Əslində Mən (Roman) - HəYaT GöZəLdiR

 
Əslində Mən (Roman) - HəYaT GöZəLdiR


Bu hissəsini özüm də bəyənmişdim, yəni ümidvaram gözəl alınıb..

Yoxee, yox səbrim çatmır daha. İntihar etmək istəyirəm. Yaşaya bilmərəm bu ağrılarla, bu acılarla. Hər keçən gün məndən çox şey qoparsa da əvəzində dərdim üstə dərd artırır.İntihar edim də bitsin bu acılarş Onsuzda kimsənin vecinə deyiləm. Kəndir tapmalıyam. Kəndir, kəndir, kəndir... Lənətə gəlsin evdə heç yerdə kəndir yoxdur. Bayıra çıxıb alım yaxşısı...
Həqiqətən çox qəribədir. Bəlkə də yeganə canlı insandır ki, öz ölümünü tezləşdirmək istəyir. Öz ölümünü özü-öz əliylə daha da asanlaşdırır. Kəndir insan əməyinin nəticəsidir. BU gün min cür məqsədlə istifadə edilir, lakin intihar etmənin ən asan və tez yoludur kəndir. Nəysə. Axır ki, bir işə yaradı bu çil-çıraqlar. Kəndirin bir ucunu çil-çırağa bərkitdim. Digər ucunu da ayağımın altına stul qoyub boynuma keçirdim. Heç nə düşünə bilmirdim. Ayağımla stulu yıxdım və kəndirdən asılı qaldım. 1...2...3... Lənətə gələsən guya kəndir hazırlayıblar da. Ölə də bilmirəme bu nədir? Gör nə qədər bədbəxt adamame mən. Bəlkə də elə ilk adam mənəm ki, intihar edən zaman kəndir qırılıb yıxılıram.
Çox yoruldum bu şəhərdən, bu insanlardan, bu monoton həyat tərzimdən. Bu şəhər, bu mühit çox sıxır məni. Bu şəhərdən getmək , həm də kimsəyə demədən getmək daha yaxşıdır. Burada tapa bilmədiyim xoşbəxtliyi orda tapdım bəlkə. Evdəkilərin xəbəri olmadan gizlin halda özümə xarici şəxsiyyət vəsiqəsi düzəltdim. Neçə vaxtdır pul yığırdım və bir xeyli, bir neçə ay mənə bəs edəcək məbləğdə pulum vardı.
04:00- Hər kəs yatıb evdə, əla. Lazımlı sənədlərin hamısını götürmüşəm. Telefonum, təyyarə biletim, pasportum – bu qədər, indi getmək olar. 06:oo-da təyyarə qalxacaqdı. Biletimdə gedəcəyim ölkə Niderland yazılmışdı. Mənim üçün getdiyim yerin fərqi yox idi, təki buralardan uzaqlaşam, uzaqlara gedəm.
Hörmətli sərnişinlər, lütfən telefonlarınızı söndürün. Təyyarə uçuşa keçir. Telefon artıq bir ləvazimatdı mənə. Sırf danışmaq üçün olan, ucuzluq yalnız zəng etməyə yarayan telefonlar xaric. Zəng vasitəsilə çox şey tapılır, çox insan. Amma mən tapılmaq istəmirdim və elə bu səbəbdən də təyyarəyə minməzdən öncə telefonumu vurub sındırmışdım, nömrəni də qırıb atmışdım. Sadəcə özümıə evdən çıxanda video-kameramı, mp3 playermi götürmüşdüm ki, elə bunlar bəsim idi.
Təyyarə eniş keçir və artıq deyəsən Niderlanda çatmışdıq. Düzü əvvəllər coğrafiyanı yaxşı oxumuşam məktəb çərçivəsində və Niderland haqda bir az məlumatım var idi. Belə ki ;
