Bu günü hava praqnozu

 
Bu günü hava praqnozu

Martın 23-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq. Günün ikinci yarısından başlayaraq yağışın tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 7-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın yağışlı olacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında yağmurlu hava müşahidə olunacaq. Fasilələrlə yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 7-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.


Geri dön

Elya Alieva

  • 2 aprel 2015 13:27
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
Tskllar..........!

--------------------
UREYIM...I MEN

(HaYeL)

  • 23 mart 2015 15:09
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Ehh yağışa nifrət edirəəəəəM.! wassat
Allah razi olsun.

--------------------

Mələyimin mələyi

  • 23 mart 2015 15:06
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
məlumata görə sağ olun

--------------------

Nika99

  • 23 mart 2015 13:57
  • Məqalə: 0
  • Şərh: 196
  • Bal:
{awards}
Tesekkurler)

--------------------
Qisda alinan Destemeza ve yayda tutulan Oruca heyranam-Imam Eli(e)

Pıtırcık

  • 23 mart 2015 13:40
  • Məqalə: 480
  • Şərh: 9656
  • Bal:
{awards}
məlumata görə sağ olun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 58
Cəmi: 87

 

Top 10 Müəllif

♔Hе важно∞
Xəbərləri: 2
Cəmi: 44
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 480
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}