Əvvəli rəhmət,Ortası bağışlanmaq,Axırı "Cəhənnəm"atəşindən azadlıq.

 
Əvvəli rəhmət,Ortası bağışlanmaq,Axırı "Cəhənnəm"atəşindən azadlıq.

Ayların sultanı mübarək Ramazan ayının astanasındayıq. Bu mübarək ayın nuraniyyəti sovet dönəminin allahsızlıq zülmətinin qara pərdələrini yararaq insanların qəlbində ildən-ilə daha da möhkəm yer tutur. Çox böyük bir işıqverici və təmizləyici mahiyyəti var bu ayın. İslami kimliyə, İslamın gerçək mahiyyətinə bilavasitə aid olan bir prosesdir bu. İnsanlar öz Rəbbi ilə razu-niyaz edir, əhd-peymanlarını təzələyirlər. Uca Allahdan hər birimizin bu nuraniyyət çeşməsindən bəhrələnməmizi müvəffəq etməsini diləyirik!

Səyahət ovqatı

Bu ilimizdə mübarək ay yayın isti mövsümünə təsadüf edir. Yay insanların adətən dincəldiyi, ümumiyyətlə, ilin dincəlməklə bağlı hissəsi kimi qəbul olunan bir mövsümdür. Və bu əlaqədə bir maraqlı cəhət sezilir. Səyahətlərin təşkili, istirahətlərin təşkili ilə məşğul olan şirkətlər bütün il boyuna nisbətən bu mövsümdə daha fəal olur. Öz təbliğatlarını aparır, reklamlarını yerləşdirir, işlərini təşkil edirlər. O cümlədən potensial istifadəçilərin ünvanlarına reklam xarakterli məktublar göndərirlər. Və bunlarda səyahət təklifləri, necə və haraya getməyi məsləhət görmələri haqqında geniş və müfəssəl məlumatlar təqdim edirlər.
Maraqlı cəhətdir ki, səyahətlə əlaqədar olan qurumlar bu prosesə yayın daxil olmasından öncə başlayırlar. İnsanların diqqətini təmərküzləşdirməyə çalışır, dərinə getdikdə bir növ proqramlaşdırırlar insanları. “Belə etsəniz yaxşıdır”, “indidən hazırlığınızı görün”, “filan yer bu il dəbdədir” kimi altdan-altdan müəyyənedici impulslar ötürürlər potensial müştərilərinə. Yayda bu proses müxtəlif amplitudla baş verir. İndi son fürsətlərdə bu iş yeni nəfəs almış kimi bir mərhələyə qədəm qoyur.
Bu prosesi bir qədər tədqiq etdikdə maraqlı nəticələr çıxır. Səfərə hazırlıqla bağlı yalnız bir dildə məlumat axtarışı verdikdə internetdə minlərlə nəticə üzə çıxır. Sorğunu bir qədər dəyişdirəndə “Səyahətçi nəyi bilməlidir” sualına internetdə on minlərlə cavab çıxır. Maraqlısı budur ki, bu bilgilər öz növbəsində 2 xarakterlidir. Bəziləri ümumi kateqoriyaları əhatə edir, digərləri konkret məkan və zamana aid məsələləri işıqlandırır, xüsusi tövsiyələr verir.
Bundan əlavə, bu və ya digər məkana səfərlə bağlı, bu və ya digər turoperatorlarla bağlı, konkret mehmanxana, kurortla bağlı təəssüratlar, şərhlər də geniş surətdə təqdim olunub.
Bunlar hamısı nəyə dəlalət edir? Bu yüksək maraq və geniş, dərin araşdırma nəyin göstəricisidir? İnsanlar getdikləri yer barədə tam və dolğun məlumata malik olmaq istəyirlər ki, istirahət vaxtlarından maksimal səmərəli istifadə etsin və məyusluq hissi keçirməsinlər.

