Ölülərin dirilər üzərində olan haqqları

 
Ölülərin dirilər üzərində olan haqqları


Ölülərin dirilər üzərində olan haqqları


Ölüm ayağında olan şəxs bilməlidir ki, qarşıda onu axirət və böyük bir səfər gözləyir. Bu səfəri uğurla başa vurmaq üçün insan, ona lazım olan şeyləri hələ sağ ikən tədarük görməlidir. İnsan ilk növbədə tövbə edib günahlarının bağışlanması üçün Allaha dua etməlidir. İbadətlərinə diqqət yetirməli və Allahdan onu öz başına buraxmamasını istəməlidir. Sonra vəsiyət edib Allah bəndələrindən halallıq alıb onların öz haqqlarını özlərinə qaytarmalıdır. Vəsiyyət etməklə insan həm qoyub getdiyi malı qoruyub və gələcəkdə övladlar arasında yarana biləcək ixtilafın qarşısını almış olur. Çünki, şeytan onun varislərinə vəsvəsə etməklə, irsin bölünməsində əngəl yaratmağa çalışır. İrs sahibi vəfat etdikdən sonra varisləri arasında yaranmış bu ixtilafları görüb bir anlıq dünyaya qayıdıb öz var dövləti üçün bir çarə qılmaq istər. Amma onun bu istıyini heç kəs eşitməz və çəkdiyi peşmançılığın heç bir faydası olmaz.


Deməli insan öz var-dövlətinin üçdə bir hissəsini öz qohumlarına sədəqə verməli və özünə yaxın olan etibarlı şəxslərə vəsiyyət etməlidir.


İnsan ətrafındakılardan halallıq aldıqdan sonra mömin qardaşlarından xahiş etməlidir ki, uzaqda olan şəxslərdən onun üçün halallıq alsınlar. Sonra əhli-əyalını Allaha tapşırıb kəfəninə bir neçə Quran ayəsin yazıb imam Huseyn (ə)-n türbətindən bir qədər arasına qoysun. Yuxarıda qeyd olunan işləri öz sağlığında görməlidir ki ölüm ayağında bunlardan heç biri yaddan çıxmasın.

İmam Sadiq (ə) buyurur: Kəfəni evdə hazır olan şəxslər ölümdən qafil olmazlar. Bəzən kəfənə baxıb ölümü xatırlayarlar. Bundan ibrət alan şəxslər öz ailəsinin qeydinə qalarlar.

İnsan bilməlidir ki, onun ixtiyarında olan var-dövlət fani və müvəqqətidir. Ona aludə olub onları yaddan çıxarmamalıdır.Bütün işlərdə Allaha təvəkkül olunmalı və yalnız onun rizayətinə səbəb olan işlər görməlidir. Qarşılaşdığı çətinliklərdə yalnız Allahdan kömək gözləməli və bir an olsun belə onun rəhmətindən ümidini üzməmılidir. Bununla yanaşı insan, Peyğəmbər (s)-n və məsum imamların şəfaətindən də ümidsiz olmamalıdır. Hər bir əməli saleh insan bilməlidir ki, ölüm ayağında onların görüşünə məsum imamlar gələr. İmamlar öz sadiq tərəfdarlarına xoş xəbərlər verərlər və ölüm mələyinə (Əzrailə) böyük göstərişlər verərlər. "Ölüm ayağında yaxşı vəsiyyət etməyən şəxslərin əqli naqis başa vurduqları ömür isə bərəkətsiz olar.”

Peyğəmbər (s)-dan soruşurlar: Ya Rəsulullah, insan neçə vəsiyyət etməlidir? Buyurun: "Ölüm ayağında insanın yanına camaat toplaşdığı zaman bu sözləri demək lazımdır.”

