Qeyri-səmimi hisslər depressiyaya gətirib çıxara bilər
Süni gülüş insan sağlamlığına mənfi təsir edir. Amerikalı alimlər belə düşünür.
Araşdırma avtobus sürücüləri arasında aparılıb. Onlar bütün günü sərnişinlərin üzlərinə gülümsənməli, son dərəcə nəzakətli olmalı idilər. Bununla da mütəxəssislər məcburən yaradılan yaxşı əhval-ruhiyyənin iş prosesinə vurduğu ziyanı müəyyən edə bilib.
Miçiqan universitetinin mütəxəssisi Brent Skotun sözlərinə görə, qadınlar süni gülümsəmək üçün daha çox əziyyət çəkir, nəinki kişilər: "İnsan öz hisslərini, mənfi fikirlərini gizlətmək üçün nə qədər çox səy göstərirsə, onun əhval ruhiyyəsi bir o qədər çox korlanır. Adamın özünü bu qeyri-səmimi gülüşə, davranışa məcbur etməsi isə stressə və depressiyaya gətirib çıxara bilər".