"Niderland" sözünün yerli dildə mənası "alçaq ərazilər" deməkdir. Bəzən Niderland Hollandiya adlandırılır. Bu adın ölkə üçün istifadə edilməsi düzgün deyil, ölkənin 12 inzibati bölgəsindən ikisi Hollandiya adlanır: Şimali və Cənubi Hollandiya. Hollandiya adı əslində yalnız ölkənin şimal-qərb qisimindən Birləşmiş Hollandiya Krallığının ən əhəmiyyətli əyaləti olan Hollandiya Əyalətindən gəlməkdədir. qısaca Hollandiya olaraq adlandırılmaqdadır. 19.yüzilliyin ikinci yarısından etibarən bu əyalət iki əyalətə bölünmüş vəziyyətdədir: Şimal Hollandiya (Paytaxt: Haarlem) və Cənub Hollandiya (Paytaxt: Den Haag). Hollandiya tərəfindəndə "Hollandiya" ifadəsi yalnız bu iki əyalət üçün istifadə edilər. Bunun xaricində "Hollandiya" daha çox, insanların özlərini təyin etdikləri lağlağı bir addır. 2006-ci ilə nəzərən hal hazırda bu ölkənin əhalisi 16 491 461 – idi. Əslində mənim üçün o qədər də gəldiyim yer önəmli deyildi. Ən əsası evdən qaçmaq idi. Monoton həyat tərzimdə bir az dəyişiklik etmək istəyirdim o qədər. Hər kəs bəzən olduğu yerdə xoşbəxtliyi tapa bilmir və özlüyündə düşünür kiŞ xoşbəxtlik buralarda deyil, uzaqlardadır. Çoxu belə düşünür, lakin arzuladığı, xəyalını qurduğu uzaqlara gedə bilmir, getmək üçün cəsarət etmir. Amma mən hər şeyi unudub, kənara atıb cəsarətlənərək həmən uzaqlara gəlmişdim. Sanki heç kəsin tapa bilmədiyi xoşbəxtliyi burada tapa biləcəkmiş kimi.
11 avqust 2014-cü il. Niderlanddakı ilk günüm. Leyden şəhərinə gəlib çıxmışdım və burada özümə qalmaq üçün kirayə ev tutmuşdum. Leyden Qədim Reyn çayının sahilində, Haaqa şəhərindən 20 km cənubda və Amsterdam şəhərindən 40 km şimalda yerləşən qədim və gözəl şəhərdir. Şəhərin şimal-şərqində Kaaq gölləri mövcuddur. Leyden elm və təhsil şəhəri kimi tanınır. Bu şəhərdə rəssam Rembrandt, hüquqşünas Huqo Qrotius, riyaziyyatçı Rene Dekart, kondensatoru kəşf etmiş fizik Piter van Müshenbruk, məşhur professor Kamerlinq-Onnes, dahi Eynşteyn yaşayıb və yaradıblar. Leyden şəhəri işığın sınması, elektrik kondensator, termodinamikanın molekulyar əsası, elektron nəzəriyyə, yüksək keçiricilik, Qalaktikanın strukturu və kometaların mənşəyi, elektro-kardioqrafiya və s. kəşflərin vətənidir.Leyden şəhərində ölkənin ən qədim ali təhsil ocağı olan Leyden Universiteti yerləşir. Hələki bu şəhərin adamları mənə qonaqpərvər kimi gəlirlər. Bəzilərinə maraqlı gələ bilər ki, mən onların dilini bilmədiyim halda onlarla necə əlaqə qura bilirəm. Daha çox tərcümə kitablarından istifadə edirdim. Onlar bir köməyimə çatmadıq da isə Netbookumda internet vasitəsilə tərcümə edirdim.
14 avqust. Şəhərin tarixi abidələrini gəzmək qərarına gəldim bu gün. Eşitdiyimə görə qədim şəhərin saysız-hesabsız tarixi abidələri, Muzey və qalereyaları (Morsport şəhər qapıları, Rapenbürx kanalı, Milli Etnologiya muzeyi, çoxmərtəbəli külək dəyirmanı - Molen De Valk muzeyi, "Hortus Botanicus" botanika bağı, qədim kilsələr və s.) buraya çoxlu sayda turist cəlb edirmiş. Nəticədə mən də turist idim və mənə də həmən yerlər maraqlı idi. Və qərarımı da icra etdim. Bir neçə yer gəzib, şəkil çəkdirdikdən sonra evimə qayıtdım. Yorucu bir gün olmuşdu.

