Eynəyin ixtirası

 
Eynəyin ixtirası


Optik cihazlardan ən sadəsi eynəkdir. Bəzən ona çeşmək də deyirik. Bu cihaz uzağı və yaxud yaxını görməkdə göz qüsuru olan insanların yaxın köməkçisidir. Eynək olmasaydı belə insanlar fəal işdən qalardılar. Yaxından asılı olmayaraq çoxsaylı insanlar eynək adlı optik cihazdan istifadə edir. Deməli, eynək ən mühüm texniki ixtiralardan biridir.

Bu optik cihaz quruluşca sadədir. Lakin buna baxmayaraq o xeyli gec, orta əsrlərdə icad olunmuşdur. Bunun səbəbi iə sadədir: yalnız həmin dövrdə təmiz və yeknəsək quruluşlu şəffaf şüşə istehsal edilməyə başlanmışdır.

Bu fikir də çox maraqlıdır ki, insanlar hələ çox qədim zamanlardan linzaların quruluşu və xassələri ilə tanış olmuşlar. Bu zaman linzalar şəffaf daşlar olan büllur və berildən hazırlanırdı. Arxeoloji qazıntılar zamanı belə linzalar Misir, Yunanıstan, İkiçayarası və İtaliya ərazilərindən aşkarlanmışdır. Krit adasındakı Knos sarayının xarabalıqlarından tapılmış büllur linzanın tarixi e.ə. 1600-cü ilə gedib çıxır. Bu linzalardan bəzək və əyləncə məqsədilə istifadə olunurmuş.

İlk eynək 1280-ci ildə İtaliyada ixtira olunmuşdur. Bu ixtiranın müəllifi Salvinio delli Arleti olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edən bu eynək sağanaqla birləşdirilmiş iki qabarıq linzadan ibarət idi.

İlk eynəklər dəstəksiz idi. Dəstəkli eynəklər isə, yalnız XV əsrdə ixtira olundu. İstər dəstəksiz, istərsə də dəstəkli eynəklər göz qabağında əl ilə tutulurdu. XIX əsrin ikinci yarısında isə qulağa keçirilən eynəklər meydana gəldi. İlk eynəklər uzaqgörməni yaxışlaşdırmaq məqsədilə düzəldilirdi.

Çox sonralar başa düşdülər ki, elə həmin eynək çökək, şüaları səpələyən linza salmaqla yaxıngörmə qüsurunu da düzəltmək olar. Bəs nə üçün eynəyin vətəni İtaliya hesab olunur? Tarixdən məlumdur ki, XIII-XV əsrlərdə İtaliyada şüşə istehsalı özünün ən yüksək zirvəsinə çatmışdı. İtaliyan ustaları dünyada şüşəbişirən, ondan müxtəlif məmulat hazırlayan, onu cilalayan ən mahir sənətkarlar hesab olunurdular.


Ustalar müxtəlif əyri səthi olan şüşülərlə işləyərkən onların optik xassələrini də aşkar etmişlər.
qadinlar.


Geri dön

De_Ki_Sevirem

  • 23 aprel 2015 12:40
  • Məqalə: 4
  • Şərh: 747
  • Bal:
Maraqlı məlumat idi çox saqolun

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

Krasavcikaya_v_onlin

  • 4 aprel 2015 15:25
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
melumata gore tsk

--------------------

Elya Alieva

  • 1 aprel 2015 02:02
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Maraqli idi tsk

--------------------
UREYIM...I MEN

★Love World★

  • 29 mart 2015 15:07
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Melumata Göre ÇoOoX SAğolun.........

--------------------

Pıtırcık

  • 29 mart 2015 15:07
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
{awards}
no xəbərə görə sağ ol

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 18
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}