İslam'ın qəti olaraq qadağan edib rədd etdiyi bir inanc

 
İslam'ın qəti olaraq qadağan edib rədd etdiyi bir inanc


İnsana yönəlik olaraq təbiət üstü gizli güclərin köməyi və vasitəsilə müəyyən bir məqsədi həyata keçirmək və müəyyən bir məqsədə çatmaq üçün tətbiq olunan və təsirli olduğu qəbul edilən fəaliyyət; bir şeyin və ya hadisənin gerçək mahiyyətindən uzaq olaraq başqa bir halının göstərilməsi.

Sehr, İslâm'ın qəti olaraq qadağan edib rədd etdiyi bir inanc və əməl olub təbiət qüvvətləriylə insanlara bir sıra təsirlərin edildiyi söylənilən primitiv bir anlayış və faktdır. Tövhid inancının insanların həyatından uzaq qaldığı dövrlərdə cəmiyyətlərin primitiv inanclara saplanmasıyla və xüsusilə totem inancının məşhur olduğu kütlələr arasında müxtəlif göz boyama yollarıyla edilən sehr, qədim İran, Çin, Mesopotamiya, Ərəb yarımadası, Misir və Hindistanda rast gəlinən bir peşə halına gətirilmişdir. Allah inancının və sağlam düşüncənin zəiflədiyi dövrlərdə daha çox rast gəlinən bir hadisə olan sehr, bəzi cəmiyyətlərdə dini mərasimlərə bir inanc halına gətirilmiş və Allah'ın qüdrəti unudularaq bir çox sehrbaz və kahinin sözləri etibarlı qılınmışdır. İslâm'ın sehrbaz və kahinləri qınaması, insanları bəsit inanc və düşüncələrlə əyləndirib onları həqiqətdən, Allah inancından uzaqlaşdıraraq primitiv və ağıldan kənar anlayışlara sürükləmələrini əngəlləmək üçündür.

Ümumiyyətlə İslâm alimləri sehri bu kateqoriyalara ayırmışlar.

Birincisi; tapınmağa və ulduzların təsirinə dayandırılan və tilsim adı verilən daha çox Keldanilərin etdiyi sehr. Hz. İbrahim (as) bu inanc və anlayış ilə mübarizə etmək və ulduzlara tapınan bu insanları hidayətə dəvət etmək üzrə göndərilmişdir.

ikincisi; ruh çağırma, hipnoz və bənzəri yollarla insana təsirli olduğu qəbul edilən sehr. Bu sehri edənlər insanları öldürmək və diriltmək mərifətlərinin olduğunu başqalarına təlqin ilə qəbul etdirirlər.

Üçüncüsü, Ərvah-ı ərziyyə deyilən yer üzündəki cinlərin gizli qüvvələrindən istifadə edərək edildiyi irəli sürülən sehr. Ümumiyyətlə cincilik olaraq xalq arasında yayılan və cahil kəslərin etibar etdiyi bir qandırmacadan ibarətdir.

Dördüncü növ sehr isə; hər hansı bir fövqəladə yönü olmayan, yalnız insanların idraklarını bir an üçün yanıldaraq edilən bir göz boyamadan ibarət olan sehrdir. Buna daha çox illüziya deyilir.

Beşinci sehr yolu da; fövqəladə işlər etdiyinə inanılan müxtəlif alətlərlə edilən sehrdir. İnsanlar bu alətlərin xüsusiyyətlərini bilmədikləri üçün, bunların bir əl mərifətiylə istifadə edilməsiylə fövqəladə işlərin bacarıldığı işarəsini verməkdədir. Hz. Musaya qarşı içinə civə doldurulmuş xortum kimi bəzi iplərin isti bir sahəyə buraxılması sonunda civənin genləşməsiylə iplərin ilan kimi qıvrıldığı görülməkdə və bu xortumların ilana çevrildiyi iddia edilərək insanlar aldadılmaqdadır. Bu kimi oyunlar hər zaman var olmuşdur.

Altıncı sehr oyunu da; müxtəlif dərmanların və qoxuların istifadə edilməsiylə edilən sehrdir.

Bu kimi dərman və maddələrin kimyəvi xüsusiyyətlərini bilməyən kütlələr sihirbazın iş bacardığına inanarlar.

Yeddinci sehr növü də; İsmi-Azam(Allahın ən büyük İsmi) bildiyini insanlara qəbul etdirərək qarşısındakıları psixoloji təzyiq ilə cəzb etmək surətiylə edilən qarlılıqlı təsirlə ortaya çıxarılan sehrdir.

Bu, insanları aldatmaqdan başqa bir şey deyildir. Digər bir sehr növü də insanların gizli və bilinməyən istiqamətlərini saxtakar və qammazların köməyiylə öyrənən və bu gizli yönlərini bildiklərini onlara sübut etdiyini söyləyənlərin etdiyi sehrdir. Bu da insanları aldadıb bir-birinə düşürən, bir-birlərinin əleyhinə çıxaran və aralarını pozan bir hoqqabazlıqdan başqa bir şey deyildir.

Bütün bunlara baxıldığında sehr, xəyal olan şeyləri gerçəkmiş kimi göstərmək surətiylə insanlar üzərində aldadıcı bir təsir meydana gətirməkdən ibarət bir hadisədir. Buna baxmayaraq bir həqiqət yönünün olduğu və həqiqətən təsir etdiyi qəbul edilməkdədir. Bəqərə sürəsindəki (2/102.) ayəti bunun bir həqiqət payının olduğunu xəbər verməkdədir. Amma nə olursa olsun İslâm, sehri qadağan etmiş, haram saymış və buna inananları kafir qəbul etmişdir.


Geri dön

sessiz deniz

  • 20 aprel 2015 16:57
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
Allah razi olsunnn

De_Ki_Sevirem

  • 20 aprel 2015 12:13
  • Məqalə: 4
  • Şərh: 747
  • Bal:
{awards}
Çox sağolun Allah razı olsun

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

Krasavcikaya_v_onlin

  • 20 aprel 2015 10:27
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
Bu kimi dərman və maddələrin kimyəvi xüsusiyyətlərini bilməyən kütlələr sihirbazın iş bacardığına inanarlar.

--------------------

Pıtırcık

  • 19 aprel 2015 13:43
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

Zehra_Aşiqi

  • 19 aprel 2015 13:39
  • Məqalə: 272
  • Şərh: 1323
  • Bal:
{awards}
nə olursa olsun İslâm, sehri qadağan etmiş, haram saymış və buna inananları kafir qəbul etmişdir.

--------------------

Banned549678

  • 19 aprel 2015 13:39
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Çox sağoLun ALLAH razi olsun

★Love World★

  • 19 aprel 2015 13:38
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Çox GÖZEL Meqaledi...ALLAH RAZI OLSUN...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 43
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}