Bu günü hava praqnozu

 
Bu günü hava praqnozu

Martın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, günün ikinci yarısında yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 8-12° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 6°-dək şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı ehtimal edilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 9-14° isti olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 1-6° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 2-7°isti olacağı ehtimal edilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə duman və çiskin olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı ehtimalı var.


Geri dön

De_Ki_Sevirem

  • 22 aprel 2015 16:42
  • Məqalə: 4
  • Şərh: 747
  • Bal:
Məlumat üçün təşəkkürlər

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

Elya Alieva

  • 2 aprel 2015 02:38
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

Mene_Sevmeyi_Oret

  • 26 mart 2015 18:03
  • Məqalə: 21
  • Şərh: 148
  • Bal:
{awards}
Tesekkur........

--------------------
-нərdəɴ oɴυ ғιĸιrləşιв ɢözəl хəyαllαr qυrαrѕαɴ
αмα
ѕoɴrα
'' o нαrα,мəɴ нαrα '' deyιв вιr ѕιqαreт
yαɴdırαrѕαɴ !

Nazlim_97_

  • 25 mart 2015 17:21
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Tewekurler',.

★Love World★

  • 25 mart 2015 15:53
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
*Martın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

*Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, günün ikinci yarısında yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 8-12° isti olacaq.

Melumata göre çooox sağolun...Artıq Bahar gelib,havalar yacşı keçecek..

--------------------

Sucan

  • 25 mart 2015 15:18
  • Məqalə: 0
  • Şərh: 1655
  • Bal:
{awards}
Tesekkurler :)))

Tesekkurler :)))

(HaYeL)

  • 25 mart 2015 14:41
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Xəbərə görə təsəkkürlər=)
Allah razi olsun.

--------------------

Pıtırcık

  • 25 mart 2015 14:08
  • Məqalə: 537
  • Şərh: 9780
  • Bal:
{awards}
məlumata görə sağ olun

--------------------
http://legend.az/user/imza/

♔ sinყσriτα ♔

  • 25 mart 2015 13:52
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Ilk werh menden tewekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 23
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}