Üsyan

 
Üsyan





Müəllif:Xəlil Adıgözəl
_____ Üsyan ____


Ayna əks etdirir çılpaqlığını,
Soyunmuş baxışlar üzümə qənim.
Bu eyni cisimdə eyni vücudda,
Özüm kəsilmişəm özümə qənim...

Bizim taleyimiz belə yazılıb,
Eyni görünüşdə , eyni biçimdə.
Bilirsən səninlə fərgimiz nədir?
Mən çöldə əsirəm sənsə içimdə.

Kimsə eşitməsin,duymasın deyə,
Özümü boğuram öz ahlarımda.
Sənə səbrli ol, döz deyə-deyə,
Saçlarım ağarıb gicgahlarımda...

Neçə xatirələr,neçə arzular.
Qərq olub gözümün qaranlığında,
Neçə kor ümidlər yolunu azıb,
Yaşanan bu ömrün toranlığında...

Səni bu üsyana səsləyən sabah,
Keçmişi arxanca niyə hürüdür?!
Gözümün altına düşən cığırlar,
Sənin ahlarının təzahürüdür...

Sənin səngiməyən üsyanın mənə,
Yollar qət etdirir, dağlar aşdırır.
Mənim yaşadığım hər bir saniyə,
Səni azadlığa yaxınlaşdırır.

Bu kobud əzalar ,bu tüklü sifət,
Sənin bədənini donudur demək.
Sənin azadlığa qovuşduğun an,
Mənim həyatımın sonudur demək!




Geri dön

De_Ki_Sevirem

  • 22 aprel 2015 19:04
  • Məqalə: 4
  • Şərh: 746
  • Bal:
şeir üçün təşəkkürlər

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 18 aprel 2015 16:11
  • Məqalə: 670
  • Şərh: 18449
  • Bal:
{awards}
Ayna əks etdirir çılpaqlığını,
Soyunmuş baxışlar üzümə qənim.
Bu eyni cisimdə eyni vücudda,
Özüm kəsilmişəm özümə qənim...


--------------------
คşк łคfтคɴ คɴłคмคz

Elya Alieva

  • 1 aprel 2015 18:23
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
cox duyuquludur

--------------------
UREYIM...I MEN

★Love World★

  • 28 mart 2015 11:26
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
{awards}
Super şeirdi.....

--------------------

__gulu_gulu__

  • 27 mart 2015 21:23
  • Məqalə: 12
  • Şərh: 800
  • Bal:
{awards}
Kimsə eşitməsin,duymasın deyə,
Özümü boğuram öz ahlarımda.
Sənə səbrli ol, döz deyə-deyə,
Saçlarım ağarıb gicgahlarımda...

Çox sağolun...

--------------------

Nazlim_97_

  • 27 mart 2015 21:13
  • Məqalə: 28
  • Şərh: 2745
  • Bal:
{awards}
Tewekkur',,,,

NIGAR

  • 27 mart 2015 21:00
  • Məqalə: 576
  • Şərh: 9736
  • Bal:
{awards}
[center]şerə görə sağ olunn what [/center]

--------------------
legend.az/user/IMZA/legend.az/user/IMZA/

sessiz deniz

  • 27 mart 2015 20:58
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Ayna əks etdirir çılpaqlığını,
Soyunmuş baxışlar üzümə qənim.
Bu eyni cisimdə eyni vücudda,
Özüm kəsilmişəm özümə qənim...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 33
Cəmi: 65

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}