Sürətli arıqlama insanı xəstə edir - Ehtiyatlı olun!

 
Sürətli arıqlama insanı xəstə edir - Ehtiyatlı olun!


Hazırda arıqlama dəbdədir. Qadınlar (və bəzən də kişilər) kütləvi şəkildə müxtəlif pəhrizlər, "möcüzəli" arıqladan həblər, arıqladan çay və qəhvələri sınaqdan keçirirlər.
Qadınların əksəriyyəti az bir müddət ərzində çox çəki atmaq istəyir. Çoxsaylı internet saytları 1 aya 10-15 kq arıqlamış insanlardan bar-bar bağırır. Lakin təəssüf ki, belə sürətli arıqlamanın böyük təhlükələrindən internetdə məlumat tapmaq çox çətindir. Bu təhlükələr hansılardır?
LeGenD.aZ'a istinadən həmin təhlükələri sadalayır.

- Kəskin arıqlama orqanizmin hormonal fonuna çox mənfi təsir edir. Qadınlarda menstrual dövr pozula bilər və ya menstruasiyalar tamamilə kəsilə bilər. Qalxanvari vəzinin və böyrək üstü vəzilərin fəaliyyəti pozula bilər.


- Ürək-damar sistemində müxtəlif pozulmalar inkişaf edə bilər. Təzyiq gah qalxır, gah da düşür, ürək nahiyəsində ağrılar olur, insanı tez-tez təkrarlanan baş ağrıları və başgicəllənmələr narahat edir.


- Sürətli arıqlama nəticəsində immun sistemi çox kəskin şəkildə zəifləyir. Bu səbəbdən hətta yüngül soyuqlama və ya infeksiya ağır xəstəliyin inkişafına təkan verə bilər. Həmçinin immunitetin zəifləməsi insanda olan xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. İmmun sisteminin kəskin zəifləməsi fonunda insanda hətta xərçəng xəstəliyi inkişaf edə bilər.


- Sürətli arıqlama sinir sisteminin vəziyyətinə də olduqca mənfi təsir edir. İnsan əsəbi, gərgin olur, depressiyaya düşür, onun yuxusu tamamilə pozula bilər. İnsanda anoreksiya kimi ağır psixiki pozulma inkişaf edə bilər. Anoreksiyadan əziyyət çəkən insan hətta çox arıq olduqda özünü kök hesab edir, qida qəbulundan imtina edir, qida qəbul etdikdən sonra özünü zorla qusdurur və s. Ağır anoreksiya insanın ölümünə səbəb ola bilər.


- Mədə-bağırsaq sistemi sürətli arıqlamadan xüsusilə çox əziyyət çəkir. İnsanda arıqlama fonunda qastrit, mədə və 12 barmaq bağırsağı xorası kimi xəstəliklər inkişaf edə bilər (və ya kəskinləşə bilər).
Kəskin arıqlama bağırsaqların da fəaliyyətini pozur.


- Orqanizmin filtri olan qaraciyər güclü yükləmələrə məruz qalır. Çünki sürətlə və xeyli dərəcədə arıqlama zamanı bədəndən xaric edilməli olan artıq piy toxumaları qanın tərkibinə sovrularaq, emal edilmək üçün qaraciyərə tərəf "hücuma keçirlər". Qaraciyər xeyli miqdarda parçalanmış olan bu piy toxumasının emal edilməsinin öhdəsindən gələ bilmədiyi üçün artıq məhsulların bir hissəsi onun özündə toplanmağa başlayır. Bu isə qaraciyərin fəaliyyətində müxtəlif pozulmalara səbəb olur.
Əgər insan arıqlamaq üçün hər hansı dərman preparatı (hətta otlar əsasında) istifadə edirsə, bu, daha da təhlükəlidir. Bu preparatların bir çoxu heç bir kliniki testlərdən keçməyib və onların orqanizmə olan təsiri məlum deyil. Bu isə zəhərlənmələrin, ağır allergik reaksiyaların, mədədə və 12 barmaq bağırsaqda xoraların, qaraciyərdə ağır pozulmaların riskini kəskin şəkildə artırır.

Beləliklə, sürətli arıqlama insana yalnız və yalnız ziyan verə bilər. Bunu istənilən həkim və dietoloq təsdiq edəcək. Əgər siz arıqlamaq istəyirsinizsə, bunu savadlı şəkildə tədricən etmək lazımdır. Normal sağlam arıqlamanın qaydası - 1 ayda bədən çəkisinin 2-3%-nin itirilməsidir. Əgər insanın bədən çəkisi misal üçün, 70 kq-dırsa, 1 ay ərzində 1,4-2,1 kq çəki itirə bilər. Bu, onun sağlamlığına ziyan gətirməyəcək.


Bir çox psixoloqlar arıqlama epidemiyasının səbəbini müasir insanların özünə olan inamsızlıqla və özündən narazılıqla əlaqələndirirlər. Müasir insanların bir çox hissəsi özündən, ailəsindən, işindən və s.-dən narazıdır. Bu narazılıq özünü müxtəlif formalarda biruzə verir - bəziləri arıqlayır, digərləri burunlarını, dodaqlarını, sinələrini və s. plastik əməliyyat etdirir. Lakin istədiyi çəkiyə, buruna, dodaqlara və s. nail olduqdan sonra insanlar hiss edir ki, bu, onlara nə xoşbəxtlik, nə sevinc, nə sevgi, nə..., bir sözlə - heç nə gətirməyib. Beləliklə, səbəb kilolarda, burunda, sinədə və s.-də deyil, səbəb insanın beynində, qəlbindədir. İnsan özünü kök, arıq, uzun burun, nazik dodaq və s. qəbul etməli və sevməlidir. Yalnız özünə olan inam, özünə olan sevgi insanı xoşbəxt edə bilər və yalnız belə insan ətrafdakıları da xoşbəxt edəcək.
Beləliklə, arıq və bədbəxt olmaqdansa, kök və xoşbəxt olmaq daha yaxşıdır. Təbii ki, söhbət həddən artıq köklükdən getmir.


Geri dön

De_Ki_Sevirem

  • 20 aprel 2015 14:45
  • Məqalə: 4
  • Şərh: 747
  • Bal:
maraqlı məlumatı

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

ღSlaDkaYa_AyKoShKaღ

  • 3 aprel 2015 00:10
  • Məqalə: 22
  • Şərh: 220
  • Bal:
{awards}
Cox sagolun... love

--------------------

Krasavcikaya_v_onlin

  • 2 aprel 2015 23:15
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
меслете горе сагол

--------------------

Elya Alieva

  • 2 aprel 2015 21:33
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Tesekkur LeR..

--------------------
UREYIM...I MEN

♔ sinყσriτα ♔

  • 2 aprel 2015 21:00
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
maraxli xeber idi ellerinize sagliq can
smile

Pıtırcık

  • 2 aprel 2015 20:53
  • Məqalə: 385
  • Şərh: 9500
  • Bal:
{awards}
xəbərə görə sağ olun

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

★Love World★

  • 2 aprel 2015 20:46
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Meslehete göre çox sağolun.... love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}