
Bu dünyada yaşamağa nə var ki...
Əgər könlümüzdə eşq,köksümüzdə tüstülü bir atəş varsa...
Və bu atəşi köksümüzdə saxlamağı bacarırıqsa...
Bu eşq dolu atəşi köksümüzdə saxlamağa nə var ki!...
Əgər yanğılı bir ürəklə sevməyi bacarırıqsa...
O sevmişdi...Ürəkdən gələn bir eşq ilə sevmişdi!...
Daşlara çırpılan məhəbbəti onu da məhv eylədi...
Yalnız bir həsrət qaldı ürəyində...
Qəribə də olsa,bu həsrətdir indi onu yaşadan...
