Özüm öz əlimə keçmişəm

 
Özüm öz əlimə keçmişəm


Özüm öz əlimə keçmişəm

Özüm öz əlimə keçirəm hərdən,
Adam öz əlində necə ram olur...
Özüm öz əlimə keçirəm hərdən,
Hərdən bir öz əlim, öz yaxam olur...

Harda çox olmuşam, harda, çox ayıb,
Harda çatmamışam, azam,kəsirəm...
Özümü beləcə dara qısnayıb,
Tənbeh eləyirəm, cəza kəsirəm.

Gözlərim dindirir axan yaşını,
Yaşlar da danışmaq gücündə olur.
Qaçıra bilməyir başım başını,
Ürəyim ovcumun içində olur.

Eh, bu da bir cürə imtahan, sınaq,
Yenə də əl mənim, ətək mənimdi...
Gör harda dönmüşəm bal arısına,
Gör harda bal mənim, pətək mənimdi...

Haram dəyişibdi, bu şəhər, bu mən,
Bax, həmin kəndçiyəm, bax, həmin çölçü.
Bu da ki son nəğmə, bu tənha qu mən,
Qoymuram sonuncu ümidim ölsün.

Alıram nəzərə, vecə səhvimi,
Günahdan sayıram, suçdan sayıram.
Olur da, nə danım, neçə səhvimi
Bir gözəl şeirimə bağışlayıram.

Yapışdım, çətin ki yaxamdan qopam,
Çətin ki ovunam, dilə tutulam...
Beləcə əyrimi, pisimi topa,
Doğrumu, düzümü gülə tuturam...

Özüm öz əlimə keçirəm hərdən,
Adam öz əlində necə ram olur...
Özüm öz əlimə keçirəm hərdən,
Hərdən bir öz əlim, öz yaxam olur...

Özüm öz əlimə keçmişəm


Geri dön

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 24 aprel 2015 01:41
  • Məqalə: 683
  • Şərh: 18670
  • Bal:
Alıram nəzərə, vecə səhvimi,
Günahdan sayıram, suçdan sayıram.
Olur da, nə danım, neçə səhvimi
Bir gözəl şeirimə bağışlayıram.

--------------------
Həyatı elə yaşa ki, həyat səni qısqansın.. winked

Elya Alieva

  • 23 aprel 2015 14:23
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Supper........

--------------------
UREYIM...I MEN

Rəbbim Allah

  • 23 aprel 2015 11:38
  • Məqalə: 52
  • Şərh: 391
  • Bal:
{awards}
Təşəkkürlər ürəyim yaxşı şeirdi...Ürəyinə sağlıq.. smile

--------------------


KeNDiMi

NIGAR

  • 23 aprel 2015 10:49
  • Məqalə: 627
  • Şərh: 10022
  • Bal:
{awards}
Alıram nəzərə, vecə səhvimi,
Günahdan sayıram, suçdan sayıram.
Olur da, nə danım, neçə səhvimi
Bir gözəl şeirimə bağışlayıram.

--------------------
legend.az/user/imza/

De_Ki_Sevirem

  • 23 aprel 2015 08:56
  • Məqalə: 4
  • Şərh: 746
  • Bal:
{awards}
belə marsqlı şeirdi, YagmuRumuN MeLeYi təşəkkürlər şeir üçün.

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 49
Cəmi: 75

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}