Onu sevmək - nə böyük nemət

 
Onu sevmək - nə böyük nemət


Bir dəfə Allah Rəsulu ibadətlə məşğul olarkən bir çöl ərəbi gəlib yanında durur. Peyğəmbərimiz tez namazını tamamlayıb ona tərəf dönür və nə istədiyini soruşur. Çöl ərəbi “Ya Rəsulullah: qiyamət nə vaxt qopacaq?” soruşur. Rəsulullah “Qiyamətə nə hazırlamısan ki?” deyə sualı sualla qarşılayır.

- Elə bir hazırlığım yoxdur, amma Allahı və onun Rəsulunu çox sevirəm, - deyir.

Rəsulullah gülümsünür və “Qiyamət günü hər kəs öz sevdikləri ilə birlikdə olacaqdır”; buyurur.

***

Onun əxlaqı Quran əxlaqıdır, onu Allah-Təala (c.c.) Özü tərbiyə edib. Hər cür qüsurdan Allaha sığınırıq, əgər Quranı bir ssenari hesab eləsək, onun canlı təcəssümü Həzrəti Məhəmmədin (s.ə.s.) həyatıdır.

Allah-Təala onu aləmlərə mərhəmət olaraq göndərib.

O, sonsuz nurdur, Allah-Təalanın göndərdiyi Quran, özünün həyatı ilə qiyamətə qədər bəşəriyyətin yolunu işıqlandıracaq.

Adı çəkiləndə ona salavat oxumağı, yolunu tutmağı Allah-Təala bizlərə əmr edir.

Quran bildirir ki, Allaha inandığını söyləyənlər bu iddialarını isbat eləmək üçün Həzrəti Məhəmmədin yolunu tutsunlar.

Mömin üçün Allah və Onun Rəsulu candan da, maldan da, valideyndən də, övladdan da.., hər şeydən irəlidir.

O onu sevənləri sevər, onu görməyə təşnə olanları sevər. Sonradan gəlib, üzünü görmədiyin halda sevənlərə “qardaşım” deyib.

O, misilsiz insanlıq örnəyidir, hər gözəlliyin zirvəsi onda cəmlənib.

O bizim sultanımız, başımızın tacı, gözümüzün nuru, sevimli Peyğəmbərimizdir. Allah-Təala bizi onun yolundan ayırmasın!



O, sevən könüllərin Sultanı, təkcə içində yaşadığımız dünyanı deyil, içimizdəki dünyanı da aydınladan, Günəşdən də, Aydan da daha parlaq Sonsuz Nurdur. Həm də elə bir Nur ki, bütün səma cismlərinin, planetlərin başına dolandığı Günəş özü Onun pərvanəsidir.

Dünya Onun kimi Gözəlini görmədi, görməyəcək də. O, bu dünyaya bir insan olaraq təşrif buyurdu, dünya Onun gəlişi ilə şərəfləndi, amma Ona adi bir insan kimi baxanlar Onun gözlə görünməyən uca məziyyətlərini nə sezə, nə də sevə bilərlər.

O, Adəm babadan qiyamətə qədər gəlib keçmiş və keçəcək hər kəsdən daha gözəldir. Amma dediyimiz kimi, Onun gözəlliklərini təkcə iki qaşın altındakı iki gözlə görənlər Onu tanıya bilməzlər; Onu könlünün gözü ilə görənlər tanıyar və tanıyanlar da Onun yolunda, Onun uğrunda, Ona bənzəmək istiqamətində özündən, özlüyündən imtina edərlər.

Günəş səhər doğar, axşam batar, Onun nuru isə hər zaman görən gözlərdə, sevən könüllərdədir, dünyamızın üstündədir.

***

O, Allah-Təalanın aləmlərə göndərdiyi misilsiz bir nemətdir, mərhəmətdir;

O, Allahın Elçisi, Sevimlisi; O, Rəsulların, Nəbilərin sonuncusu və Seyyidi;

O, Allah-Təalanın göndərməyi murad etdiyi uca kitabı Qurani-Kərimi əmanət etdiyi mübarək əllərin Sahibi;

O, Bəşəriyyəti Allah-Təalanın lütfü və inayəti ilə zülmətdən aydınlığa çıxaran Böyük Mürşid;

O, qiyamətə qədər Adəm oğlunun yolunu işıqlandıran Sonsuz Nur;

O, Allah-Təalanın Qurani-Kərimdə “Allaha iman etdim deyənlər Ona itaət etsinlər”- buyurduğu Böyük Vəkil, Xəlifə;

O, vəhşilər sürüsündən mələklər ordusu çıxaran Tərbiyəçi;

O, bütün həyatını insanların gözünə, ruhuna, yaddaşına köçürüb, doğru həyatı öyrədən Ustad; nifrəti sevgiyə, zülməti işığa, cəhaləti elmə, tikanı gülə, savaşı barışa, ədavəti mərhəmətə çevirən və gözəlliklərin, üstün məziyyətlərinin sözlə ifadəsi mümkün olmayan İlahi bir Hikmətdir.


O,miladi təqvimi ilə 571-ci ilin belə bir işıqlı aprel gününə açılan dan üzü dünyaya gözünü açdı. Əslində həmin o dan üzündə doğulan təkcə O deyildi, Onunla birlikdə bu dünya yenidən doğulur, yeni anlam, yeni mahiyyət qazanırdı. O aprel səhəri də heç adi bir səhər deyildi, bəlkə də dünyanın ən xoş saatı, ən şirin ovqatı idi. Atası Abdullah O hələ ana bətnindəykən bu dünyadan köçüb getmişdi, adını babası Əbdülmüttəlib verdi: Məhəmməd, yəni yerlərdə və göylərdə öyülmüş, mədh edilmiş.

