəhm (yaxın qohumlara baş çəkib, əl tutmaq) ömürü uzadır.* Ey Əli! Yeməyi duzla başla, duzla da qurtar ki, onda yetmiş iki xəstəliyin şəfası var.

* Ey Əli! Mahmud məqamında duranda (ilk olaraq) atam, anam, əmim, cahilliyyət zamanında olan qardaşım üçün şəfaət istəyəcəyəm.

* Ey Əli! Mən iki zəbihin[6] övladıyam.

* Ey Əli! Mən Həzrət İbrahimin duasıyam.[7]

* Ey Əli! Əql odur ki, onun vasitəsilə cənnət əldə edilsin, Rəhman Allahın razılığı istənilsin.

* Ey Əli! Allah-təalanın yaratdığı ilk şey əql olmuşdur. Əqli yaratdığı zaman ona dedi: Mənə bax (üzünü mənə çevir) və irəli gəl! O qabağa gəldi. Sonra ona buyurdu: Dön və qayıt. O qayıtdı. Allah-təala buyurdu: İzzət və cəlalıma and olsun, Səndən daha sevimli olacaq bir məhbubu yaratmadım. Sənə görə alıram, sənə görə əta edirəm. Sənin vasitənlə mükafatlandırıram, sənin vasitənlə cəza verirəm.

* Ey Əli! Yaxın qohum-əqraba arasında kasıb, möhtac olduğu halda [onu qoyub] qıraq adama sədəqə vermək cayiz deyil.

* Ey Əli! Əməlsiz danışığın heç bir faydası yoxdur. Batinsiz zahirin, bəxşişsiz mal-sərvətin, vəfasız düzgünlüyün, zöhdsüz fiqhin, niyyətsiz sədəqənin, sağlamlıq olmadan həyatın, əmin-amanlıq olmadan vətəndə olmağın heç bir faydası, xeyri yoxdur.

* Ey Əli! Sizlərdən hansınızın əxlaqda və metodda daha çox mənə oxşayanınızı sizə bildirimmi?Dedi: Buyurun ya Rəsuləllah.Buyurdu: Sizlərdən ən xoşəxlaqlısı, sizlərdən ən üzüyolası və səbirlisi, öz qohumlarına ən çox yaxşılıq edəniniz, özünə nisbətdə daha çox insaflı davrananınızdır.

* Ey Əli! Gəmiyə mindikləri zaman bu duanı oxuduqlarında mənim ümmətim amanda olar:[8] Bismillahir-rəhmanir-rəhim. (Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Yerin də, göyün də hökmü ancaq Allahın əlindədir. Bütün kainat Allahın qüdrətinə tabedir.) (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!– Bismillah Onun (üzüb) getməsi də, dayanması da Allahın adı ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!

* Ey Əli! Mənim ümmətimdən hər kəs bu duanı oxusa oğurluqdan amanda olar: “De: İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur.”[9]

* Ey Əli! Bu duanı mənim ümmətimdən hər kəs oxusa (evinin, mülkünün) xarab olmasından (uçulub, sökülməsindən) amanda olar: .[10]“Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da (Allah) həlimdir, bağışlayandır!

* Ey Əli! Mənim ümmətimdən hər kəs bu duanı oxusa qəmdən və giriftarçılıqdan amanda olar: “Mərtəbəsi yüksək və əzəmətli olan Allahdan başqa güc və qüvvət sahibi yoxdur.”

