Cücərdilmiş buğdanın faydaları

 
Cücərdilmiş buğdanın faydaları

Cücərdilmiş buğda ümumi möhkəmləndirici, cavanlaşdıran və müalicəvi vasitə kimi istifadə olunur.

Xarici ölkələrdə hazır cücərdilmiş buğda vakuum qablaşdırmalarda supermarketlərdə satılır. Cücərdilmiş buğda həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, sinir sisteminin funksiyalarına müsbət təsir edir, immuniteti gücləndirir, xərçəng xəstəliklərin profilaktik vasitəsi sayılır. Təbii ki, cücərdilmiş buğdanın faydalı xüsusiyyətlərindən faydalanmaq üçün onu hər gün 50-100 qr həcmində qəbul etmək lazımdır. Cücərdilmiş buğdanı daim qəbul edən insanlar iş qabiliyyətinin, fəallığının artmasını hiss edirlər.

Adi buğda ilə müqayisədə cücərdilmiş buğdanın kimyəvi tərkibi xeyli dəyişilir. Cücərdilmiş buğda zülallar, E, B qrupu vitaminləri, sink, dəmir, kalium və s. mikro- və makroelementlərlə çox zəngindir.

E vitamini orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır, bərpa proseslərini sürətləndirir.

Həmçinin cücərdilmiş buğda B vitaminləri qrupu ilə zəngindir. Bu vitaminlər bizim sinir və mədə-bağırsaq sistemimiz üçün çox vacibdir.

Cücərdilmiş buğdanın tərkibində olan fol turşusu orqanizmin qanyaradan funksiyası üçün çox vacibdir. Həmçinin fol turşusu hamilə qadınların əsas vitamini sayılır. Fol turşusu döldə sinir sisteminin qusurlarının qarşısını alan əsas vasitə kimi tanınır. Məhz bu səbəbdən hamilə qadınların hamısına həkimlər fol turşusunu təyin edirlər.

Sink insanın immun sisteminə çox müsbət təsir edir, dərini qocalmaqdan saxlayır. Bu xüsusilə qadınlar üçün vacibdir. Kosmetik sənaye tərkibində cücərdilmiş buğda olan çoxsaylı kremlər və maskalar istehsal edir.

Sink həmçinin insanın cinsiyyət sisteminə də çox müsbət təsir edir. Kişi cinsiyyət sisteminin normal fəaliyyəti üçün sink elementi olduqca vacibdir. Sink spermatozoidlərin hərəkətliliyini artırır. Sonsuzluqdan əziyyət çəkən kişilər bu təbii müalicəvi vasitədən istifadə edə bilərlər.
Cücərdilmiş buğdanı ev şəraitində hazırlamaq çox asandır. Dükandan qidalı buğda alın, təmiz enli şüşə və ya minalanmış qaba tökün, üzərinə ilıq suda isladılmış tənzif qoyun və ev şəraitində saxlayın (səməni cücərtdiyimiz kimi). 1-1,5 gündən sonra buğdanı istifadə etmək olar. Cücərti 3 mm kimi olmalıdır. Əks halda cücərdilmiş buğdanın xeyirli xüsusiyyətləri daha az olacaq.

Buğdanı əzib balla qarışdırın və səhər tezdən ac qarına qəbul edin (balsız da qəbul etmək olar). Həmçinin buğdanı istənilən tərəvəz salatlarına da əlavə etmək olar. Buğdanı az-az cücərdin. Cücərdilmiş buğdanı uzun müddət ərzində saxlamaq olmaz (1-2 gün soyuducuda). Saxlanma zamanı cücərdilmiş buğdanın faydalı xüsusiyyətləri itir.
Cücərdilmiş buğdanı cavanlaşdırıcı maskalar tərkibində istifadə etmək olar. Bunun üçün 2 xörək qaşığı buğdanı blenderdə əzin, 1 çay qaşığı zeytun yağı və 1 çay qaşığı limon şirəsi ilə qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və qidalandırıcı krem çəkin.


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 24 aprel 2015 02:44
  • Məqalə: 665
  • Şərh: 18422
  • Bal:
Meslehete Göre ÇoX SAğolun...

Krasavcikaya_v_onlin

  • 12 aprel 2015 00:53
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
meslehete gore sagolun

--------------------

(HaYeL)

  • 11 aprel 2015 21:32
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Heç bilmirdim ama bildim.
Allah razi olsun.

--------------------

Pıtırcık

  • 11 aprel 2015 18:14
  • Məqalə: 411
  • Şərh: 9555
  • Bal:
{awards}
no məsləhətlidir

--------------------
http://legend.az/user/imza/

★Love World★

  • 11 aprel 2015 17:44
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Meslehete Göre ÇoX SAğolun.... love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}