Həccin savabı, ərəbin şeytanla "işbirliyi"

 
Həccin savabı, ərəbin şeytanla "işbirliyi"


Səudiyyə Ərəbistanı təkcə bu daşlardan hər il 135 milyon dollar qazanırHəcc ziyarətinə gedən müsəlmanlar üç gün üst-üstə şeytana daş atmağa gedirlər. Hər gün şeytana yeddi daş atılır. Əvvəlcə böyük Şeytana, sonra kiçik Şeytana və ən sonda orta Şeytana daş atılır.Anspress bu maraqlı məqama toxunub və Şeytana atılan daşların aqibətinə aydınlıq gətirib. Çoxlarını düşündürən "Şeytana atılan bu daşlar hara yığılır?" sualının cavabı çox asandır. Bəli, Səudiyyə Ərəbistanı buna çarə tapıb. Atılan daşlar şəkildə göründüyü kimi, aşağıdakı dəliyə düşür.

Bu daşlar sonra orada qurulan avtomat qurğu sayəsində yenidən 7 daşdan ibarət paketə yığılır. Bağlamadakı daşlar hər biri 3 dollara yenidən satılır. İldə təxminən 5 milyon zəvvarın hər biri 9 bağlama daş alır. 45 milyon bağlama oldumu? Birini 3 dollardan hesablasaq, 135 milyon dollar edir. Beləliklə, Səudiyyə Ərəbistanının təkcə Şeytana atılan daşdan qazandığı 135 milyon dollar edir.Qeyd edək ki, Qurban bayramı günü şeytana daş atmaq və qurban kəsmək ibadəti İbrahim peyğəmbərdən (aleyhi-s-sələm) qalıb. Belə ki, İbrahim peyğəmbər Uca Allahdan oğul istəyib. Allah Təala da ona İsmayılı (aleyhi-s-sələm) bəxş etdi. Sonra İbrahim peyğəmbər dəfələrlə yuxusunda oğlunu qurban kəsdiyini görür və başa düşür ki, bu ona yuxu vasitəsi ilə Uca Allahın əmridir. Bu barədə Uca Allah Qurani-Kərimdə belə xəbər verir: "O (İbrahim) dedi: “Ey Rəbbim! Mənə əməli-salehlərdən olan (övlad) bəxş et!” Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbrlilərdən olduğumu görəcəksən”. Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman, Biz onu çağırıb belə dedik: “Ey İbrahim! Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən də bu, açıq-aydın bir imtahandır. Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik. Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq. İbrahimə salam olsun! (əs-Saffat, 100-109)Rəvayətə görə, İbrahim Uca Allahın bu əmrini yerinə yetirmək istəyərkən Şeytan onu müxtəlif hiylə, vasitələr və vəsvəsələrlə bu işdən yayındırmağa çalışdı. Ancaq buna müvəffəq olmadı və İbrahim (Ona Allahın salamı olsun) yerdən bir daş götürüb ona atdı. Allah-Təala İbrahimə bu sınaqdan üzüağ çıxdığına görə, ona bunun əvəzində bir qoç (qoyun) kəsməyi buyurur. İbrahim peyğəmbər oğluna əvəz göndərilən qurbanlığı kəsir. Odur ki, Şeytana daş atmaq və qurban kəsmək o gündən vacib olub.Digər bir rəvayətdə isə belə deyilir: “İbrahim (aleyhi-s-sələm) həcc etməyə gəldiyi vaxt ilk cəmrədə (şeytan daşlama yerində) yolunu kəsən şeytana yeddi daş atdı. Şeytan yerə batdı. İkinci cəmrənin yanında görəndə yenə yeddi daş atdı. Şeytan yenə yerə batdı. Üçüncü daşlama yerində şeytanı təkrar görəndə, yeddi daş atıb onu yerin dibinə batırdı”. (Hakim, İbn Huzeymə).Hicri-qəməri təqvimi ilə Zilhiccə ayının 10-cu günü Mina vadisində gün çıxandan gün batana qədər böyük şeytana daş atmaq mərasimi yerini yetirilir. Burada simvolik olaraq sütuna bənzər tikililər olur. Həmin gün şeytan o daşa bağlı olur. Başqa yerdə və başqa vaxtda bu cür olmur. Hər bir zəvvar şeytana yeddi dəfə və ya daha artıq daş atırlar. Bu adət islama zidd deyil, həccin bir hissəsidir. Bundan sonra qurbanvermə mərasimi başlayır. Həmin gün Qurban bayramı günü hesab olunur, bayram namazını qılırlar. Bununla da Zəvvarlar həcc mövsümünü başa vururlar.Rəsulullah Məhəmməd peyğəmbərin (s.ə.s) şeytan daşlamağa piyada gedib gəldiyi səhih hədislərdə bildirilir. Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) “Ya Rəsulallah, bu daşları şeytana atmaqdakı mükafatımız nədir?” soruşana buyurdu ki: “Bunun mükafatını ən çox möhtac olduğun Qiyamətdə, Rəbbinin qatında tapacaqsan!” (Tabərani).


 


Geri dön

Elya Alieva

  • 2 aprel 2015 13:24
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
Allax razi olsun

--------------------
UREYIM...I MEN

★Love World★

  • 28 mart 2015 12:02
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.........

--------------------

★QarA GözLüM★

  • 23 mart 2015 17:40
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
Tesekkurler

--------------------


sevinckaa

  • 23 mart 2015 15:30
  • Məqalə: 3
  • Şərh: 4063
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
I am happy

Mələyimin mələyi

  • 23 mart 2015 15:02
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

(HaYeL)

  • 23 mart 2015 14:59
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Allah sizi hifs etsin AmiN əllərinizə sağlıq=)
Allah razi olsun.

--------------------

★Love World★

  • 23 mart 2015 14:32
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Çooox gözel meqaledi..♥♥♥

--------------------

susmus gunes

  • 23 mart 2015 14:01
  • Məqalə: 1
  • Şərh: 70
  • Bal:
{awards}
Allah razi olsun maraqliydi

--------------------
Məni yixmağa gücün, Yixilmağimi görməyə ömrün yetmez!!!!

Pıtırcık

  • 23 mart 2015 13:36
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}