* Ey Əli! Mənim ümmətimdən hər kəs bu duanı oxusa, oddan-alovdan (yanmaqdan) amanda olar: “Şübhəsiz ki, mənim hamim Kitabı (Qur`anı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər![11] – (Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər.”[12]

* Ey Əli! Yırtıcı heyvanlardan qorxan hər kəs bu duanı oxusun: (surənin axırına qədər oxumalı.)Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir…”[13]

* Ey Əli! Hər kəsin mal-qarası (evdə saxladığı heyvanı–atı, inəyi) tərslik edib sözə baxmasa, onun sağ qulağına bu duanı oxusun: “…Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar.”[14]

* Ey Əli! Cadudan, şeytançılıqdan qorxan hər kəs bu duanı oxusun: “Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşə üz tutan), hər işi yoluna qoyan Allahdır.[15]

* Ey Əli! Atanın övladına olan borcu ona yaxşı ad qoyması, onu yaxşı tərbiyə etməsi və düzgün mövqe tutmasına kömək göstərməsidir. Övladın ataya olan borcu ondan ibarətdir ki, atasını adı ilə çağırmasın, ondan qabaqda yol getməsin, onun qarşısında oturmasın və atası ilə birgə hamama girməsin.

* Ey Əli! Allah lə`nət eləsin o ataya, anaya ki, [pis və düzgün olmayan rəftarları ilə] övladlarını onlara hörmətsizlik göstərməyə və üzlərinə ağ olmağa vadar edirlər.

* Ey Əli! Övladın ataya, anaya qarşı etdiyi hörmətsizliyin günahı və nəticəsi, ata və ananın övladlarına göstərdikləri hörmətsizlik kimidir.

* Ey Əli! Allah rəhmət etsin o ata, anaya ki, övladlarının onlara yaxşılıq və ehsan etmələrinə bais olurlar.* Ey Əli! Ata və anasını qəmgin edən kəs, onların üzünə ağ olmuşdur və valideynlərinə hörmətsizlik etmişdir.

* Ey Əli! Gözü qarşısında mö`min qardaşının qeybəti olunan şəxs, qeybətin qarşısını ala bildiyi halda, sakit durub qeybətə e`tinasız olsa, Allah onu dünya və axirətdə xar edər.

* Ey Əli! Kim bir yetim uşağa həddi büluğa çatıb, öz qazancını əldə edincəyə qədər köməklik göstərib onun zəruri xərclərini öz öhdəsinə götürsə, cənnət o şəxsə vacib olar.

* Ey Əli! Məhəbbət və nəvazişlə yetim bir uşağın başına sığal çəkən kəsin bu işinin əvəzində, Allah qiyamət günü ona, uşağın saçlarının sayı qədər nur əta edər.

* Ey Əli! Nadanlıqdan böyük kasıbçılıq yoxdur. Əqldən böyük dövlət yoxdur. Xudpəsəndlikdən qorxulu tənhalıq yoxdur. Tədbir kimi gözəl əql yoxdur. Təqvadan böyük abidlik yoxdur. Heç bir şərafət yaxşı əxlaq qədər ola bilməz. Heç bir ibadət düşünmək qədər ola bilməz.

* Ey Əli! Danışığın görəcəyi eyb və zərər yalandır, elmiş görəcəyi eyb və zərər unutqanlıqdadır, ibadətə dəyəcək zərər onun tərkindədir. Gözəlliyi zay edə biləcək eyb və zərər təkəbbür və xudpəsəndlikdir. O əməli korlayacaq zərər həsəddir.

* Ey Əli! Adım çəkilərkən mənə salavat göndərməyən şəxs Cənnətin yolunu itirmişdir.

* Ey Əli! Əlimi dirsəyə qədər əjdahanın ağzına salmaq, mənim üçün malı-sərvəti olmayıb təzəcə sərvətə sahib olmuş bir adamdan bir şey istəməkdən daha rahatdır.

