İmam Sadiq (ə) buyurur: "Fatimə (s.ə) və Əli (ə) – elmin dərin dənizidirlər".

 
İmam Sadiq (ə) buyurur: "Fatimə (s.ə) və Əli (ə) – elmin dərin dənizidirlər".


Həzrət Peyğəmbər (s) buyurub: "Mən elmin tərəzisiyəm, Əli (ə) - tərəzinin iki gözüdür, Fatimə (s) isə bu tərəzinin bağıdır”.

Həzrət Fatimə (s.ə) elə bir xanımdır ki, hər bir kəlam və sözü bizlər üçün hüccətdir. Allah Cəbrayilə (ə) əmr edir ki, vasitəsiz olaraq həqiqətləri Fatiməyə (s.ə) öyrətsin. İmam Sadiq (ə) nəql edir ki, anam Fatimənin (s.ə) bir namazı var idi ki, Cəbrayil Əmin (ə) ona təlim vermişdir. (Erfan)

Allah Təala Xanımın (s.ə) müəllimi idi və bütün elmlər məcmuə halında bu nəcib xanıma təqdim edilmişdi. Cəbrayil (ə) bu elmi Fatiməyə (s.ə) çatdıran idi. İmam Əli (ə) isə Fatiməyə (ə) təlim verilənləri qeydə alan idi. Bu elmlər "Məshəf" adlı bir kitabda cəm oldu. Bu kitab indiyə İmam Sadiq (ə) buyurur: "Fatimə (s.ə) və Əli (ə) – elmin dərin dənizidirlər".

Fatimə (s.ə) və Əli (ə) elə həyat yoldaşı idilər ki, bir-birinin malik olduqları elmin qədrini yaxşı bilirdilər. Həzrət Əli (ə) həyat yoldaşının malik olduğu elm kitabı ilə iftixar edirdi. Fatimə (s.ə) isə həyat yoldaşı Əlinin (ə) elmi ilə fəxr edirdi. Həzrət Peyğəmbər (s) ömrünün son günlərində qızına belə buyurur: "Sənin həyat yoldaşın çoxlu mülayimliyinə, çoxlu elminə və İslam dinindəki qabaqcıllığına görə müsəlmanların ən böyüyüdür. Bil ki, mən səni onunla evləndirməmişdim, Allah bu xüsusiyyətlərə malik olan həyat yoldaşını sənə nəsib etmişdir".

İmam Sadiq (ə) Həzrət Fatimənin (s.ə) elmini bəyan edən zaman buyurur: "Elmin mənbəyi - Fatimədir (s.ə)".

Xanım (s.ə) ürək sözlərini atası ilə bölüşməyə gələn zaman Həzrət (s) bu fürsəti təlim üçün qənimət bilir və Xanıma (s.ə) bir yazı verib buyurur: "Onun içində olanları öyrən". Həmin yazıda möminlərlə necə yaxşı ictimai rabitə qurmağın yolları bəyan olunmuşdur."Allaha və məada mömin olan insanın qonşuları ondan əziyyət görməzlər, qonağa hörmət edər, o zaman ki, sükutun möhürünü sındırar, xeyirdən savayı heç bir şeyi dilinə gətirməz".

Həzrət Fatimə (s.ə) nəql edir ki, o zaman ki, atam merac sirrini bizimlə bölüşdü, bəyan etdi ki, necə behişt mənzillərinin qapısının üzərində "Muhəmməd (s)" və "Əli (ə)" sözləri qeyd olunmuşdur. "Əli (ə) şiəsi" necə mədh edilmişdir.

Həzrət Peyğəmbərin (s) elmi dəyərli bir xəzinə idi və İmam Səccad (ə) bu haqda oğlu İmam Baqirə (ə) belə buyurur: "Bu dəyərli xəzinə - bir sirdir ki, Cəbrayil (ə) Peyğəmbərə (s) təqdim etmişdi. O Həzrət (s) də Əliyə (ə) və Fatməyə (s.ə) təlim vermişdir".

Həzrət Peyğəmbər (s) dəfələrlə elmi maarifi dua şəklində qızına təlim vermişdi. Həzrət Rəsul (s) qızına haqq və batil əhlinin aqibətindən söz açmış və vilayət mövzusunu təlim vermişdi.

Beləliklə deyə bilərik ki, Peyğəmbərin (s) gözünün nuru olan Həzrət Fatimeyi-Zəhra (s.ə) elm dəryası idi və onun yanında olan elmi Peyğəmbərdən (s) və Əlidən (ə) savayı heç kəs bilmirdi.qədər də alimlərin ən çox müraciət etdiyi kitablardandır.

Bu kitabın içərisində olanlar bizlər üçün məchuldur. Bu kitabda çox sayda elmlərdən bəhs olunmuşdur: insanların tanınması, hidayəti, ulduz elmi, yerin coğrafiya elmi, bəşərin tarix elmi, səma dinlərinin elmi, bəşərin gələcəyi haqqında elm...

İmam Əli (ə) iftixarla bəyan edir ki, mənim həyat yoldaşıma elə bir kitab əta olunmuşdur ki, Allah və Peyğəmbərdən (s) savayı heç kəs bu elmin səviyyəsindən bəhrə aparmamışdır .

Bəli, Xanımın (s.ə) tutumu o qədər böyük idi ki, vasitə olmadan bir mələk vasitəsilə bu qədər elmi öyrənmiş və qəbul etmişdir. Allah bu maarifi ona görə Fatiməyə (s.ə) təlim vermişdir ki, əziz atasının bildiklərini o da qəbul edə bilsin. Atası da istəyirdi ki, əziz qızı heç bir elmdən geri qalmasın.

İmam Əli (ə) buyurur: "Hər gün və hər gecə Peyğəmbərlə (s) xəlvət edərdim və Peyğəmbər (s) tərəfindən təlim görərdim. Hamı bilirdi ki, bu xəlvətdə iştirak etməyə heç kəsin icazəsi yoxdur. Ona görə də səhabələr və Peyğəmbərin (s) həyat yoldaşları da bu zaman bizi tək qoyardılar. Bu xüsusi tədrisdə həyat yoldaşım Fatimə (s.ə) də iştirak edərdi".

Həzrət Peyğəmbər (s) İmam Əlinin (ə) və Xanımın (s.ə) elmi haqqında belə buyurur: "Mən elmin tərəzisiyəm, Əli (ə) tərəzinin iki gözüdür, Fatimə (s) isə bu tərəzinin bağıdır".


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 aprel 2015 18:43
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
Allah razı olsun

★Love World★

  • 20 aprel 2015 17:57
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
GÖZEL Meqaledi... love

--------------------

Pıtırcık

  • 20 aprel 2015 17:47
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

sessiz deniz

  • 20 aprel 2015 17:34
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunn

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 54
Cəmi: 73

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}