Şeytan çılpaqlığı əmr edir..!

 
Şeytan çılpaqlığı əmr edir..!


Qurani Kərimdə Allah Təala buyurur: Ey Adəmoğulları. Şeytan ana və atanızı, övrət yerlərini onlara göstərmək üçün, paltarlarını açdıraraq necə cənnətdən çıxardısa, sizə də bir fitnə (tələ) qurmasın! Çünki o da, qəbiləsindən olanlar da sizi, sizin onları görəməyəcəyiniz yerlərdən görürlər. Biz şeytanları iman etməyənlərin dostu etdik. (Əl Araf 27)

Müfəssirlər (Quranı izah edənlər) şeytanın Hz. Adəm və Hz. Həvvanı necə bir tələ qurduğunu və onların paltarlarını soyundurduğunu bu ayə ilə izah etmişlər. Eyni zamanda bütün insanlara şeytanın quracağı bu hiylələr qarşısında həssas olması mütləq vacibdir. Şeytan və onun görünməyən köməkçiləri daima iş başındadır. Demək surəti ilə övrət yerlərini açmanın, şeytanın vəsvəsəsi ilə əlaqəli olduğunu bəyan etmişlər. Dövrümüzdə şeytanı özlərinə dost tutan siyasi avtoritetlər, qadınların örtünməsinə riayət etmələrinə belə müdaxilə edəcək dərəcədə çılğınlaşmışlar. Ayrıca gözəllik yarışları adı altında, qadınların soyunmalarını təşviq edirlər. Biz şeytanın əsgərlərinə qarşı dirənən müsəlmanlar isə həqarət edilməkdə və həbsxanalarda ömrünü keçirməkdədirlər. Gördükləri işgəncələri isə sözlə danışmaqla qurtarmaq olmaz. Yenə digər ayədə :
Onlar (o iman etməyənlər) bir həyasızlıq etdikləri zaman Biz atalarımızı da bunun üzərində gördük(bunu edən gördük) Allah da bizə bunu (fahışəliyi) əmr etdi. (Fahişa ilə əməl edirik) deyirlər! O iman etməyənlərə söylə: Allah heç zaman fahişəliyi (pisliyi) əmr etməz. Bilməyəcəyiniz şeyləri Allahın üzərinə mi (iftira edərək) söylüyürsünüz? (Əraf 28) Fahişə sözü şirki, küfrün digər növlərini və hər cür pisliyi içinə alır. Müşriklər Günah işlədiyimiz paltarla ibadət edə bilmərik deyərək Kəbəni (anadan doğma) çılpaq bir şəkildə təvaf edirdilər. Ayrıca Atalarımızdan bu şəkikldə gördük. Allah belə əmr etməsəydi onlar belə edərlərdi mi deyərək çılpaqlığı müdafiə edirdilər. Diqqət edilirsə müşriklərin hər cür pisliyi atalarına mal etmələri bəyan edilmişdir. Çünki həyasızlığın və şirkin müdafiə edəbiləcək hər hansı bir tərəfi yoxdur. Müşriklər də bunu bilirlər. Tək şüarları : Atalarımızın yolundayıq.

Kişilərin qadın, qadınların da kişi paltarları geymələri qadağandır. Burası mütləq bilinməlidir ki, hər iki cinsin (qadın, kişi) özünə məxsus xüsusiyyətləri və buna uyğun geyimləri var. Qarşı cinsə oxşayan insanda, əxlaqi pozqunluq və ruhi xəstəliklər var. Bu səbəblə bu cür insanların müalicə olunması lazımdır. Peyğəmbər (s.ə.s) kişinin qadın, qadınların da kişi paltarı geyməsini qadağan etmişdir. Hədisdə, Rəsulullah (s.ə.v) kişilərdən qadınlaşanlara, qadınlardan da kişiləşənlərə lənət etmişdir. Və Bu cür kimsələri evinizdən qovun demişdir. Geyim xüsusunda hər yerin adəti fərqlidir. Rəsulullah buyurur: Cəhənnəmliklərdən 2 sinif var ki, mən onları dünyada görmədim. Birincisi yanlarında olan qamçı ilə insanları qamçılayan kimsə. İkincisi geyinmiş çılpaq, kolçasını oynadan, forslanaraq gəzən, başları Xorasan dəvələrinin əyilmiş hörükləri kimi olan qadınlar. Bunlar cənnətə girməzlər, onun iyini də almazlar. Halbuki cənnətin iyi uzaq məsafələrdən hiss olunur. Geyindiyi halda paltarının dar və incə olması səbəbi ilə bütün vücud xətləri bilinən qadınlar geyinmiş çılpaq sayılırlar.

