Yalnız qalmaq istəyirəm=(

 
Yalnız qalmaq istəyirəm=(



Qəm kədəri gözləmirəm,
Getsin artıq istəmirəm.
Gözəl həyatı yaşayıb,
Xoşbəxt olmaq istəyirəm..

Haqqım var buna bilirəm,
Artığını gözləmirəm.
Gəncliyimlə bir deyirəm,
Xoşbəxt olmaq istəyirəm..

Rahat buraxmır məni,
Qəlb ağrısı göz yaşları.
Həsrətin verdiyi qəmlə,
Yalnız qalmaq istəyirəm..

Günlər dedim, illər keçdi.
Yaşımda on beşi keçdi.
Dövranın verdiyi dərdlə
Yalnız qalmaq istəyirəm..

Ömrümün ilk bahar çağı
Bəxtin arzusu, vüqarı.
Gəlib qış, çovğunlu, qarlı
Yalnız qalmaq istəyirəm..

Könül verdim, aşiq oldum,
Əbədiykən, həvəs oldum.
Gül kimi saralıb, soldum.
Yalnız qalmaq istəyirəm..

Sevgi nədir biləmmədim.
Çox ağladım, güləmmədim.
Əyildim ki, düzəlmədim.
Yalnız qalmaq istəyirəm..

“Xoşbəxtlik” nədir bilmirəm.
Qəm dəryasında üzürəm.
Əcəl gələcək gedirəm.
Yalnız qalmaq istəyirəm..

“Necəsən” sualın verənə
Susdum, cavabda dinmədim.
“Yaxşı” nədir ki, bilmədim.
Yalnız qalmaq istəyirəm..

Ağlar qalan iki gözüm,
Düyünlənən iki sözüm,
“Səni sevdim canım gözüm”.
Yalnız qalmaq istəyirəm..

Unutmuşam səni sanma.
Başqasıyla görsən danma.
Sevgimi də yalan sanma.
Yalnız qalmaq istəyirəm..

“Gəl barışaq” deyəmmədim.
Xəyanətindən keçmədim.
Üzürlü say, əfv etmədim.
Yalnız qalmaq istəyirəm..

Gözüm yolda, qəlb dumanlı.
Günlər keçir, günlü, aylı.
Qapıların hamısı bağlı.
Yalnız qalmaq istəyirəm..

Yağsın yağış, qopsun tufan.
Sən günahkar, eşqdən qorxan.
Dəyərsizmişəm mən çoxdan.
Yalnız qalmaq istəyirəm..

Gəlsin, payız damlasıynan,
Xəzrisiynən, gilavarıynan,
Xışıldayan xəzanıynan
Yalnız qalmaq istəyirəm..

Soyuq keçərdi günlərim.
Sənsizlikdən mən hürkərdim.
Qorxulara sinə gəldim.
Yalnız qalmaq istəyirəm..

Bir dəyərin yoxdu artiq.
Bu eşqi qismətimiz sandıq.
Özmüz-özmüzə aldandıq.
Yalnız qalmaq istəyirəm..

Unudacam yavaş-yavaş.
Eşqə qəlbim ac-yalavac.
Lap etsəndə başına tac
Yalnız qalmaq istəyirəm..

Tənhalıq, vərəq, qələmim,
Budur mənim sevdiklərim.
Ayna qarşısında əksim
Yalnız qalmaq istəyirəm..

Vurma ürək, dayan dedim.
Səni bir təqsirkar seçdim.
Səni də bədəndən sildim.
Yalnız qalmaq istəyirəm..

Çıx get, ruhum uzaqlara.
Get, bir daha heç qayıtma.
Məni rahat qoysan daha
Yalnız qalmaq istəyirəm..

Atın məni, gedin məni.
Bir səhv bilib, silin məni.
İstəsəz unudun məni
Yalnız qalmaq istəyirəm..

Sinəm dolu, sözlər bitmir.
Vərəq, qələm, durmaq bilmir.
Gözlərimə yuxu getmir
Yalnız qalmaq istəyirəm..

Yazmayacağam deyirəm.
Son dəfə xahiş edirəm.
Qələm verin bitirirəm.
Yalnız qalmaq istəyirəm..

Şeirlər yaşadır məni.
Sətirləri mən sevirəm.
Yorulmuşam, dincəlirəm.
Yalnız qalmaq istəyirəm..

Barmaqlarım tab gətirmir.
Yaz-yaz sətirlərdə bitmir.
Şeirimdə sona yetir.
Yalnız qalmaq istəyirəm..


Yalnız qalmaq istəyirəm=(


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 18 aprel 2015 13:20
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
Rahat buraxmır məni,
Qəlb ağrısı göz yaşları.
Həsrətin verdiyi qəmlə,
Yalnız qalmaq istəyirəm..

Bextsiz_Qiz

  • 11 aprel 2015 13:01
  • Məqalə: 0
  • Şərh: 45
  • Bal:
{awards}
çox saolun duyğulandırıcı anlar yaşatdığınız üçün recourse

--------------------
Oğlan: Ən böyük xəyalın nədi..???
Qız: Yağışlı havada sevdiyimi qucaqlamaq... Bəs sənin..??
Oğlan: Sənin qucaqladığın insan olmaq...

Elya Alieva

  • 11 aprel 2015 12:21
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
AyKe,
oxuyub deyerlendirdiyiniz cun men tesekkur ederem)

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 11 aprel 2015 11:35
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
şerə görə sağ olun

--------------------
http://legend.az/user/imza/

AyKe

  • 11 aprel 2015 10:37
  • Məqalə: 1
  • Şərh: 1008
  • Bal:
{awards}
Sonuna kimi oxudum superdi seir tessekkur

--------------------
Ölünce sevemezsem seni._____________*
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}