İçki içilən evdə namaz qlınarmı?

 
İçki içilən evdə namaz qlınarmı?


Allah hər müsəlmana gündəlik beş vaxt namaz yazdı. Bu namazın qılınma şəkli ilə bərabər onun şərtlərinidə bildirdi. Namazın şərtləri də; daxilində və xaricində olmaqla iki qisimdir.

Namaz xaricindəki şərtlər bunlardır:
Vücud təmizliyi (qüsul, dəsdəmaz).
Namaz qılınan yerin təmizliyi)
Paltar təmizliyi.
Həya yerlərinin örtülməsi.
Qibləyə dönmək.
Namaz vaxtının girməsi.
Qılınan namaza niyyət.

Bu sadalanan şərtlərdən biridə dinimizin böyük əhəmiyyət verdiyi təmizlik (təharət) məsələsidir. Təmizlikdə üç qisimdir:
a) Vüçudun qüsl, dəsdəmazla təmiz olması.
b) Paltar və bədənin nəcasətdən (murdarlıqdan) təmiz olması.
c) Namaz qılınan yerin nəcasətdən təmiz olması.


Sizi narahat edən məsələ namaz qılınan yerin təmizliyidir. Bu haqdada bunu deyə bilərik ki, bir evdə nəcasət (murdarlıq) olub və yeri bilinərsə, evin təmiz olan qismində namaz qılmaq lazımdır. Yetər ki, namaz qılınan yerin özü təmiz olsun. İçki içilməsinin haran olması ilə bərabər həmdə nəcis (murdar) sayılır.

“Ey iman gətirənlər! İçki də, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (Əl-Maidə 90,91)

Amma sizin qeyd etdiyiniz (içkinin rəflərdə olması, evdə onun içilməsi) vəziyyətdə, bu sizin namazınıza zərər verməz inşallah.Digər bir məsələnidə xatırlayaq ki, bu da Allahın bütün yer üzünü bizlər üçün məscid yaratmasıdır. Allah bütün yer üzünü namaz qılmağa yararlı olan məscid qılmış, bunula bərabər bəzi yerləri bundan müstəsna qılıb oralarda namaz qılmağa izin verməmişdir.
“İbni Ömərin verdiyi xəbərə görə, Rəsulullah (S.) yeddi yerdə namaz qılmağl qadağan etdi: Zibillik, heyvan kəsilən yer, qəbirstanlıq, camaatın gedib-gəldiyi yol, tualet, dəvə töləsi, Kəbənin damı.” (Tirmizi)


Bununla bərabər, əgər birisi məcbur qalarsa (məsələn həps olunmuş birisi kimi), natəmiz yerlərdədə namazını qılar.
Rəsulullah (S.) buyurur: “Sizə bir şeyi əmr etdiyim zaman, gücünüzün yetdiyi qədər bu əmri yerinə yetirin.” (Buxari)
Doğrusunu bilən Allahdır!


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 aprel 2015 18:43
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
Allah razı olsun

Kapriznaya Problemka

  • 21 aprel 2015 13:08
  • Məqalə: 0
  • Şərh: 286
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
CoX SaDe SanMaYiN Meni...!!! AGliNi ElE AlArAm Ki UrEyInDe UsTuNdE BoNuS GeLeR...!!!

De_Ki_Sevirem

  • 21 aprel 2015 00:57
  • Məqalə: 4
  • Şərh: 747
  • Bal:
{awards}
Şükür Allaha içkidən filan uzaq biriyəm

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

★Love World★

  • 20 aprel 2015 21:21
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
GÖZEL Meqaledi...Elleriniz Derd Görmesin....

--------------------

Pıtırcık

  • 20 aprel 2015 21:19
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 24
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}