Yaxşılığı əmr etmək və pislikdən çəkindirmək

 
Yaxşılığı əmr etmək və pislikdən çəkindirmək

"(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir" (Ali İmran, 104).

"Xeyir" din və ya dünya ilə əlaqədar bir yaxşılığı ehtiva edən hər şeydir, yəni tövhid əqidəsinə, islama uyğun olan hər söz, iş və davranışdır.

Dilimizə "yaxşılığı əmr pislikdən nəhy" deyə tərcümə olunan "əl-əmr bil-məruf vən-nəhy anil-münkər" "xeyir"in mühüm qismini təşkil edir.

Məruf, islamın yaxşı olaraq qəbul etdiyi və Allaha itaətin içində saydığı hər şeydir. Münkər isə bunun ziddi olub, islamın yaxşı saymadığı, dinin əmrlərinə zidd gördüyü və Allaha qarşı günah olaraq qəbul etdiyi şeylərdir.

Yaxşılığa dəvət və pislikdən çəkindirmək vəzifəsi, müsəlmanlar üzərinə düşən bir borcdur. Bunun borc olması Kitab və Sünnə ilə sabitdir. Eyni zamanda bu borc islamın ən böyük borclarından biri və dinin təməlidir. İslam qanunları bu sayədə kamala çatır və ucalır. İslam ümməti bu vəzifəni yerinə yetirəcək bir camaat yetişdirmək məcburiyyətindədir. Bu yerinə yetirilmədiyi təqdirdə, bütün ümmət məsuliyyətdən xilas ola bilməz.

Yaxşılığa dəvət və pislikdən çəkindirmək vəzifəsini yerinə yetirəcək olanlar, əvvəlcə islamı yaxşı bilən alimlərdir. O halda, ümmətin hər sahədə alimlər yetişdirməsi lazımdır. Daha əvvəl də ifadə edildiyi kimi, ümmət ola bilməyin ilk əsası, bir imamın, bir liderin öndərliyində və hökmü altında olmaq lazımdır. Əgər bu yoxsa, müsəlmanlar əvvəlcə onu yerinə yetirməklə mükəlləfdirlər. Alimlərin və ya ən fəzilətli qəbul etdikləri kəslərin öndərliyində kütlə olmaq şüurunu inkişaf etdirərlər. Bu fəaliyətin edilməsi və ümmət olma əzmi içində olunması belə, yaxşılığa dəvət və pislikdən çəkindirməyin əhatəsinə daxil olar. Yəni, bir mənada hər kəs fərdi müsəlman qala bilməz, mütləq islam camaatının bir üzvü olmaq məcburiyyətindədir. Heç bir müsəlmanın bu düşüncəyə və fəaliyyətə qarşı olmaması lazımdır. Çünki buna qarşı olmaq yaxşının yanında olmaq deyil, pisliyə kömək etməkdir. Halbuki Allah taala belə buyurur: "Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir! (Tövbə, 67). Möminlərin bu istiqamətdəki xüsusiyyətləri isə belə izah edilir: "Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə, 71). Beləcə, Allah taala möminlər ilə münafiqlərin fərqinin yaxşılığa dəvət və pislikdən çəkindirmək mövzusunda ortaya çıxdığını bizə açıq-aşkar bildirməkdədir. Bu ayə yer üzündə islam hökmran olunca, inananların necə davranmaları lazım olduğunu şübhəyə düşməyəcək açıqlıqla ifadə edir: "O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir). (Həcc, 41). Müsəlman bir rəhbərliyin vəzifələrinin başında yaxşılığı əmr, pislikdən nəhy gəlir. Bunun mənası yer üzündə yaxşılıqları yaymaq, pisliklərə isə mane olmaqdır. Bunun üçün lazımlı bütün müəssisələri qurmaq rəhbərliyin başda gələn vəzifəsidir.

Yaxşılığı əmr və pislikdən nəhy vəzifəsi, yalnız bunun üçün hazırlanmış bir camaata, yetkin bir qrupamı xasdır? Fərdlərin fərdi olaraq məsuliyyətləri yoxdurmu?

Şərhə çalışdığımız Ali İmran surəsinin 104-cü ayəsi yaxşılığa dəvət və pisliklərdən çəkindirmənin ümmətə vacib bir vəzifə olduğunu yükləməkdədir. Çünki ayədə "bir camaat olsun!" deyilmişdir. Həmçinin bu mövzuyla əlaqədar yeganə dəlil bu ayədən ibarət deyil. Bir qismi aşağıda gələcək olan bir çox ayə və onların yanında bir çox səhih hədis, mövzumuzla əlaqədar başqa hökmlər də ortaya qoymaqdadır. Bunu da ifadə edək ki, yaxşılığı əmr və pislikdən nəhy vəzifəsi bütün inananlar üçün ümumi bir xüsusiyyət ifadə edir. "Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?" (Bəqərə, 44), "Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar" (Saf, 3) kimi ayələr, cəmiyyətin hər fərdinin yaxşılığı əmr, pislikdən nəhylə vəzifəli olduğuna dəlil təşkil edir. Bundan əlavə camaatın edəcəyi və ya rəhbərliyin edəcəyi vəzifələr fərdlərdən gözlənilə bilməz. Fərd, gücünün çatdığı ölçüdə məsuldur. Bu məsuliyyət fərdlərin məlumatları, vəzifələri və cəmiyyət içindəki mövqelərinə görə də fərqlilik ifadə edir. Heç kim özünü bu məsuliyyətin xaricində tuta bilməz. Hər müsəlman fərdin, gücü çatdığı nisbətdə yaxşılığı əmr və pislikdən nəhy vəzifəsini etməsi və islami təbliğə iştirak etməsi isə fərzi ayindir. Təbii ki, bütün bunlar şəri mükəlləfiyyəti olan qadın və kişilər üçündür.

