Bu günün hava praqnozu

 
Bu günün hava praqnozu

Aprelin 10-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru isə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə aprelin 10-11-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksələcəyi və güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşama doğru yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşama doğru yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında axşama doğru yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Arabir güclənən şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-17° isti, dağlarda gecə 10-12° isti, gündüz 14-16° isti olacağı gözlənilir.


Geri dön

★Love World★

  • 10 aprel 2015 23:14
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
Xebere göre sağolun...

--------------------

(HaYeL)

  • 10 aprel 2015 23:03
  • Məqalə: 60
  • Şərh: 1001
  • Bal:
{awards}
Yağış,küləy olanda az qaliram başımı divara çırpameee angry angry
Allah razi olsun angry

--------------------

NIGAR

  • 10 aprel 2015 17:57
  • Məqalə: 733
  • Şərh: 10514
  • Bal:
{awards}
angry angry sevmədiyim hava angry .məlumat üçün sağ olun angry angry

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

Elya Alieva

  • 10 aprel 2015 17:10
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Xavalar yene Anormaladi am

--------------------
UREYIM...I MEN

Krasavcikaya_v_onlin

  • 10 aprel 2015 13:00
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
melumata gore sagolun

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 54
Cəmi: 74

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 65
Cəmi: 733
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 45
Cəmi: 476
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 207
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}