* Ey Əli! Üzüyü sağ ələ tax. Bu işdə müqərrəblər üçün Allahdan bir fəzilət vardır.Soruşdu: Ey Allahın rəsulu! Hansı üzüyü taxım?Buyurdu: Qırmızı əqiq tax. Çünki bu daş Allahın rəbbaniyyətinə, mənim peyğəmbərliyimə, sənin canişinliyinə və övladlarının imamətinə, şiələrinin behiştlik, düşmənlərinin isə cəhənnəmlik olacağına iqrar etmiş ilk dağdır.
* Ya Əli! Görəndə ki, camaat müstəhəb işlə məşğuldur, sən vacib olan işə məşğul ol. Görəndə ki, başqaları dünya işləri ilə məşğuldurlar, sən axirət işini qabağa sal. Camaatı başqalarının eyibləri ilə məşğul olan görəndə, sən öz eyiblərinin fikrində ol. Elə ki, gördün camaatın başı dünyanın bər-bəzəyinə qarışıb, öz dünyalarına ziynət verməklə məşğuldur, sən axirətini ziynətləndirməyə giriş. Elə ki, gördün bütün səylər əməlin çoxluğuna sərf olunur, sən əməllərin ixlaslı olmasına çalış. İnsanlar təvəssül olaraq xalqa, yaradılmışlara üz tutanda, sən təvəssül əlini Allaha sarı uzat.Ey Əli! Şəxsən sənin özünə bir neçə tövsiyəm var, onları yaddan çıxarma!(İlahi Pərvərdigara! Özün ona kömək ol!)Birinci: Düzgünlük, doğrunu söyləmək. Məbada ağzından yalan çıxa;İkinci: Təqva. Məbada xəyanət etməyə cür`ət edəsən;Üçüncü: Allahı görürmüş kimi Ondan qorxmaq;Dördüncü: Allahın xofundan çoxlu ağlamaq. Bu göz yaşları axirətdə sənə min imarət salacaqdır;Beşinci: Malı və canı din yolunda fəda etmək;Altıncı: Namaz, oruc və sədəqə verməkdə mənim üsuluma müvafiq hərəkət etmək – Sonra üç dəfə buyurdu: Gecə namazını əldən buraxma. Yenə üç dəfə buyurdu: Zöhr namazını əldən vermə, bütün hallarda Qur`an oxu, namazda əlləri yuxarı qaldır, dəstəmaz aldığın zaman misvakla dişləri təmizləməyi unutma, yaxşı əxlaqa riayət et və pis yaxşılıqdan uzaq ol. Əgər bu dediklərimə əməl etməsən özündən başqa kimsəni məzəmmət etmə.

* İnsan gün ərzində bir haqqı əda etmədən, ya bir vacibi yerinə yetirmədən, ya bir elmi öyrənmədən, ya xeyir bir iş görmədən, ya yaxşı bir ad qazanmadan həmin günü əldən çıxarsa, həqiqətdə həmin günə sitəm, özünə isə zülm etmişdir və beləliklə də ilahi cəzaya layiq görülmüşdür.* İzzət və Cəlal sahibi Allah buyurur: Ey Adəm övladı! Hər gün ruzin yetişir, [amma] sən qəmginsən, amma hər gün ömründən azalır, sən isə şadsan. Gündəlik ruzin çatır, amma daha artığının dalısıyca gedirsən, bu isə artıq tuğyan və qudurğanlıqdır. Nə aza qanesən, nə də çoxdan doyursan.


Geri dön

De_Ki_Sevirem

  • 21 aprel 2015 13:42
  • Məqalə: 4
  • Şərh: 747
  • Bal:
Hamsı oxuya bilmədim biraz oxudum oxuduqlarım çox qəşəng idi Allah razı olsun

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

Elya Alieva

  • 2 aprel 2015 13:38
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax razi olsun

--------------------
UREYIM...I MEN

PrinCessaa_

  • 23 mart 2015 16:43
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
allah razi olsun

Rapunzel Aşkı

  • 23 mart 2015 11:33
  • Məqalə: 77
  • Şərh: 342
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

(HaYeL)

  • 23 mart 2015 00:51
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Tesekurler Allah sizi hifz elesin AmiN
Allah razi olsun.

--------------------

★QarA GözLüM★

  • 22 mart 2015 22:22
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
TESEKKURLER ALLAH RAZI OLSUN

--------------------


Pıtırcık

  • 22 mart 2015 21:40
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

Mələyimin mələyi

  • 22 mart 2015 21:40
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}