Bu günü hava praqnozu

 
Bu günü hava praqnozu

Aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın gündüz, əsasən, yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, bəzi yerlərdə 1°-dək şaxta, gündüz 15-20° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə bəzi yerlərdə az yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir, gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskinli hava gözlənilir. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman. Bəzi yerlərdə güclü şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-13° isti olacağı gözlənilir.


Geri dön

De_Ki_Sevirem

  • 20 aprel 2015 13:52
  • Məqalə: 4
  • Şərh: 746
  • Bal:
xəbərə görə təşəkkürlər

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

Elya Alieva

  • 5 aprel 2015 17:09
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

♔๑.Şaнzadəм.๑♔

  • 5 aprel 2015 14:10
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
Esas odu yagmursuz olacag))

--------------------

NIGAR

  • 5 aprel 2015 14:08
  • Məqalə: 730
  • Şərh: 10502
  • Bal:
{awards}
məlumata görə sağ olun no

--------------------
legend.az/user/imza/legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 72

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}