- Dişlərin şəklinin dəyişməsi
- Bədənə şəkil döydürmə
- Qaş aldırmaq
- Estetik əməliyyət
- Parik qoyma

Bunlar insanın fitrətinə (yaradılışına) tərs düşən əməllərdir. Peyğəmbər (s.ə.v) tərəfindən bu kəslər lənətlənmişdir. Çünki Allahın yaradılışına zidd hərəkət edib fitrəti dəyişdirirlər. Fəqət hər hansı bir xəstəlik səbəbi ilə dışləri düzəltmək və s. olar. Ola bilsin ki, xəstəlik səbəbi ilə insanlar arasına çıxmağa utanır. Heç bir səbəb olmadan etmək isə haramdır. Və o kəs tövbə etmədikcə (bir daha etməmək şərti ilə) onun üçün cəza vardır. Bu gün bəzi insanlar, İslam düşmənləri cavanların İslamdan xəbərsiz olduğundan istifadə edərək, onları aldadır, şeytanın yoluna dəvət edirlər və azdırırlar. İslamın gerilik olduğunu, qədim dövr üçün olduğunu, qızların soyunmasını, əxlaqsızlığı və bu cür hərəkətlərin müasirlik, inkişaf; namusunu, əxlaqını qoruyan, Allahın qoyduğu prinsiplərlə tərbiyə olunan şəxsləri isə geri qalmış adlandırırlar və öz şəhvətlərinə uyğun fikirlər söyləyib müsəlmanları Quran oxumaqdan, tam təslim olmaqdan çəkindirirlər. Təbii ki, bunun üçün müxtəlif şeytani yollardan istifadə edirlər. Müsəlman üçün ən gözəl nümunə isə insanların ən kamili olan Peyğəmbərdir (s.ə.v). Allah Təala buyurur: Andolsun ki, Rəsulullah, sizin üçün, Allaha və axirət gününə qovuşmağı umanlar və Allahı çox zikredənlər üçün güzəl bir nümunədir. (Əl Əzhab 21)
Digər bir ayədə buyurur: Həqiqətən sən böyük əxlaq sahibisən

Ey insanlar gəlin indi seçək. Allah və Rəsulu mu düz deyir, yoxsa öz şəhvətlərinə tabe olmuş, şəhvəti ilə hərəkət edən cahil bir insan Seçin.




Şeytan çılpaqlığı əmr edir..!


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 aprel 2015 19:31
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
Ey insanlar gəlin indi seçək. Allah və Rəsulu mu düz deyir, yoxsa öz şəhvətlərinə tabe olmuş, şəhvəti ilə hərəkət edən cahil bir insan Seçin

De_Ki_Sevirem

  • 23 aprel 2015 14:58
  • Məqalə: 4
  • Şərh: 747
  • Bal:
{awards}
Ey insanlar gəlin indi seçək. Allah və Rəsulu mu düz deyir, yoxsa öz şəhvətlərinə tabe olmuş, şəhvəti ilə hərəkət edən cahil bir insan Seçin.

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

Krasavcikaya_v_onlin

  • 17 aprel 2015 16:42
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
Lənət olsun Şeytana Lənət olsun ona baş əyənlərə.!
Məqaləyə görə çox sağolun.



--------------------

--------------------

Allahi_Unutma

  • 13 aprel 2015 13:24
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

(HaYeL)

  • 12 aprel 2015 23:41
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Lənət olsun Şeytana Lənət olsun ona baş əyənlərə.!
Məqaləyə görə çox sağolun.

--------------------

★Love World★

  • 12 aprel 2015 21:58
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Gözel Meqaledi.... love

--------------------

Pıtırcık

  • 12 aprel 2015 21:18
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

♔ sinყσriτα ♔

  • 12 aprel 2015 21:14
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Ilk werh menden dosim Allah razi olsun maragli meqale idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 54
Cəmi: 72

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 386
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}