İnsan sağlamlığı üçün faydalı qidalar bunlardır - SİYAHI

 
İnsan sağlamlığı üçün faydalı qidalar bunlardır - SİYAHI



Düzgün qidalanma insana qoca yaşda da gənc qalmağa kömək edər. İnsan yaşlaşdıqda, sağlamlığını saxlamaq üçün az qida qəbul etməli, lakin qəbul etdiyi qidada coxlu qidalı maddələr olmalıdır. Sağlamlığı qorumaq üçün düzgün qidalanmaya əməl etmək lazımdır. Düzgün qidalanmaq istəyənlər üçün The Daily Mirror qəzeti 10 ən faydalı ərzaqın siyahısını dərc etmişdir.

1.Qəhvəyi düyü

Çoxları karbohidratları az yeməyə çalışırlar, çünki ümumi fikirə görə insan onlardan kökəlir. Lakin onlar ümumi energetik səviyyəni saxlamaq üçün çox vacibdirlər. Qabıqlı yarmalardan hazırlanmış ərzaqları yaddan çıxarmayın: bura tərkibində coxlu liflər olan qəhvəyi düyü, çörək, kaşalar aiddir. Bu xəlesterinin səviyyəsini aşağı salmağa kömək edər, ürək-damar xəstəlikləri, düz bağırsağın xərçəngi, öd kisəsində daş əmələ gəlmə, diabet və piylənmə riskini azaldır, həmçinin yaşlaşdıqca aktivliyi azalan bağırsaqların sağlamlığı üçün həyati vacibdir.

2. Toyuq yumurtası

Toyuq yumurtası haqqında çox vaxt pis fikir söyləyirlər, lakin onlar gözləri kataraktadan qoruyan zülal lüteyinin mənbəyidirlər. Tədqiqatlar güman etməyə əsas verir ki, onlar tromb əmələ gəlməsinin qarşısını alaraq, infarkt və insult riskini azaldırlar. Bu yaxınlarda aparılmış tədqiqatların məlumatlarına görə, həftə ərzində 6 ədəd yumurta yemək süd vəzisi xərçəngi riskini 44% azaldır. Artıq dietoloqlar belə deyirlər ki, gündə 1-2 ədəd yumurta qanda xolesterini artırmır, belə ki, orqanizm xolesterini yumurtanın da aid olduğu xolesterinlə zəngin ərzaqlardan almır, özü doymuş yağlardan yaradır.

3. Süd

Yaşlaşdıqca bizim kalsiyə təlabatımız artır, ona görə də gündəlik rasionumuza kalsi ilə zəngin ərzaqların daxil edilməsi vacibdir. Yağsız inək südü sağlamlıq üçün çox faydalıdır. O, osteoparozun profilaktikası və sümüklər üçün lazım olan kalsi ilə zəngindir. Hər gün 2 stəkan yağsız süd vəya qatıq için və kalsi ilə zəngin meyvələri rasionunuza daxil edin.

4. İspanaq

Bu ərzaqda qidalı maddələr istənilən digər ərzaqlara nisbətən coxdur. O dəmir, vitamin A, C, K mənbəyidir, həmçinin infarkt və insultdan qorunmağa kömək edən antioksidantlarla zəngindir. Ispanaq düz bağırsağın xərçəngindən, osteoparozdan və artritdən müdafiə edir. Yumurtadakı kimi o, gözlər üçün faydalı olan lütein ilə zəngindir, belə ki, səhər yeməyinə ispanaq ilə yumurta yeyin.

5. Banan

Təkcə bir ədəd sarı meyvənin tərkibində 467 mq kali vardır ki, bu da əzələlərin(xüsusi ilə də ürək əzələsinin) güclü və sağlam qalması üçün lazımdır. O həmçinin arterial təzyiqin aşağı düşməsinə kömək edir. Bananlar həmçinin ürək-damar xəstəliklərinin qarçısını alan liflərlə zəngindir, turşuluğu neytrallaşdırır ki, bu da qıcqırmanın müalicəsində faydalıdır. Kalinin mənbəyi həm də mərci, sardina və qaysıdır.

6. Toyuq əti

Bu ən faydalı ətdir. Yağı az olan döş ətindən istifadə edin və dərini soyun. Bundan başqa toyuq əti zulallarla zəngindir və sümüklərin kütləsinin azalmasının qarşısını alır. O həmçinin xərçəngin qarşısını alan selenin və enerjini yüksəldən, beyinin işini gücləndirən B vitaminləri mənbəyidir.