Onu sevənlər havadan qoxusunu alıb ciyərlərinə çəkdilər, torpaqda ayaq izlərini tapıb üz sürdülər. O, bir ayrı sevgi, O, bir ayrı insan, O, bir ayrı örnək idi... Birindən bir şey soruşdusa, doğrunu öyrətmək üçün soruşdu; birindən bir şey istədisə, onun xeyri üçün istədi. O, dünyanın bəxtinə yazılmış ən böyük Xeyirdir. Bütün gözəlliklərin ən gözəl örnəyi Onun həyatındadır.

***

O, sonsuz Nurdur, O, dünyaları da, könülləri də işıqlandıran, nicat yolunu, qurtuluş yolunu göstərən bir Mürşiddir. O elə möhtəşəm bir nurdur ki, Günəş də, Ay da işığını Ondan alır; ancaq hərəkət halı ilə varlığını davam etdirən bu kainat Onun başına fırlanır, Onun pərvanəsi olaraq dəyər qazanır.

Hər gözəlliyin zirvəsi Onda görünüb. Adəm oğlu bu dünyada ondan gözəlini görməyib, görməyəcək də. Məhəmməd Füzüli Onun çöhrəsinin gözəlliyini misli görünməmiş və görünməyəcək bir gül hesab edir:

Suya versin bağban, bihudə zəhmət çəkməsin,

Bir gül açılmaz üzün tək, versə min gülzarə su.

Könlündə duyğusu olan, həqiqi sevginin nə olduğunu bilənlər Onu vəsf ediblər. Onu vəsf edənlər Ona bir şey qazandırmayıblar, sadəcə, onun adını öz şeirlərinə qatıb, yazdıqlarına da, duyğularına da bərəkət tapıblar. Onun sevgisi hansı qəlbə düşsə, o qəlbin bərəkəti sahibinə yetər.


Ona Allah-Təala və mələkləri səlatü-salam edirlər. Ona salam oxumaq bizə Allah-Təalanın əmridir. Ona Allahın səlatı dəstəkləməyidir, mərhəmətidir, müzəffər qılmasıdır; mələklərin səlatı Onun üçün dua etmələridir, Onu sevmələridir; Ona bizim səlatımız isə Yolunu tutmağımız, buyruqlarına əməl etməyimizdir.

O, bir şey soruşurdusa, öyrətmək üçün soruşurdu, O, bir şey istəyirsə, vermək üçün istəyir; Onun yolunu tutmaq bizi qurtuluşa çıxarar, bizim qurtuluşa çıxmağımız da Onun qazancı olar.

Allah-Təala buyurur ki, Allahı sevdiyini söyləyənlər Onun yolunu tutsunlar, dediklərini qəbul eləsinlər ki, Allah da onları sevsin. Açın Qurani-Kərimə baxın, Ali-İmran suresinin 31-ci ayəsində buyurulur. Buyurun, bundan daha tutarlı bir dəlil olarmı? Demək, Rəsulullahı sevmək həm də Allahı sevmək mənasına gəlir və həm də Rəsulullahı sevmədən Allahın mərhəmətinə qovuşmağın mümkün olmadığını da bizə göstərir.

Onun yolunu tutan Allaha təslim olmuş sayılır. Onun əxlaqı Quran əxlaqıdır, Onu tərbiyə edən Allah-Təaladan başqa bir kimsə deyil. Onu xətalardan, günahlardan qoruyan da Allah-Təalanın Özüdür. Onun həyatı Quranda yaşanması istənilən örnək mənzərələr toplusudur.


Geri dön

★Love World★

  • 20 aprel 2015 15:30
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
GÖZEL Meqaledi...))

--------------------

De_Ki_Sevirem

  • 20 aprel 2015 12:20
  • Məqalə: 4
  • Şərh: 746
  • Bal:
{awards}
Gözəl yazıllardı...

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

sessiz deniz

  • 19 aprel 2015 19:53
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
Bir dəfə Allah Rəsulu ibadətlə məşğul olarkən bir çöl ərəbi gəlib yanında durur. Peyğəmbərimiz tez namazını tamamlayıb ona tərəf dönür və nə istədiyini soruşur. Çöl ərəbi “Ya Rəsulullah: qiyamət nə vaxt qopacaq?” soruşur. Rəsulullah “Qiyamətə nə hazırlamısan ki?” deyə sualı sualla qarşılayır.

_TUNAR_MAMEDOV_

  • 19 aprel 2015 17:15
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
cox gozel yazilardi Elleriniz derd gormesin....AMIN

--------------------

Kapriznaya Dəcəlka

  • 19 aprel 2015 15:22
  • Məqalə: 90
  • Şərh: 2844
  • Bal:
{awards}
O bizim sultanımız, başımızın tacı, gözümüzün nuru, sevimli Peyğəmbərimizdir. Allah-Təala bizi onun yolundan ayırmasın!

--------------------

NIGAR

  • 19 aprel 2015 13:55
  • Məqalə: 730
  • Şərh: 10502
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

ღ..ѕiмray..ღ

  • 19 aprel 2015 13:52
  • Məqalə: 14
  • Şərh: 288
  • Bal:
{awards}
ALLAH rAZI oLSUN

--------------------
Itiren men Olmaram !
Itiren menden Olar !

Banned456

  • 19 aprel 2015 13:43
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Çox sağoLun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 59

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 84
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}