☆..Cümə günümüz MübarəK..☆

 
☆..Cümə günümüz MübarəK..☆


Bu gün müsəlmanlar üçün müqəddəs sayılır. Allahın Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Üzərinə günəşin doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm (ə.) yaradılmış, o gün cənnətə daxil olmuş, o gün yerə endirilmiş, o gün tövbəsi qəbul edilmiş, o gün ölmüşdür. O gün qiyamət qopar və o gün cənnətdəkilərin Allah-Təalanı anma günüdür.”

Müsəlmanlar üçün Cümə günlərin ən yaxşısı, həftənin tacıdır. Hədisdə deyildiyinə görə, qiyamət də cümə günü qopacaqdır. Elə buna görə də, cümə günü heyvanlar gün çıxandan gün batana qədər qorxu içində olur.

Məhz bu gündə müəyyən bir vaxt var ki, həmin radələrdə dua edənin duası qəbul olunar.

Allah mübarək cümə günündə bizim ümmətə hidayət vermişdir. İki cümə arası kiçik günahların bağışlanması və bunlardan başqa bir sıra fəzilətə malikdir.

Cümə günü günlərin ən hörmətlisidir. Cümə günü günlərin ağasıdır və o Allah-Taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.

Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsinə sevinsinlər. Həm xeyir, həm də şər cümə günü ikiqat artar.

Cümə günü sədəqə(nin savabı) ikiqat artar. Çünki cümə günü digər günlərdən üstündür.Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.

Allahın Peyğəmbəri (s.ə.s.) buyurmuşdur: «Ey Əli! İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur» (Biharul-ənvar, c.81, səh.129, hədis 18).

Cümə namazından sonra istəyən işinə gedər, çalışar. Cümə namazı vaxtı alış-veriş günahdır. Bununla bağlı Qurani- Kərimdə “Cümə” surəsi də nazil olub.

Cümənin gündüzü gecəsindən daha qiymətlidir. Bu gündə müsəlmanlara xeyir-bərəkət və yaxşılıq vardır. Cümə günü gəldiyi üçün sevinən bir möminə qiyamətə qədər hər gün o qədər savab verilir ki, bunu tək Allah-Təala bilir.

Günlərin ən qiymətlisi cümədir. Cümə dünyada və Cənnətdə möminlərin bayramıdır.Ana-atasının və ya ikisinin birindən qəbrini hər cümə günləri ziyarət edənin günahları bağışlanır. Haqlarını ödəmiş olur.

Cümə fəqirlərin həccidir və möminlərin, göy əhlinin bayramıdır, Cənnətdə də bayram günüdür. Günlərin ən yaxşısı, ən şərəflisi cümədir.

Cümə günü yaxşılıqların xəzinəsidir və gözəl şeylərin mənbəyidir.

Cümə günü günah işləmədən keçsə, digər günlər də salamatlıqla keçər.

Cümə günü oruc tutan üçün on axirət günü oruc savabı yazılar.

Tək Cümə günü oruc tutmayın! Bir gün əvvəl və ya bir gün sonra da tutun.

Cümə günü səksən salavat gətirənin, səksən illik günahı bağışlanar.

Cümə günü dırnaq kəsmək şəfaya səbəbdir.

Savablar içində Cümə günü və gecəsində ediləndən daha qiymətlisi, günahlar içində də Cümə günü və gecəsində işləniləndən pisi yoxdur.

Cümə günü və ya gecəsi “Duxan” surəsini oxuyana Cənnətdə bir köşk lütf edilər.

Cümə günü və ya gecəsi ölən mömin, şəhid olar, qəbir əzabından xilas olar.

Cümə günü yaxşılıqların xəzinəsidir və gözəl şeylərin mənbəsidir.

Cümə günü səhər namazından əvvəl üç dəfə “Estağfirullahə Rəbbi və ətubi iləyh” (İlahi! Bağışlanmağımı istəyirəm və sənə tərəf qayıdıram) oxuyanın, özü, anası və atasının bütün günahları əfv olar. Bu, günahlardan tövbə etməkdir. Bunu həmişə demək də olar.

Hər müsəlman Cümə günü yuyunmalı, dişlərini təmizləməli və ətirlənməlidir.

Cümə günü quşlar və vəhşi heyvanlar bir-birinə "Salamın əleykum, bu gün Cümə günüdür" deyərlər.

Cümə gecəsi “Yasin” surəsini oxuyanın günahları bağışlanılar.

Allah-Təala hər Cümə günü 600.000 adamı Cəhənnəmdən azad edər. Bunların hamısı Cəhənnəmə layiq olub Cümə gününün bərəkəti ilə Cəhənnəmdən çıxarılar.

Kölə, qadın, uşaq və xəstələrdən başqa bütün müsəlmanlara camaatla cümə (etmələri) fərzi ayındır.

Cümə namazına getmək, yetkinlik çağına çatmış hər müsəlmana fərzdir.

Cümə gününüz mübarək, LeGenD. AZ LİLAR


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 aprel 2015 19:53
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
Sizlərlə bahəm.

De_Ki_Sevirem

  • 23 aprel 2015 09:22
  • Məqalə: 4
  • Şərh: 747
  • Bal:
{awards}
Sizlərlə bahəm.

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

Elya Alieva

  • 1 aprel 2015 16:52
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
sizinle baxemmmm.

--------------------
UREYIM...I MEN

★QarA GözLüM★

  • 28 mart 2015 18:32
  • Məqalə: 96
  • Şərh: 901
  • Bal:
{awards}
Tesekkurler Gecde OLsa

--------------------


psix)

  • 28 mart 2015 13:14
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
allah razi olsun
uca rebbimiz gozel cumeler nesib etsin
bir cume o mutleq gelecek

--------------------
......

Aylowka)))

  • 27 mart 2015 22:34
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Allah razi olsun)

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

(HaYeL)

  • 27 mart 2015 22:06
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Rəbbim gözəl cümələr nəsib etsin AmiN feel
Allah razi olsun.

--------------------

jasmin022

  • 27 mart 2015 21:59
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
CUMENIZ MUBAREK

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

★Love World★

  • 27 mart 2015 21:28
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ÇoOoX Gözel Meqaledi love CÜMENİZ MÜBAREK...

--------------------

♔ sinყσriτα ♔

  • 27 mart 2015 21:27
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Allah Razi Olsun Cumeniz Mubuwdu Dosiler...

Pıtırcık

  • 27 mart 2015 21:25
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.CÜMƏMİZ MÜBARƏK

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}