Meyl etməm özgəyə, bir yad nəfəsə
Salmaram ürəyi daha qəfəsə ,
Düşmərəm yenidən eşqə həvəsə,
Sevgi yollarında yanan mən oldum ,
ALdanan mən oldum,talan mən oldum
Verdim bu qəlbimi bi vəfa yara
Nə bilim əhdi yox,peymanı dana,
Etibar qalmayıb yaxşı yamana
Onu Mələkzadə sanan mən oldum
Aldanan mən oldum ,talan mən oldum
ALLAHıM nədir bu gəldi başıma ,
Hicrandan pay düşdü eşq sovqatıma
Baxanlar divanə deyib halıma
Məcnuntək ellərə bəyan mən oldum
Aldanan mən oldum talan mən oldum
Kimə inanasan ki , bilmirəm kimə,
Min ləkə yaxaraq O,saf eşqimə,
Duz oldum hər zaman Məhəbbətimə,
Axırda möhnətin cəkən mən oldum ,
Aldanan mən oldum,Talan mən oldum