Demişdin,öləcəyəm...
niyə demişdin belə!...
Görürsənmi,bu eşqlə
yaşayıram mən hələ!...
Ölmək istəmir insan,
dünya bu qədər şirin?!...
Yanan varmı halına,
görəsən,ölənlərin?...
Demişdin,öləcəyəm...
niyə demişdin belə!...
Görürsənmi,bu eşqlə
yaşayıram mən hələ!...
Demişdin...daha demə,
sənsən həyatım mənim...
Sən varsan,gülüm,demək,
hələ çox uzaqdadır,
axır saatım mənim!...
Yenə də ilk bahardır,
hər yan al-əlvan geyir...
Ürək bahar istəyir,
hələ "yaşayim,"-deyir!...
Arzular da deyir,"Döz,"-
arzuları səninlə-
sənsiz də daşıyaram...
Köksümdəki o sənli,
sevən ürəyimlə mən
hələ çox yaşayaram...

niyə demişdin belə!...
Görürsənmi,bu eşqlə
yaşayıram mən hələ!...
Ölmək istəmir insan,
dünya bu qədər şirin?!...
Yanan varmı halına,
görəsən,ölənlərin?...
Demişdin,öləcəyəm...
niyə demişdin belə!...
Görürsənmi,bu eşqlə
yaşayıram mən hələ!...
Demişdin...daha demə,
sənsən həyatım mənim...
Sən varsan,gülüm,demək,
hələ çox uzaqdadır,
axır saatım mənim!...
Yenə də ilk bahardır,
hər yan al-əlvan geyir...
Ürək bahar istəyir,
hələ "yaşayim,"-deyir!...
Arzular da deyir,"Döz,"-
arzuları səninlə-
sənsiz də daşıyaram...
Köksümdəki o sənli,
sevən ürəyimlə mən
hələ çox yaşayaram...
