İbadət iki cürdür

 
“İbadət iki cürdür : Birincisi müsbət, ikincisi mənfi.Müsbət məlumdur. Mənfi isə xəstəlik və fəlakətlərlə qarşılaşdıqda acizliyini və zəifliyini hiss edib itaətkaranə şəkildə Rəbbinə yönəlmək .

Onu düşünüb, Ondan mədət umaraq ibadətlə bütüləşməyi əhatə edir. Bu ilahiləşməyə yalan qarışa bilməz, o təmizdir. Əgər səbr etsə, bu müsibətin mükafatını düşünsə, o zaman hər bir saatlıq ibadəti bir günlük hesab olunar. Çox qısa ömrü uzanar.” Lemalar

Rəsulullahın (s.ə.s.) ən mükəmməl formada icra etdiyi Allaha qulluq vəzifələrindən biri də səbrdir.O (s.ə.s.) səbr imtahanını da hicrət, döyüş, neçə müsibət və sıxıntılarla ən yüksək nəticələrlə keçmişdir.

Namaz möminin meracıdır. Xəstəliklər və müsibətlər də ucalmaq üçün başqa nərdivanlardan biridir. Bir müsəlman Allahın hər əmrini dinlədikcə və hər qadağasından qaçdıqca mənəvi olaraq ucalar. Bu ucalmalardan bir başqası da xəstəlik və müsibətlərə səbr vasitəsilə olur. Məruz qaldığı xəstəliklər insanın aciz bir qul olduğunu, nəqliyyat hadisələrindən tutmuş sellərə, fırtınalara qədər heç bir hadisənin qarşısını alma gücü olmadığını göstərər.

Xəstəliklər də eyni zəifliyi insanın daxilində göstərərlər. Xarici təsirlər kimi daxilindəki hadisələr qarşısında da acizliyini anlayan insan müalicə olunmaq üçün lazımi tədbirləri aldıqdan sonra Rəbbinə təvəkkül edər, müalicəni Ondan istər. Bu hal hər bir mömin üçün inkişafdır, tərəqqidir.

Ömür boyu belə müxtəlif formada ortaya çıxan hadisələrlə imtahan olunan insanlar, qısa ömrün sonunda əbədi həyata qovuşacaqlar. Bu kölgələrin əsillərinə qovuşacaq, mərifət və məhəbbət nemətini də kamalıyla orda tapacaq və dadacaqlar.


Geri dön

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 25 aprel 2015 19:00
  • Məqalə: 694
  • Şərh: 18819
  • Bal:
Allah Razi olsun wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 63

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 729
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 203
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}