Qızıl yataqları haqqında bilmədikləriniz

 
Qızıl yataqları haqqında bilmədikləriniz



İlk böyük qızıla hücum 1849-cu ildə Kaliforniyada qeydə alınıb.

Keçən yüzillikdə tapılan yeni qızıl yataqları, "qızıla hücum" adlandırılan köçlərə səbəb olmuşdu. Kiçik San-Fransisko şəhəri bu köçlərin nəticəsində üç il ərzində gözlənilməyən dərəcədə böyümələr baş alıb gedirdi. Dünyanın hər tərəfindən buraya axın var idi. Ancaq gələnlərin bir çoxu ölmüş və ya əlləri boş geri qayıtmışdılar.

Amerikadakı son qızıla hücum 1897-ci ildə Alyaskada Klondayk Riverdəki qızıl yataqlarına olmuşdur. Qızıl axtaranlar şaxtalı soyuğa və dəhşətli şərtlərə qatlanmaq məcburiyyətində qalmışdılar. 1852 və 1859-cu ildə Avstraliyadakı qızıl yataqlarına da maraq olmuşdur. Avstraliyanın əhalisi bu səbəblə 8 il ərzində iki dəfə artmışdır. Burada nəticə Amerikadakına görə daha yaxşı olmuşdur. Amerikadakı qızıl axtaranlar daha çox toz qızıl ya da kiçik külçələr tapa bilirdilər.

Ən böyük külçələr Avstraliyada tapılmışdır. Tapılan ən böyük külçə 270 kq ağırlığında Holtermann külçəsidir. Bu külçə 1872-ci ildə Avstraliyanın Yeni Cənubi Uels bölgəsində yerin bir neçə santimetr altındakı bir qızıl damarından çıxarılmışdır.

O dövrlər okean dibində və çay yataqlarındakı qızılı tapıb çıxarmaq üçün xüsusi cihazlardan istifadə edilirdi.

Kvars qayalıqlarında isə qızıl çox kiçik hissəciklər halında tapılır. 10 qram qızılı əldə etmək üçün bəzən bir tonluq bir qayanı parçalamaq lazım ola bilər. Bunun üçün qaya bir sistern içində kiçik hissələrə ayrılır. Sonra bu hissələrin üstünə suda həll olunmuş sodium və ya kalium sianid tökülür. Bununla da qızıl məhlulu alınır. Bu məhlul da sinklə reaksiyaya girərək qızıl əldə edilir.

Hər kəsə bəllidir ki, beynəlxalq ticarətdə qızıl çox vacib yer tutur. Hər ölkədə əldə edilən qızılın təxminən 60%-i dövlət tərəfindən külçə halında saxlanılır. Buna da ölkənin qızıl rezervi adı verilir. Dövlətlərin bir-birinə olan borclarında qızıl ödəməsi qəbul olunur.

Külçə qızılın alqı-satqısı isə qadağandır. Ancaq qızıldan hazırlanan daş-qaşlar və müxtəlif əşyaların satılmasına icazə verilir.

sizə dünyanın qızıl ehtiyacını ödəyən 10 ən böyük şirkətin adını təqdim edirik.

1. Yamana Gold Inc.

2. China National Gold Group

3. Polyus Gold International

4. Goldfields Ltd.

5. Newcrest Mining

6. Kinross Gold Corp.

7. Goldcorp Inc.

8. AngloGold Ashanti

9. Newmont Mining Corp.

10. Barrick Gold Corp.


Geri dön

De_Ki_Sevirem

  • 23 aprel 2015 13:11
  • Məqalə: 4
  • Şərh: 747
  • Bal:
Maraqlı idi təşəkkürlər

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

Elya Alieva

  • 1 aprel 2015 01:03
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Xeber ucun saqolun

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 30 mart 2015 20:48
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
MARAĞLIDIR

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

★Love World★

  • 30 mart 2015 18:11
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Maraqlıydı.....Ellerinize Sağlıq....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}