15 avqust. Qaldığım ev o qədər də gözəl deyildi. Birotaqlı kiçik bir mənzil idi demək olar ki. Ev sahibi isə mənim mənzilimin sağında 2 mərtəbəli bir binada yaşayırdı. Yaşlı ər-arvad idilər. Amma ev sahibəsini görməmişdim, daha çox ev sahibi ilə ünsiyyətdə olmuşdum. Dediyinə görə 3 övladları var imiş ; 1 qız və 2 oğlan. Ev sahibinə bəs niyə bu mənzildə yalnız özünüz qalırsınız dedikdə ilk öncə bir az kövrəlmişdi, amma daha sonra hekayəsini danışmışdı. Dediyinə görə əvvəllər çox varlı, zəngin biri olublarmış. Ev sahibinin Leyden şəhərinin neçə yerində villaları, restoranları olubmuş. Qızı evləndikdən sonra ailəsi ilə İngiltərəyə köçdükdən sonra demək olar ki, hər şey dəyişibmiş. Böyük oğlu hansısa bir adını bilmədiyi təşkilata qoşulub. Bəzən günlərlə evə gəlmirmiş. Gəldikdə isə sərxoş olurdu və bağırıb-çağırıb evdən bir miqdar pul götürərək yenə bir neçə günlük gözdən itirmiş. Bir gün böyük oğlunun ölüm xəbərini eşidir. Daha doğrusu cinayət nəticəsində oğlu tam 7 yerdən bıçaqlanıb yolun kənarına atılıbmış. Həmin ərazidə yerləşən bir nəfər meyidi tapıb polisə xəbər verib. Bəs o biri oğlunuz hanı deyə soruşduqda ev sahibi daha da kövrəlmişdi, lakin o halı ilə yenə də hekayəsinə davam eləmişdi. Dediyinə əsasən kiçik oğlu çox məsuliyyətli, hər işə düzgün yanaşan biri olub. Əgər sağ qalsa idi 3 gündən sonra toyu olmalı idi. Nişanlı idi və bir qızı çox sevirdi. Bir – birlərinə çox yaraşırdılar. Lakin bəzən yaraşmaq , sevmək hər şey deyilmiş. Demə həmən bu qız oğlumu heç sevməyib, sadəcə puluna aşiq olmuşdu. Amma təkcə bununla da kifayətlənməmişdi. Bir gün oğlumla öz restoranlarımızdan birinə iş yeməyinə gedirdik. Şimali Koreyadan qonaqlarımız var idi. Elə masaya yenicə əyləşmişdik ki, oğlumun telefonuna zəng gəldi və üzr istəyərək masadan qalxdı. Danışa bilmək üçün bir az masadan aralanıb kənara keçdi. Oğluma diqqət yetirəndə əsəbi olduğunu sezdim. Bir az sonra telefonu qapadıb masaya yaxınlaşaraq üzrxahlığını bildirib, vacib getməsi gərəkdiyini söylədi və getdi. Mən isə "Oğlum hara gedirsən?” deməyə çalışırdım ki, bir də gördüm artıq oğlum restorandan uzaqlaşdı. Axşam elə yemək yenicə bitmişdi ki, həyat yoldaşım mənə zəng elədi. Dəstəyi götürəndə ağladığı hiss olunurdu. Mən də həyəcanlanaraq nə olub deyə soruşanda isə yanıqlı bir səslə sadəcə "oğlumuz” dediyini eşitdim və dəstyi asaraq tez sürücüyə evə sürməsi gərəkdiyini söylədim. Evə gəldikdə isə həyat yoldaşımın səsi 2-ci mərtəbədən-oğlumun otağından gəlirdi. Sürücümlə otağa çatanda isə nə görsəm yaxşıdır? Ev sahibi bir anlıq özünə hakim ola bilməyib ağlamağa başladı. Bir müddət sonra özünü ələ alaraq sözünə davam etdi. " Gördüyüm mənzərə məni bir anlıq şoka salsa da tez özümə gəldim. Oğlum özünü asmışdı, həyat yoldaşımsa oğlumun ayaqlarına yapışaraq ağlayırdı. Sürücümlə oğlumu kəndirdən azad etsək də artıq gec idi, iş-işdən keçmişdi. O gündən həyat yoldaşım həyata küsüb və danışmır. Və ən pisi də odur ki, ondan sonra hər şey daha da pisə gedirdi. Müflisləşməyə başlamışdım bir vaxtlar Leyden şəhərində 10 larla evim, restoranım var idi, amma müflisləşməyə başlayanda isə hamısını bir bir satmağa başladım. Bircə bax bu gördüyün bina bir də kiçik bir restoranım qaldı. Buna da Şükür olsun yenə də. Həqiqətən içim acımışdı ev sahibinə, amma çox güclü biri idi. O qədər itkiyə rəğmən hələ də məğrurcasına ayaqda dayanırdı.
17 avqust. Bu gün , ancaq evdə olmuşam. Demək olar ki, evdən kənara çıxmamışam. Getdikcə buranın dilinə öyrənməyə başlayırdım.