İlahi ziyafətə hazırlıq

Bu bəhsə toxunmaqda məqsəd odur ki, hal-hazırda böyük bir mənəvi səfərin astanasındayıq. İlahi ziyafətə hazırlıq astanasındayıq. Bir aya qədəm qoyuruq ki, bu ayın içində bütün nemətlər bəşər övladı üçün Uca Rəbb tərəfindən hazır edilmişdir. Və hər bir kəsin bəhrələnməsi, onun bu səfərə necə hazırlaşmasından asılı olacaq. Bəli, onu da qeyd etmək lazımdır ki, insanlar səyahətlərinə, istirahətlərinə getdikləri zaman topladıqları məlumatları, böyük səylə apardıqları araşdırmaları bu böyük mənəvi səfərdən öncə o qədər də tətbiq etmirlər. Araşdırma aparmırlar ki, bəs bu nə aydır, bu ayın hansı xüsusiyyətləri var, bu aya hansı azuqə ilə getmək lazımdır, bu səfərdən əliboş qayıtmamaq üçün nələri götürmək lazımdır, nələrdən isə imtina etmək gərəkdir və s.
Dini mühitdə az-çox məlumat mübadiləsinə, əlbəttə ki, rast gəlinir. Amma geniş insan toplumunda bir təbil çalınması, “Ey insanlar, xəbəriniz varmı, böyük bir səfərin astanasındayıq. Bu mənəvi səfərə hazır olmaq üçün indidən gərək işlər görək” deyə ayıldıcı xəbərdarlıqlar eşidilmir.

Həzrət Peyğəmbərin (s) Ramazan ayı öncəsi müraciəti

Əziz Peyğəmbərimiz (s) bir neçə gün öncədən müsəlmanlara xitabən xüsusi çağırışlarını edərdi. Həzrət Salman buyurur: “Şaban ayının sonuncu günündə Peyğəmbər (s) bizim üçün Ramazan ayının fəziləti haqqında bir xütbə söylədi. Özünün bu xitabında buyurdu: ”Ey camaat! Həqiqətən sizin üzərinizə əzəmətli və mübarək bir ay kölgə salıb. Bir ay ki, onda 1000 aydan üstün gecə var. (Bir ay ki,) onda Allah-Təala orucunu vacib qərar vermişdir. Və gecələrini ibadətlərdə keçirməyi bəyənilmiş və müstəhəb qərar vermişdir".
Xütbənin sonunda Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Bu, bir aydır ki, bərabərlik ayıdır. Bir aydır ki, möminin ruzisi bu ayda artar. Bir aydır ki, əvvəli rəhmət, ortası məğfirət və bağışlanma, axırı cəhənnəm atəşindən azadlıqdır. Və bu ay mömin üçün bəhrə və fayda ayıdır, münafiq üçün zərər ayıdır”.Yəni artıq səfərə çıxacağıq. Artıq yol başlayır. Bəyan edilir ki, bunda 1000 aydan artıq bir gecə var. Yenə də səyahət və səfərlə analogiya aparaq. İnsan bir yerə səyahət edəndə o, mütləq həmin yerin ən görkəmli, ən diqqətəlayiq məkanını ziyarət edir. Bu yer Çindirsə - “Böyük Çin səddi”ni, Moskvadırsa - Kremli və Qızıl meydanı, Hindistandırsa - Tac-Mahalı, Misirdirsə - ehramları, Bakıdırsa - Qız qalasını, Parisdirsə - Eyfel qülləsini, Londondursa - Vesminster sarayını, kurort zonasında - hansısa bulağı, zirvəni və s. İndi bu mənəvi səfərdə vurğulanır ki, ən mühüm bir gecə var bu ayda. Rəsuli-Əkrəmin (s) dilindən çatdırılır ki, bu ayda 1000 aydan üstün bir gecə var.

