Yadigar cehizlər

 
Yadigar cehizlər

Üzü taxta, içi xeyir-bərəkət,
Boz qıfılı ata-ana qoxulu.
Bir bucaqda etməyərək hərəkət,
Bir sandıq var yatır yarıyuxulu.

Duz dibəyi ilk eşqinin timsalı,
Anasından övladına pay düşüb.
Cəviz cəhrə həyat yolu misalı,
Öz yolunda sahibinə tay düşüb.

Əzizidir bu cehizlər nənəmin,
Cır-cır cəhrə hələ yenə yağlıdır.
Taxta sandıq hey kövrəldir nənəmi,
Məhəbbətlə içi dolu bağlıdır.

Məhəbbəti bu dibəkdə döyülüb,
Ehtiyacı sandığına yığılıb.
Arzuları ürəyində düyülüb,
Dərdi-qəmi cəhrə ilə dağılıb.

Nənəm olub daxmasında yanan şam,
Babam onun atəşiylə qızınıb.
Əl çəkərək saqqalına hər axşam,
Bir ocağın məhəbbətin qazanıb.

İşi-gücü söz olmayıb ağıza,
Vaxt olubdur ehtiyacdan don geyib.
Arxalanıb dik papağa, ağ üzə,
Təsəllidən öz donunu gen geyib.

Cehiz sandıq hay-harayla gələndə,
Demə, içi məhəbbətlə doluymuş.
Ər ürəkli, daş dözümlü gəlin də,
Bir ürəyin həyat verən qoluymuş.

Göz zilləyib gözlərinə baxanda,
Baxışlardan yenə sevda süzülür.
Babam, nənəm gün dağlardan çıxanda,
İlk eşqinən səki üstə düzülür.


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 18 aprel 2015 00:40
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
Duz dibəyi ilk eşqinin timsalı,
Anasından övladına pay düşüb.
Cəviz cəhrə həyat yolu misalı,
Öz yolunda sahibinə tay düşüb

Krasavcikaya_v_onlin

  • 12 aprel 2015 15:22
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
Göz zilləyib gözlərinə baxanda,
Baxışlardan yenə sevda süzülür.
Babam, nənəm gün dağlardan çıxanda,
İlk eşqinən səki üstə düzülür.

--------------------

Sehriyar A-oglu

  • 12 aprel 2015 15:12
  • Məqalə: 27
  • Şərh: 15
  • Bal:
{awards}
İşi-gücü söz olmayıb ağıza,
Vaxt olubdur ehtiyacdan don geyib.
Arxalanıb dik papağa, ağ üzə,
Təsəllidən öz donunu gen geyib.

--------------------
Ey insan anlaki Gözəgörünməz,
Bizi yaxşı görər,bizə görünməz.

Pıtırcık

  • 12 aprel 2015 13:44
  • Məqalə: 453
  • Şərh: 9618
  • Bal:
{awards}
ŞERƏ GÖRƏ SAĞOLUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 41
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}