Yaşamağa dəyər hələ

 
Yaşamağa dəyər hələ




Müstəqil gənc Azərbaycan,
Gələcəyin qabaqdadır.
Keçdiyin tarix yolunun,
Hər səhfəsi varaqdadır.
Zaman-zaman zəbt olunub,
Torpaq keçib əldən-ələ.
Daha müstəqil olmuşuq,
Yaşamağa dəyər hələ!
Bu vətənin hər qarışı,
Babalardan əmanətdir.
Qarabağsa baş qaxıncı,
Əmanətə xəyanətdir.
Qaçaq Nəbi torpağında,
At oynadır tülkü-lələ.
Qisas üçün bu dünyada,
Yaşamağa dəyər hələ.
Özümüzü tərk etməyək,
Özümüzə qayıdaq biz.
Şuşamıza cıdır adlı,
Düzümüzə qayıdaq biz.
Xarıbülbül bitən yerdə,
Nəğmə desin bülbül gülə.
Biz də deyək yaşa bülbül,
Yaşamağa dəyər hələ!
Azad olsun cənnət-məkan,
Hamı ora qonaq gəlsin.
Bu ölkədə nə qədər ki,
Var xanəndə ,
qonaq gəlsin.
Qarabağın Şikəstəsi,
Qarabağda gəlsin dilə.
Bütün Azərbaycan desin,
Yaşamağa dəyər hələ!
Mənim sizə dediklərim,
Həqiqət yox,bir xəyaldır.
O yerləri görəcikmi?
Bu cavabsız bir sualdır.
Görünür ki,bu çətinlik,
Sülh ilə gəlmir əmələ.
Qanlı döyüş səhnəsini,
Yaşamağa dəyər hələ!
Vətən üçün ölməməli,
Düşmənləri öldürməli.
Axı heç vaxt ağıllanmır,
Dəli görməyincə dəli.
Ölüm bizə yaraşmayır,
Çözülməyincə məsələ.
Məsələni çözmək üçün,
Yaşamağa dəyər hələ.


ŞEHRİYAR ALLAHYAROĞLU




Geri dön

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 19 aprel 2015 20:31
  • Məqalə: 694
  • Şərh: 18821
  • Bal:

Müstəqil gənc Azərbaycan,
Gələcəyin qabaqdadır.
Keçdiyin tarix yolunun,
Hər səhfəsi varaqdadır.

Elya Alieva

  • 19 aprel 2015 19:32
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Cox gozel seri idi saqolun

--------------------
UREYIM...I MEN

NIGAR

  • 19 aprel 2015 19:12
  • Məqalə: 787
  • Şərh: 10799
  • Bal:
{awards}
şerə görə sağ olun

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

legend.az/user/imza/

Nazlim_97_

  • 19 aprel 2015 17:56
  • Məqalə: 28
  • Şərh: 2745
  • Bal:
{awards}
Coxsaqol meqale ucun-

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 45
Cəmi: 72

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 152
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 787
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 505
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}