7. Qızıl balıq əti

О xolesterinin səviyyəsini aşağı salan, xərçəngin bir neçe növündən qoruyan və tromb əmələ gəlməsinin qarşısını alan omega-3 yağlar qrupu ilə zəngindir. Tədqiqatlar göstərir ki, qızıl balıq əti depressiv halı yüngülləşdirir və yaddaşın itməsinin qarşısını alır. Onun tərkibində nikotin turşusu da vardır ki, bəzi məlumatlara görə Alsqeymer xəstəliyindən müdafiə edir. Həftədə 3 dəfə konservləşdirilmlş və ya təzə qızıl balıq əti yeyin. Omega-3 yağlar qrupu həmçinin qozların da tərkibində vardır.

8. Qaragilə

Bu kiçik möcüzəli meyvədə kaıori azdır, lakin qidalı maddələr çoxdur. Qaragilədə antioksidantlar vardır ki, kataraktanın, qlaukomanın, venaların genişlənməsinin, babasilin, mədə yarasının, ürək-damar xəstəliklərinin və xərçəngin qarşısını almağa kömək edir. Qaragilə insultdan sonra beyin fəaliyyətinin pozğunluğunun azalmasına kömək edir və qida traktının iltuhabını azaldır, mədə pozğunluğunu yaxşılaşdırır

9. Otlar

Yaşlaşdıqca bizim dad bilməmiz kütləşir və yeməyi dada gətirmək üçün ən asan yol ona duz əlavə etməkdir. Lakin duz arterial təzyiqi artıtır, ən yaxşısı yeməyə otların və ədviyyatın əlavə edilməsidir. Təzə otların dadı daha güclüdür, lakin rahatlıq üçün mətbəxdə quru ot assortimentinin olması əlverişlidir.

10. Sarımsaq

Kiçik bir baş sarımsağın çox böyük üstünlükləri vardır. Sarımsaq xərçəngin və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir, insult rtiskini azaldır. O həmçinin iltihab əlehinə təsirə malik oub, artiritlərdə ağrı və şişin azalmasına kömək edir. O diabetlər üçün də faydalıdır. Əgər siz onun iyinə dözə bilmirsinizsə, onda sarımsaq kapsullarından istifadə edin.

Qəzet həmçinin uzaqlaşmağın lazım olduğu 4 ərzaqın da siyahısını dərc etmişdir:

1.Şirniyyatlar – onlarda kalorinin çox, faydalı maddələrin olmaması bizi artıq çəki yığmağa vadar edir. Şəkərin istifadəsini məhdudlaşdırın və ya ondan imtina edin.

2.Duz – o təzyiqi qaldırır.

3.Spirtli içgilər – gündə 50 qr-dan artıq içməyin, onda çoxlu kalori vardır və vitaminlərin orqanizm tərəfindən mənimsənilməsinə mane olur. Ən yaxşı və sağlam variant qırmızı şərabdır.

4.Doymuş yağlar –onlar ətdə, pendirdə, toyuq dərisində,və dondurmada olur.Onlar xolesrerinin səviyyəsini qaldırır və çəkinin artmasına səbəb olur
.


Geri dön

De_Ki_Sevirem

  • 20 aprel 2015 13:25
  • Məqalə: 4
  • Şərh: 747
  • Bal:
Məsləhətə görə çox saqolun

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

(HaYeL)

  • 8 aprel 2015 01:38
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Meslehete gore cox saqolun no
Allah razi olsun.

--------------------

Elya Alieva

  • 7 aprel 2015 22:27
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
meslexetdir saqolun

--------------------
UREYIM...I MEN

Nazlim_97_

  • 7 aprel 2015 19:22
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Tewekkur''-

Krasavcikaya_v_onlin

  • 7 aprel 2015 17:12
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
maslehete gore sagolun

--------------------

★Love World★

  • 7 aprel 2015 14:02
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Faydalı Meslehetdi...))

--------------------

Pıtırcık

  • 7 aprel 2015 14:00
  • Məqalə: 411
  • Şərh: 9552
  • Bal:
{awards}
məsləhətə görə sağ ol wassat

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 37
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}