Quranda kitab əhli

 
Quranda kitab əhli

Bütün səmavi dinlərə baxdığımız zaman dinin təməlində tək Allah inancı, bir olan Allaha iman və itaətə dəvət görürük. Allah hər dövrdə insanları haqq dinə dəvət etmək üçün elçilərini göndərib. Səmavi dinlərin heç birində elçilərə tabe olub iman edən insanların hansı qövmə mənsub olduqlarından asılı olmayaraq aralarında fərq qoyulmayıb.

Bəzən Quranda bütün yəhudilərin lənətləndiyini iddia edirlər. Bu fikirlər sadəcə Quranı düzgün anlamamaqdan irəli gəlir. Quranı düzgün anlamaq üçün yalnız bir ayəyə deyil, ayədən əvvəlki və sonrakı ayələrə də baxmaq lazımdır. Məsələn, “Maidə” surəsinin 56-60-cı ayələrini buna misal göstərmək olar. Bəzən bu ayələrdən birində keçən Allahın lənətlədiyi ifadəsi ümumi götürülərək bütün kitab əhlinə aid edilir. Ayələrə birlikdə baxanda isə Allahın lənətləndirdiyini bildirdiyi bu şəxslərin kitab əhlinin içində olan, lakin dinə qarşı olub, müsəlmanların dinini ələ salıb oyun-oyuncaq hesab edənlər, tağuta ibadət edənlər olduqlarını görərik. Bu şəxslər isə yalnız müsəlmanlara deyil, həmçinin imanlı yəhudi və xristianlara da düşməndirlər.


Qurana təktərəfli baxdıqda bir çox mövzuda olduğu kimi, yəhudi və xristianlara qarşı münasibət də yanlış anlaşılır. Halbuki Quranın bir çox ayəsində səmimi iman edən yəhudi və xristianlar təqdir edilmişdir. Hətta Quran müsəlmanları onları qorumaqla məsul etmiş, xoş rəftar etməli olduqlarını bildirmişdir. Bəziləri isə Quranın bu ayələrini görməzlikdən gəlib bütün yəhudi və xristianların düşmən olduqlarını, hətta onların lənətli olduqlarını iddia edirlər. Lakin Quranı hər tərəfli incələdiyimiz zaman bu ayələrin bütün yəhudilərə deyil, bir qisim radikal düşüncəli, ikiüzlü, Allaha və müsəlmanlara qarşı düşmən olanlara aid edildiyini görərik.

Elə “Maidə” surəsinin 69-cu ayəsində Allah: "İman gətirənlərin, habelə yəhudi, sabii və xaçpərəstlərdən Allaha və Axirət gününə iman gətirib yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər", -deyə xəbər vermişdir. Bu ayə ilə Allah səmimi iman edən hər kəsi yəhudi və ya xristian olmasından asılı olmayaraq müjdələyir. Ümumiyyətlə, Quranda ziddiyyət yoxdur. Allah bir ayədə lənətlədiyi birini, digər bir ayədə Cənnətlə müjdələməz. Buna görə də ayələrdə lənətlənən və müjdələnən insanların eyni qövmə aid, lakin imanlı və yaxud imansız olmasını nəzərdən qaçırmamaq lazımdır. Bildiyimiz kimi, Allah Quranda müsəlmanların arasında da münafiq xarakterli insanların olduğu bildirir. Bu insanları Cəhənnəmlə qorxudur. Burdan heç kim o nəticəyə gələ bilməz ki, bütün müsəlmanlar Cəhənnəmlikdir. Eynilə də ayələrdə kitab əhlinə qarşı keçən ifadələr bütün kitab əhlini hədəf almır.


Geri dön

De_Ki_Sevirem

  • 23 aprel 2015 14:21
  • Məqalə: 4
  • Şərh: 747
  • Bal:
Allah razı olsun məqalə üçün

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

ღSlaDkaYa_AyKoShKaღ

  • 3 aprel 2015 00:49
  • Məqalə: 22
  • Şərh: 220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Krasavcikaya_v_onlin

  • 2 aprel 2015 23:28
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
хебере чоре саголун

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}