"(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır" (Ali İmran, 110).

Bu ayə Məhəmməd (s) ümmətinin ən diqqətə çarpan xüsusiyyətinin bütün ümmətlərin ən xeyirlisi, yaxşılığı əmr və pislikdən nəhy etməyin və yalnız Allaha iman ilə tövhid əqidəsinə sahib olmağın, xeyirli ümmət sayılmağın səbəbləri olduğunu ortaya qoyur. Ayrıca bu ayə, yaxşılığı əmr və pislikdən nəhy vəzifəsinin, yalnız dövləti idarə edən adama aid olmayıb, bütün möminlərin bilvasitə və bilavasitə bir şəkildə məsul olduqlarını da açıqlamaqdadır.

İmam Cəfər əs-Sadiq (ə) deyir:

"Allah taala Peyğəmbərə (s) ən üstün əxlaqı əmr etdi."

Peyğəmbər (s) insanlarla rəftarında asanlığı seçər, çətinliyə və hirsliliyə yönəlməzdi. Ayrıca, bağışlamaq hər kəsin günah və qüsuruna baxmamaq da Allah Rəsulunun (s) adəti idi. Çünki o, belə davranmaqla əmr olunmuşdu.

Bununla birlikdə, yaxşılığı davamlı surətdə əmr etməsi, edilməsi lazımlı olan şeyləri etməsi və etdirməsi də özünə Allahın bir əmri, bir təlimatı idi.

Yaxşılıq deyə ifadə etdiyimiz şeylər, insanların bir-birlərinə qarşı edilməsini gözəl görüb xoş qarşıladığı, vacib və ya caizliyini, lazımlı və ya yaxşı olduğunu qəbul edib rədd etmədikləri şeylərdir. Digər yandan insanlar arasında məşhurluq qazanmış hər ənənə, hər adət yaxşılığa dəvətin, yəni yaxşı deyil. Hətta bunlar arasında elələri vardır ki, batil və çirkin də ola bilər. O halda bunları yaxşıca tanımaq, bir-birindən ayırmaq zəruridir. Bu şərtlə islam bunlara bir dəyər verər və ya verməz. Bu səbəblə dinimiz, cəmiyyətlərin ənənə və adətlərini tamamilə rədd etməyib, onları islah yolunu seçmişdir.


Geri dön

De_Ki_Sevirem

  • 22 aprel 2015 17:29
  • Məqalə: 4
  • Şərh: 746
  • Bal:
Allah razı olsun

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

Elya Alieva

  • 1 aprel 2015 20:43
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

Rəbbim Allah

  • 30 mart 2015 23:20
  • Məqalə: 52
  • Şərh: 391
  • Bal:
{awards}
Allah razi olsun

--------------------


KeNDiMi

(HaYeL)

  • 26 mart 2015 21:34
  • Məqalə: 60
  • Şərh: 1001
  • Bal:
{awards}
Dəyməz canlarım borcumdur winked

--------------------

sessiz deniz

  • 26 mart 2015 19:01
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Allah razi olsun canim

♔ sinყσriτα ♔

  • 26 mart 2015 16:07
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
Allah razi olsun...

psix)

  • 26 mart 2015 14:19
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
allah razi olsun
cekdiyniz eziyetin qarwiligini goreceksiz inwallah
elleriniz der gormesin

--------------------
......

NIGAR

  • 26 mart 2015 13:57
  • Məqalə: 633
  • Şərh: 10059
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/

gulmira

  • 26 mart 2015 13:49
  • Məqalə: 0
  • Şərh: 151
  • Bal:
{awards}
Tesekkurler>>>)

--------------------
gulmira?????♥★

Mene_Sevmeyi_Oret

  • 26 mart 2015 13:46
  • Məqalə: 21
  • Şərh: 148
  • Bal:
{awards}
Tesekkur.......

--------------------
-нərdəɴ oɴυ ғιĸιrləşιв ɢözəl хəyαllαr qυrαrѕαɴ
αмα
ѕoɴrα
'' o нαrα,мəɴ нαrα '' deyιв вιr ѕιqαreт
yαɴdırαrѕαɴ !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 35
Cəmi: 53

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 42
Cəmi: 73
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 37
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}