18 avqust. Bu gün çöldə güclü yağış yağır, lakin mən evdə oturmaqdan sıxılıram və bayıra çıxmaq istəyirəm. Amma bu yağışda çətin ki, çıxam. Çıxsam da bilirəm ki, sabahsı gün xəstələnəcəm. Pəncərədən çölə baxan zaman beynimdə çoxlu düşüncələr qururdum, Fidan, Günəş, Fidan, Günəş... Bu düşüncələrimi bir anlıq pişik miyoltusu kəsdi. Evin qapısını açıb çölə baxanda qapımın ağzında balaca bəm-bəyaz , yağışdan islanmış bir pişik gördüm. Bu halına dözə bilməyib onu evimə aldım daha sonra bir dəsmal tapıb yaxşıca onu quruladım. Nə yaxşı ki, gəldin , pişik. Artıq tək qalmaqdan sıxılırdım buralarda. Səni mənə Allah göndərdi. Soyuducudan süd tapdım və bir boşqaba töküb pişiyin qabağına qoydum. Hələ çox balaca idi.
20 avqust. Daha o qədər də darıxmırdım pişik sayəsində. Artıq ona ad da tapmışdım. Yağmur idi adı, bu adı ona yağışlı gündə tapdığıma görə vermişdim. Bəzən həqiqətən də heyvanlar insanlardan daha vəfalı olur. Ona bir boşqab süd verməyimə baxmayaraq o heç vaxt yanımdan ayrılmırdı. Mağazaya gedəndə isə evdə qalırdı, daha doğrusu özü evdən çıxmaq istəmirdi. Getdikcə ona daha çox bağlanırdım. Yağmurla o qədər ilgilənirdim ki, artıq hər şeyi unutmuşdum.
22 avqust. Bu gün özümə yeni facebook hesabı açdım. Heç kim məni tapa bilməsin deyə köhnəsini dondurmuşdum. İlk öncə Günəşin profilinə baxdım, demək olar ki, mənsizlik heç ona təsir etməmişdi. Şəhərdə, bulvarda rəfiqələri ilə şəkillər çəkib facebookda paylaşırdı. Daha sonra Əhmədin profilinə göz atdım. O isə profilində avqustun 10-u "Dost hardasan” deyə bir status paylaşmışdı. Ondan buyana heç nə yox idi profilində. Birdən qardaşım düşdü yadıma. Onun profilinə baxanda isə özümdən asılı olmadan netbookun ekranına tüpürdüm. Daha sonra isə dəsmalla ekranı sildim və kaş ekrana tüpürməzdim deyə heyfsləndim. Mənim yoxluğum heç ona təsir etməmişdi. Gündə bir qızla şəkil çəkdirib facebooka qoyurdu. Sanki kiməsə acıq vermək istəyirdi. Ehh, elə qardaşa nə deyəsən axı? ...
25 avqust. Artıq pulum az qalmışdı. Get – gedə daha qənaətcil xərcləməliydim pulumu. Amma nə qədər qənaətcil olsamda pulum bitəcəkdi nəticədə. Məhz bu səbəbdən də iş tapmalıydım. Leydendəki restoran və kafeləri gəzib özümə iş axtarırdım, amma axtarışlarım nəticə vermirdi. Hara gedirdimsə "işçiyə ehtiyacımız yoxdur” deyib yola salırdılar.
28 avqust. Deyəsən ev sahibi iş axtardığımı öyrənmişdi.
- İş axtarırsan deyəsən?
- Hə.
- Bəs sənə iş təklifim var desəm necə olar?
- Yaxşı olar da, amma nə iş?
- Sənə balaca bir restoranım var demişdim, xatırlayırsan?
- Hə.
- Bax mənə orada afisiant lazımdır. Maaşı da yaxşıdır. Razısan?
- Əlbəttə. Niyə də olmasın? !
- O zaman sabah səhər 09:00 – da gəl bizə. Restorana birgə gedərik.
- Yaxşı.
29 avqust. Səhər yuxudan qalxıb əl-üzümü yudum. Yağmurun südünü verib evdən çıxdım. Və qapını döydüm. Ev sahibi qapıya çıxaraq;
- Hə, gedək?
- Gedək. J
Gəlib maşına əyləşdik. Bir az getdikdən sonra ;
- Həə, çatdıq. Gəl gedək ; deyib maşından aşağı düşdük.
Çox gözəl, balaca bir restoran idi.
1 sentyabr. Artıq işimə alışmışdım. Çox rahat idi , iş saatı da 09:00-dan 17:00-a kimi idi.
Bilirsiz? Əslində biz çox nankoruq. Həyat gözəldir, yetər ki, o gözlə baxasan. Həyat bir bardağa bənzəyir və həmin bardağın içi düşünün ki, yarıya qədər sudur. Biz həmişə bardağın üst tərəfinə, daha doğrusu boş tərəfinə baxırıq. Və məhz bu səbəbdən də həyatımızda baş verən yaxşı şeyləri görmürük. Elə bir düşüncə qurmuşuq özlüyümüzdə ki, "Heç nə yaxşı olmayacaq, ürəyimizi sıxaq” . Axı biz nə zaman öyrənəcəyik bardağın dolu tərəfindən baxmağı? Deyəsən bu gedişlə heç vaxt. Əgər mən heç nə etmirəm və bir küncə oturaraq deyirəm ki, Həyat pisdir ya nəsə, bu düzgün deyil. Həyat mənimdirsə deməli öz həyatımı özüm gözəlləşdirməyi, özüm gözəlliyinin fərqinə varmalıyam. Mən artıq bunun fərqinə varmışam. Mənə görə "Həyat gözəldir”...
Müəllif: Əhəd Əhədli
Hekayəni başqa bir saytda paylaşan zaman lütfən müəllifin adını qeyd edin. Müəllif hüquqları itməsin...