Bərabərlik ayı

Daha sonra Həzrət (s) bu ayla tanışlığı orucun vacibliyinin üstünə gətirir. Digər zamanlarda oruc tutmaq müstəhəb, bəyənilən əməldirsə, mübarək Ramazan ayının isə şərtlərindəndir, müəyyənedici amillərindəndir oruc. Bu ayın gecələrini başdan-ayağa yuxuda keçirmək məsləhət görülmür. Beləcə, böyük fürsətləri əldən vermək olar. Çoxmu elə insan tanıyırsınız ki, hansısa maraqlı bir yerə gedib və orada gününü oteldə yatmaqla keçirir? Belələrinə adda-budda rast gəlinirsə də ətrafdakılar bunlara çox qəribə baxır və qınayırlar.
Mübarək ayın gecələrində, xüsusilə əhya gecələrində oyaq qalıb ibadət etmək fürsəti də eləcədir. Bu gecələrdə o qədər fəzilət və bərəkət var ki, bunları yuxuda keçirən insan özünü misilsiz nemətlərdən məhrum etmiş olur.
Həzrət Peyğəmbər (s) bu ayın böyük fəlsəfəsinə də diqqət çəkir. Qeyd olunur ki, bu ay bərabərlik ayıdır. İnsanlar varlı və ya kasıb, nazir və ya fəhlə, alim və ya azsavadlı olmasından asılı olmayaraq gündüzlərini ac və susuz keçirir bu ayda. Qidanı, ləziz xörəkləri görür, amma yemirlər. Varlılar ehtiyacın, möhtaclığın nə olduğunu dada bilirlər bu ayda. İradəsi zəif insanlar öz iradələrini tərbiyə edirlər bu ayda. Daşqəlbli insanlar kövrək və riqqətli olmağı öyrənirlər bu ayda.
Bu ayda ruzinin artması ilə də müjdələyir möminləri Allah Elçisi (s). Bəhrələnmə ayıdır mübarək Ramazan ayı. Və bu ayın digər xüsusatlarından o qeyd olunur ki, bu bəhrələnmə mömin üçündür. Özünü üzdə imanlı kimi göstərən, qəlbi isə imansızlıq və riya ilə dolu olan ünsürlər üçünsə bu ay zərər vaxtıdır. Özlərini zahirdə oruc tutan kimi göstərməli, müəyyən digər narahatlıqları keçirməli olurlar bunlar. İşləri-gücləri gərginlikdə olmaqdır Ramazan ayında münafiqlərin.
Mömin üçünsə bu ay bəhrə ayıdır. Mömin bu ayda o qədər qazanmalıdır ki, bir il xərcləməyə bəs etsin. Elə bir mənəvi-ruhi təminatla ayrılmalıdır bu aydan ki, gələn Ramazan ayınadək bu haləti itirməsin.

Hər günü bir fürsət

Bu ayın digər cəhətləri olaraq bu ayın əvvəlinin, ortasının və axırının müəyyən məqamları qeyd olunur. İnsan bir yerə gedəndə oranın giriş-çıxışı ilə maraqlanması təbiidir. Mübarək ilahi ziyafətə gələn insan da bilməlidir ki, bu aya hansı vəziyyətdə girmək və bu aydan hansı durumda çıxmaq olur. Bu aya daxil olmaq rəhmətlədir. Hər kim bu səfərə çıxırsa, Allah-Təalanın rəhməti onu müşayiət edir. Ortasında məğfirət və bağışlanma insanın dadına yetir. Bütün səhv və xətalarını, mənfiliklərini tökür qəlbindən və təmizlənmiş bir durumla daxil olur ayın ortasına. Və məntiqi nəticə olaraq bu durumu saxladığı təqdirdə cəhənnəm atəşindən sığortalayır bəndə özünü. Onun cisminə haram olur cəhənnəm odu. Yaxınlaşa bilmir ona.
Yəni hər bir mərhələdə insan öz daxilində bir tarazlıq yaratmalı, bir uyğunlaşma bərqərar etməlidir. Başlanğıcında ilahi rəhməti qəlbinə hopdurmaq iqtidarında olmaq. Ortasında Ramazan ayının tövbə və istiğfarının cavablandırılması üçün vücudunu təmərküzləşdirmək. İradəsini məğfirət əldə etməyə doğru yönəltmək. Sona yaxın bilməlidir ki, artıq cəhənnəm atəşindən qurtulmaq vaxtıdır.
Rəsuli-Əkrəm (s) şaban ayının axırıncı günündə mömin və möminələri toplayıb bu həqiqətləri onlara çatdırarmış.

