İmamət və yaxud canisinlik nədir?

 
İmamət və yaxud canisinlik nədir?



İmamet ve yaxud canisinlik nedir?


Qeyd etmək lazımdır ki, imamətin tə’rifi ilə bağlı fikir ayrılığı var. Bir zümrə müsəlmanın (şiə və Əhli-beyt (ə) məktəbi ardıcıllarının) nəzərincə, imamət dinin əsası və e’tiqadın köklərindən olduğu halda, başqa bir zümrə (əhli-sünnə) onu fürui-din və əməli göstərişlərdən sayır.
Mə’lum olduğu kimi, hər iki qrup məsələyə eyni gözlə baxmadığından, təbii olaraq ona fərqli tə’riflər vermişlər. Məsələn:
Əhli-sünnə alimlərindən biri imamətə belə tə’rif verir:
اَلْاِمامةُ رِئاسَةٌ عامَّةٌ فِيِ اُموُرِ الدّيِنِ وَالدُّنْيا، خَلافَة عَنِ النّبِي (ص)
“İmamət İslam peyğəmbərinin (s) canişinliyi adı ilə din və dünya işlərinə ümumi rəyasət və rəhbərlikdir!” (“Şərhi-təcrid”, Quşçi, səh. 472)
Bu tə’rifə əsasən, imamət hökumət rəhbərliyinə aid zahiri məqam və vəzifədir. Bu hökumət dinə əsaslanır və Peyğəmbərin (s) (hökumət işlərindəki) canişini adını daşıyır. Təbii ki, burada “imam” xalq tərəfindən seçilməlidir.
Başqa bir tə’rifdə deyilir: “İmamət müəyyən bir şəxsin şər’i hökmlərə nəzarəti və dində İslam peyğəmbərinə (s) canişinlikdən ibarətdir. Belə ki, ona itaət bütün müsəlmanlara vacibdir!”
Bu tə’rifin birinci tə’riflə əsaslı fərqi yoxdur və hər iki tə’rif eyni məfhumu ehtiva edir. İbn Xəldun tarixlə əlaqəli “Müqəddimə” adlı kitabında bu tə’rifi qeyd etmişdir.
Şeyx Müfid “Əvailul-məqalat” kitabının “ismət” bölümündə belə yazır:
اِنَّ الاَئِمَّةَ القائِمِينَ مَقامَ الْاَنْبِياء فِى تَنْفِيذِ الْاَحْكامِ وَ اِقامَةِ الحُدوُدِ وَحِفْظِ الشَرايِع وَتأديبِ الاَنامِ مَعْصوُموُن كَعِصْمَةِ الاَنْبِياء
“Peyğəmbərin (s) canişini olan imamlar hədd (Şəriətdə bəzi günah və pozğun işləri törədənlərin fiziki cəzalanmasına “hədd” deyilir.), hüquq və hökmlərin icrasında, şəriətin qorunması, eləcə də, insanların tərbiyəsində peyğəmbərlər kimi (günah və xətadan) mə’sumdurlar!”
(“Müqəddimə”, İbn Xəldun, səh. 191.)
Əhli-beyt (ə) ardıcıllarının əqidəsinə uyğun bu tərifə əsasən, imamət xalqa rəyasət və rəhbərlikdən də yüksək məqamdır. İmamlar peyğəmbərlərin (vəhyi istisna etməklə) bütün spesifik xüsusiyyətlərinə malikdirlər. Buna görə də “ismət” sifəti (günah və xətalardan paklıq) imamlara da aiddir.
“Şərhu Ehqaqil-həqq” kitabında şiəlik baxımından imamətə belə tə’rif verilir: “İmamət peyğəmbərin peyğəmbərlik və onun ayrılmaz xüsusiyyətlərini istisna etməklə, bütün səciyyəvi xüsusiyyətlər və fəzilətlərini əhatə edən ilahi bir mənsəb, məqamdır.” (“Şərhu Ehqaqil-həqq”, 2-ci cild, səh. 300 (birinci vərəqaltı haşiyədə).)
Bu tə’rifə əsasən, imam Peyğəmbər (s) vasitəsilə, Allah tərəfindən seçilir. İmam o həzrətin (peyğəmbərlik məqamından başqa) bütün fəzilət və imtiyazlarına malikdir. Onun işi yalnız dini hökumət və rəhbərliklə bitmir. Beləliklə, imamət fürui-din və əməli vəzifələrdən yox, dinin əsaslarından sayılır!


Geri dön

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 25 aprel 2015 19:24
  • Məqalə: 683
  • Şərh: 18687
  • Bal:
serihleriviz cun saqolun

--------------------
Həyatı elə yaşa ki, həyat səni qısqansın.. winked

De_Ki_Sevirem

  • 18 aprel 2015 19:20
  • Məqalə: 4
  • Şərh: 746
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

Krasavcikaya_v_onlin

  • 14 aprel 2015 19:46
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
serihleriviz cun saqolun

--------------------

Qaska_Quli

  • 14 aprel 2015 19:10
  • Məqalə: 28
  • Şərh: 13328
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

(HaYeL)

  • 14 aprel 2015 19:08
  • Məqalə: 60
  • Şərh: 1001
  • Bal:
{awards}
Rəbbim əvəzin versin.
Allah razi olsun.

--------------------

Elya Alieva

  • 14 aprel 2015 18:44
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Canim Meleyim ellerve saqliq

--------------------
UREYIM...I MEN

NIGAR

  • 14 aprel 2015 17:44
  • Məqalə: 639
  • Şərh: 10075
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 45
Cəmi: 74

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 639
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 41
Cəmi: 56
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 148
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}