Geri dön

De_Ki_Sevirem

  • 23 aprel 2015 14:13
  • Məqalə: 4
  • Şərh: 746
  • Bal:
Çox uzun olduğuna görə oxumadım axıra qədər

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

De_Ki_Sevirem

  • 20 aprel 2015 15:03
  • Məqalə: 4
  • Şərh: 746
  • Bal:
{awards}
Təşəkkürlər xəbərə görə

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

ღSlaDkaYa_AyKoShKaღ

  • 3 aprel 2015 00:47
  • Məqalə: 22
  • Şərh: 219
  • Bal:
{awards}
elaaaa...))

--------------------

Krasavcikaya_v_onlin

  • 2 aprel 2015 19:50
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
мараглы иди

--------------------

(HaYeL)

  • 2 aprel 2015 16:40
  • Məqalə: 60
  • Şərh: 1001
  • Bal:
{awards}
Rəbbim yaşamağa gözəl gün nəsib etsin və insanlarda inşAllah mənalı yaşayar bu həyatı.!
Allah razi olsun.

--------------------

Elya Alieva

  • 2 aprel 2015 16:16
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
desemki axracan oxudum yalan olacaq ama basdiqn oxudum biraz maraqli idi saqolun

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 2 aprel 2015 14:19
  • Məqalə: 576
  • Şərh: 9727
  • Bal:
{awards}
hekayə üçün sağ olun

--------------------
http://legend.az/user/imza/

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦

  • 2 aprel 2015 13:50
  • Məqalə: 1146
  • Şərh: 319
  • Bal:
{awards}
"Həyat gözəldir”...
Yaşamağı bilənə həqiqətən həyat gözəldi Hekayəyə görə təşəkkür

--------------------


İNSTRAGRAM ADRES : seymur_sonmez
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 38
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
Sol Meleyim
Xəbərləri: 6
Cəmi: 21
 
MiSS HaPPy)
Xəbərləri: 5
Cəmi: 14
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
nevroz
Xəbərləri: 1
Cəmi: 174
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Pəri
Xəbərləri: 1
Cəmi: 225
 
 
{slinks}