İnsana tərəf üz tutan ay

Digər hədislərdə Ramazan ayına bir neçə gün qalmışdan bəri olan hazırlıqlar barədə nəql olunur. İmam Muhəmməd Baqirdən (ə) nəql edirlər: “Şaban ayının sonuna 3 gün qalmış Allahın Rəsulu (s) Həzrət Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplaşanda Allahın Rəsulu (s) minbərə qalxar, Allaha həmd-səna söyləyəndən sonra buyurardı: ”Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu ay bütün ayların ağasıdır. Onda bir gecə vardır ki, 1000 aydan üstündür. Bu ayda cəhənnəmin qapıları bağlanar, cənnətin qapıları açılar. Kim bu ayda yaşasa və bağışlanmasa, Allah-Təala onu Öz rəhmətindən uzaqlaşdırar".Buradan görürük ki, bu ayın insanlara tərəf üz tutmasından danışılır. Allah-Təalanın rəhməti o qədər böyükdür ki, insanın mübarək aya tərəf getməsi tələb olunmur, bu ay bütün rəhmət və fəzilətləri ilə özü insana tərəf gəlir...
Bir var insan getsin fürsətləri axtarıb tapsın. Bir də var bu fürsətlər özü gəlib insanı tapsın. Bəhrələnib-bəhrələnməmək isə insanın özündən asılıdır.
Sonra bu ay tanıtdırılır, onun bütün ayların sultanı olduğu bildirilir. O biri aylarda islah oluna bilinməyən xasiyyətlər bu ayda düzəlir. O biri ayda meydana çıxan çətinliklər, ruhi problemlər bu ayda asanlıqla öz həllini tapır. Ayın əsas xüsusiyyəti kimi 1000 aydan üstün bir gecəyə malik olması bildirilir. Əsas nemət kimi bu çatdırılır. Bu ayda cəhənnəmin qapıları bağlanar və cənnətin qapıları açılar.
Sonda ayıldıcı bir mesaj verilir: bu ayı yaşayan, amma bağışlanmayan insan özünü ilahi mərhəmətdən məhrum edər. O qədər vücudi tənbəl olmalıdır, o qədər süst olmalıdır ki, bacarıqsızlıq göstərməlidir insan ki, bu böyüklükdə rəhmət okeanından bir şey apara bilməsin. Əslində onun əməlləri səbəb olar ona ki, özünü Allah-Təalanın rəhmətindən məhrum edər.

Qapıya gələn bulaq

İnsan özünü nə qədər uyğunlaşdıracaq Ramazan ayına? Bu, onun özündən asılı olan bir şeydir. Bu ayın əvvəlində rəhmət situasiyası hazırdır. İnsan gərək öz daxilində bu hazırlığı qəbul etmək durumu yaratsın. Ortasında bağışlanma situasiyası hazırdır. İnsan gərək bu mərhələdə öz daxilində müvafiq uzlaşdırma həyata keçirsin. Sonu da bu ayın hazırdır atəşdən xilas üçün. Növbə insanındır.
Sanki bir bulaqdır. Su da gəlir, sənin qabın da var. Hərə öz qabının tutumuna görə bu bulaqdan faydalana bilir. Özü də ki, su lap qapına gəlir. Sadəcə bu sudan bir qədər götürmək gərəkdir.
Ramazan ayının rəhmət yağışı bu kimidir. O qədər mühüm səciyyəli və hazırdır ki, faydalana bilməyən artıq özünü ilahi rəhmətdən qırmış olur.
Nəql edirlər ki, Həzrət Əli (ə) Ramazan ayının hilalını görən zaman bu duanı oxumağı buyurardı: “Allahım! Mən həqiqətən Səndən bu ayın xeyir və yaxşılıqlarını istəyirəm. Və (Allahım! Bu ayın) fəthini və qələbəsini (lənətlik şeytan üzərində); və nuraniyyətini, işıqlanmasını; və köməkliyini; və bərəkətini; və təharət və paklığını; və ruzisini Səndən diləyirəm. (Allahım!) Bu ayda olan xeyir və yaxşılıqları və bu aydan sonra olan (xeyirləri və yaxşılıqları) Səndən diləyirəm. (Allahım!) Sənə pənah aparıram bu ayda olan şərlərdən və pisliklərdən, bu aydan sonra olan (şərlərdən və pisliklərdən). Allahım! Bu ayı bizim üzərimizə əmin-amanlıqla, (Sənə) imanla, (nəfsi) sağlamlığı ilə, İslam (neməti) ilə, həqiqi bərəkət, təqva və Sənin sevdiklərinə tofiq əldə etmək (səadəti) ilə daxil et!”.

