Açıldıqca sənin sübhün, mənim də hörmətim artır

 
Açıldıqca sənin sübhün, mənim də hörmətim artır


Açıldıqca sənin sübhün, mənim də hörmətim artır,
Qaraldıqca şəbi-tarin cəlalü şövkətim artır.

Yığılmazkən qapılardan gözüm bir hərzə sailtək,
O yağlı-yağlı aşlarçın ölüncə həsrətim artır.


Alarsa hər gecə üç-dörd nəfər əşxas gər vədim,
Nə qəm, beş-altı da olsa, mənim şəxsiyyətim artır.

Müəmməm olmağım olmuş cəlaləfzayi-hər məclis,
Çəkib gərdən dayandıqca o qədri qiymətim artır.


Libasi-alimi olmuş mənimçin aləti-çərçi,
Odur məğrur olub yövmən fəyövmən izzətim artır.

Hikayət rəzalətbəxş tətbiqi-lüğat etsəm,
Deyib rəngin ibarətlər, kəmalü şöhrətim artır.


Buxarəndaz olduqca plov ol məclisi-amə
Sürurabad olur, didəmdə surü behcətim artır.

Badımcan dolması, ballı tərək, yağlı qovurmanı
Görən tək üç gözüm, bəlinə zövqüm, sürətim artır.


Oyanma, yat, a millət, dinmə, dinmə, durma, tərpənmə!
Ayılsın, ah, vaveyla!.. Məlalü möhnətim artır!..
Açıldıqca sənin sübhün, mənim də hörmətim artır


Geri dön

De_Ki_Sevirem

  • 20 aprel 2015 13:36
  • Məqalə: 4
  • Şərh: 746
  • Bal:
təşəkkürlər...

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 9 aprel 2015 18:52
  • Məqalə: 694
  • Şərh: 18832
  • Bal:
{awards}
Libasi-alimi olmuş mənimçin aləti-çərçi,
Odur məğrur olub yövmən fəyövmən izzətim artır.

(HaYeL)

  • 6 aprel 2015 22:04
  • Məqalə: 60
  • Şərh: 1001
  • Bal:
{awards}
Təşəkkürlər=)
Allah razi olsun.

--------------------

Darling

  • 6 aprel 2015 21:19
  • Məqalə: 694
  • Şərh: 12521
  • Bal:
{awards}
şerə görə sağ olun

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.

★Love World★

  • 6 aprel 2015 21:03
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
{awards}
Çox Beyendim...Ellerinize,Sağlıq....

--------------------

Elya Alieva

  • 6 aprel 2015 19:45
  • Məqalə: 153
  • Şərh: 7115
  • Bal:
{awards}
Tesekkurler Beyendim

--------------------
.....

Gül Əliyeva

  • 6 aprel 2015 18:06
  • Məqalə: 1526
  • Şərh: 12031
  • Bal:
{awards}
təşəkkürlər canim gözəl şərdir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 13
Cəmi: 63

 

Top 10 Müəllif

Darling
Xəbərləri: 4
Cəmi: 694
 
The Shield
Xəbərləri: 3
Cəmi: 582
 
A.n.o.n.i.m.k.a
Xəbərləri: 1
Cəmi: 3
 
 
{slinks}