Pul kisəsini həmişə dolu görmək istəyənlər oxusun

 
Pul kisəsini həmişə dolu görmək istəyənlər oxusun


Əvvəlla, pul kisəsini yalnız tamamilə köhnəlib öz funksiyasını yerinə yetirməyəndə dəyişin. Əlbəttə söhbət dolub-daşan, hər zaman kisəyə pul çəkən pul kisəsindən gedir. Əgər belə pul kisəsiniz köhnəlibsə, onu təntənəli şəkildə “dəfn edin”, bu zaman vida nitqi də söyləməyi unutmayın.
Köhnə pul kisəsini zibil qutusuna atmayın, sadəcə, zibil qutusunun yanına qoyub "Xidmətinə görə sağ ol! Bəlkə daha kiməsə kömək ola bilərsən", - deyin.
İndi isə keçək əsas mətləbə. Pul kisəsi hansı rəngdə olmalıdır? sualına cavab tapmağa.
Qırmızı rəng pul kisəsi üçün çox yaxşıdır. Pul sürətli dövr edir. Üstəlik, yüksək əmək haqqı verilən iş tapmaqda kömək edir.

Bənövşəyi rəng reallıqdan ayrılmağa, mənəvi inkişafa xidmət edir. Bənövşəyi rəng mənəvi cəhətdən inkişafa kömək edir, amma pulla aranızda uçrum yaradır. Bənövşəyiyə pul lazım deyil, onları kitab və saysız-hesabsız treninqlər maqnit kimi cəlb edir. Pul kisənizə gəlir, lakin ləngimədən oranı tərk edir. Bəzən isə pul axını bənövşəyi pul kisəsinin yanından keçir. Pul kisəsi isə pul axını üçün tələ olmalıdır, bundan sonra əlbəttə ki, onunla əlaqə yaratmalıdır.

Qara rəng bütün enerjiləri, o cümlədən pul kisəsinə pulun axınının yolunu bağlayır.

Pul üçün çəhrayı rəngi əlverişli deyil. Əgər onun sahibəsi həyata yüngül baxırsa hər şey yaxşı olacaq. Lakin başqa xüsusi heç nəyə ümid bəsləməyin. Pul əyləncə sənayesinə sərf olunacaq. Pul kisədə çox qalmayacaq, asan gəldiyi kimi, asan da gedəcək.

Narıncı pul kisəsi - bu, problemdir. Əgər siz teatrda aktrisa, model biznesində, klublarda, kazinoda çalışırsınızsa, imicmeyker kimi insanlarla ünsiyyət yaradılması tələb edən peşə sahibisinizsə, onda narıncı pul kisəsi mənfəət gətirəcəkdir. Əgər sənətə, teatra, ictimai peşələrə aidiyyətiniz yoxdursa, onda pulla vidalaşın. Pulunuz tədbirlərə, istirahətə, gözəl geyimlərə, aksessuarlara gedəcək. Halbuki maliyyə vəziyyətiniz qənaət etməyi tələb edə bilər. Ümumilikdə narıncı pul kisəsi pulu çəkmir, əksinə, onunla aranızda uçrum yaradır.

Qəhvəyi, yaşıl. Pul kisəsinin rəngi nə qədər görkəmli, zəhmli olarsa o qədər çox pul cəlb edəcək.
Qəhvəyi rəngli, bahalı, yaxşı dəridən hazırlanmış pul kisəsi alın.
Mağazada onu əlinizə götürün və ondan sizə sədaqətlə xidmət etməyi xahiş edin. Onu evə gətirin və pəncərənin qabağına qoyun. Siz isə bu zaman pul hazırlayın. 3 və ya 7 gün sonra, onu pul kisəsinə qoyun və özünüzlə gəzdirin. Pul kisəsi səliqəli olmalıdır.

Pul kisəsində nə olmalıdır?

Pul kisəsisində ancaq pul olmalıdır. Çünki pul oxşar mühitdə olmalıdır ki, onların artmasına heç nə mane ola bilməsin.
Pul kisəsində nominalları azalan ardıcıllıqla yığmaq lazımdır. Pulları nominal üzrə düzün 1, 5, 10, 50, 100. Təbii ki, böyük nominalın üzü sizə tərəf olmalıdır. Yaxşı olardı ki, 100-lük həmişə pul kisəsində qalsın (hər ehtimala qarşı) və onu xərcləməməyə çalışın.
Pul kisəsində pul olmalıdır! Pul kisəsinə sənəd ümumiyyətlə, qoymayın. Kommunal ödənişlərin qəbzləri, cərimələr pulunuzun sosial problemlərin həllinə getməsinə yol açacaq.

Bir çox pul kisəsində çoxsaylı kiçik plastik ciblər var. Orada həyat yoldaşınızın, uşaqların, sevimli insanların fotolarını qoymayın. Çünki əziz insanların şəkilləri özlüyündə möhtəşəm enerji mənbəyidir, pulun gücü onunla müqayisədə çox azdır. Fotolardan gələn enerjinin gücü pul enerjisinin axınlarının qarşısını kəsir.
Əvvəlla, həyat yoldaşının və uşaqların şəkilləri pul axınının qarşısını kəsir. İkincisi, münasibətlər korlana bilər. Sevgi itəcək və münasibətlər pul axınında dəyərini itirəcək. Hətta münasibətlər materialist məna daşıyacaq.

Endirim, bonus kartına isə kisədə yer tapmaq olar. Bu kartlar pulun toplanmasına səbəb ola bilər.
Pul kisəsini artıq heç nə qoymayıb, heroqliflər və ya talismanlar, hansısa sənədlər, dualar, varlı rəfiqənizin fotosu və s.


Köhnə rus rublunu albomda saxlamaq daha yaxşıdır.
Lakin talisman və amulet məsələsində fikir ayrılığı mövcuddur. Bir qisim pul kisəsində talismana ehtiyac olmadığını iddia edir. Digər qisim isə əksinə. Əgər maliyyə vəziyyətiniz pisdirsə, pul kisəsinə qıtığotu kökü qoyun. Bu bitki maddi enerjini toplayır. Lakin çətinlik ondadır ki, qıtığotunu bazardan almaq olmaz. Onu özünüz yetişdirməli və Günəşdə qurutmalı və yalnız bundan sonra kisəyə qoymaq lazımdır.

Süpürgə kolunda maddi enerji böyük həcmdə yığılır. Bu koldan kiçik bir budağı kisədə saxlamaqda fayda var.


Geri dön

De_Ki_Sevirem

  • 23 aprel 2015 13:04
  • Məqalə: 4
  • Şərh: 747
  • Bal:
Maraqlı idi məqaləyə görə təşəkkürlər

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

Elya Alieva

  • 1 aprel 2015 00:56
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Tesekkurelr

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 30 mart 2015 20:29
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
{awards}
xəbərə görə sağ olun

--------------------
http://legend.az/user/imza/

İTMİŞ_ŞƏHZADƏ

  • 30 mart 2015 18:41
  • Məqalə: 1
  • Şərh: 2037
  • Bal:
{awards}
Süpürgə kolunda maddi enerji böyük həcmdə yığılır. Bu koldan kiçik bir budağı kisədə saxlamaqda fayda var.

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

★Love World★

  • 30 mart 2015 18:08
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Meqaleye göre ÇoX Sağolun......

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 58
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}