İblisə qələbə çalma fürsəti

Sanki bu duada Əmirəlmöminin (ə) bizə öyrədir bu ayın imkanlarını, bu ayın istedadlarını. Bu ayın fəzilətlərinə sahib çıxmağın yolunu göstərir insana. Bəlli edir ki, Ramazan ayında nə qədər xeyir və yaxşılıqlar var ki, saya və təsvirə gəlmir - hamısı istənilə bilər Rəhim Allahdan.
Bu ayın şeytan üzərində fəth və qələbə təmin etmək istedadı var. İnsan istəməlidir bunu. İnsan bu ayda lənətlik iblis üzərində qələbə çala bilər. Özünü bir duruma gətirə bilər ki, iblis ona vəsvəsə etmək iqtidarında olmaz. Qələbəni istəməlidir insan. Və olacaq bu qələbə.
Nuraniyyət, işıqlandırılma istənilir Uca Allahdan. Bu ayda işıqlandırma qabiliyyəti var və istəyən bəhrələnə bilər bu nuraniyyətdən.
Bu ayın içində çoxlu işi var bəndənin. Onların həyata keçirilməsində kömək istəyir bəndə.
Bu ayın saysız-hesabsız nemətlərini istəyir bəndə.
Bu ayın fiziki və mənəvi paklığını istəyir bəndə.
Bu ayın ruzisini - istər mənəvi, istər maddi - istəyir Rəbbindən bəndə.
Bu ayda olan və bundan sonra olan xeyir və yaxşılıqlar var. Onları istəyir bəndə.
Bu ayda insanı pusan şər və xətalardan nicat istəyir, Rəbbinə sığınır bəndə. Hər batildən, hər mənasız şeydən pənah aparır Allahına bəndə.
Sanki bir mübarək dalğadır, insanın üstünə gəlir Ramazan ayı. Və bəndə diləyir Rəbbindən ki, bu dalğa ruhi-mənəvi, psixoloji, maddi əmin-amanlıqla, salamatlıqla, imanla, həqiqi müsəlman olmaq neməti ilə, bərəkət və təqva ilə, Allahın sevdiklərini sevməklə dolu gəlsin.
“Qoy bu ayda mən tənzimləyim özümü. Mühit məni tənzimləməsin” - deyir bəndə. “Qoy mən Sənin sevdiklərini sevim, Allahım...”
Allah-Təala bizi bu səfərə hazır etsin və burada olan nemətlərdən bəhrələnmək tofiqini qismət etsin! AMİN!


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 aprel 2015 19:28
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
Allax razi olsunnnn...

De_Ki_Sevirem

  • 18 aprel 2015 19:55
  • Məqalə: 4
  • Şərh: 747
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

(HaYeL)

  • 13 aprel 2015 20:12
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
★Love World★,O zaman çalışaram çox edim belə məqalələr fellow

--------------------

Nazlim_97_

  • 13 aprel 2015 20:10
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
Allah razi olsun .,

Elya Alieva

  • 13 aprel 2015 19:54
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
Allax razi olsunnnn...

--------------------
UREYIM...I MEN

★Love World★

  • 13 aprel 2015 19:31
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Ne GÖZEL Meqaledir.... love Ellerinize Sağlıq... winked Xoşum Gelir de Bele DİNİ Meqalelerden... fellow

--------------------

Rüzgar_Gülüm

  • 13 aprel 2015 19:08
  • Məqalə: 19
  • Şərh: 205
  • Bal:
{awards}
Allah razı olsun dəyərli məlumat üçün çox sağolun! smile

--------------------
Dinim islam kitabım "Quran" mən Allahdan başqasına yalvarmam.

Pıtırcık

  • 13 aprel 2015 17:53
  • Məqalə: 480
  • Şərh: 9656
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 26
Cəmi: 62

 

Top 10 Müəllif

♔Hе важно∞
Xəbərləri: 2
Cəmi: 44
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 480
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}