(Allahummə fatirissəmavati vəl-ərzi alimil-ğəybi vəşşəhadətir-rəhmanu-rəhimu inni əhədu iləykə innə əşhədu ən la ilahə illa əntə vəhdəkə la şərikə ləkə və ənnə muhammədən əbdukə və rəsulukə və ənnəssaətə atiyətun la rəbyə fiha və ənnəkə təbəsu mən fil quburi və ənnəl hisabə həqqun və ənnəl cənnətə həqqun və ma və ədallahu fiha minən nəimil məkuli vəl məşrəbi vəl nikahi həqqun və ənnənnarə həqqun və ənnəl imanə həqqun və ənnəl dinə kəma vəsəftə və ənnəl islamə kəma şərətə və innəl qovlə kəma qultə və ənnəl quranə kəma ənzəltə və ənnəkə əntəllahulhəqqul mubinu və inni əhədu iləykə fiddarid-dunya ənni razitu bikə rəbbən və bil islami dinən və bi muhammədin nəbiyyən və bi əliyyin imamə və bil qurani kitabən və ənnə əhlə bəyti nəbiyyikə əimməti allahummə əntə siqəti ində şiddəti və rəcai ində kurbəti və uddəti indəl umiri əlləti tənzilu bi və əntə vəlliyi fi neməti və ilahi və ilahu abai səlli əla muhammədin və alihi vəla təkinni ila nəfsi tərfətə əynin əbədən aniz fiqəbri vəhşəti vəcəl li indəkə əhdən yəvməl qakə mənşura).

İmam Sadiq (ə) bunu deyənlərin "Məryəm” surəsində təsdiq olunduğuna işarə edərək buyurur:

(La yəmlikunə şəfaətə illa mənittəxəzə indərrəhmani əhdən.)

Yəni Allahdan əhd almış kəslər müstəsna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar. (Yalnız imam gətirib yaxşı işlər görənlər qiyamət günü Allahın izni ilə şəfaət etməyə layiqdirlər).

Bir gün Peyğəmbər (s) Əli (ə)-ın yanına çıxarıb dedi: Bu vəsiyyətnaməni mənə Cəbrail öyrətmişdir,indi mən onu sənə öyrədirəm və sən də öz Əhli-beytinə və tərəfdarlarına öyrət.

(Bismillahir-rəhmanir-rəhim əşhədu ənla ilahə illəllah vəhdəhu la şəriykələh və ənnə muhammədən əbduhu la rəsuluhu və ənnəl cənnətə həqqun və ənnənarə həqqun və ənnəsaətə atiyətun la rəybə fiha və ənnənarə həqqun və ənnəsaətə atiyətun la rəybə fiha və ənnəllahə yəbəsu mən filqubur).

Sonra bu kəlmələri adi parçaya və ya kağıza yaz.

(Bismillahir-rahmənir-rahim əşhədəş-şuhudul-musəmməunə fi hazəl-kitab ən əxahum fillahi əzzə və cəll filani ibni filan).

Sonra öz adını və atanın adını yazıb davam et.

(Uşhiduhum və əstəvdiuhum və uqqiru indəhum ənnəhu yəşhədu ən la ilahə illəllah vəhdəhu la şəriykə ləh və ənnə muhammədən əbduhu və rasuluhu və ənnəhu muqirrun bicəmiil ənbiyai vərrusuli əleyimussəlam və ənnə əliyyən vəliyyullahi və imaməhu və ənnəl əimmətə min vuldihil əimmətu və ənnə əvvələhuml-həsənu vəl huseynu və əliyyibnil huseyn və muhamməd ibni əliyyin və cəfər ibni muhammədin və musəbni cəfərin və əliyyibni musa və muhamməd ibni əlliyyibni muhammədi vəl həsənibni əliyyin vəl qaimil huccəti əleyhimussəlamu və ənnəl cənnətə həqqun vənnarə həqqun vəssaətə atiyətun la raybə fiha və ənnəllahə yəbəsu mən fil quburi və ənnə muhammədən rasuluhu caə bil həqqi və ənnə əliyyən vəliyullah vəl xəlifətu min bədi rəsulillah vəstəxləfəhu fu umməti muvədiyyən li əmri rəbbihi təbarəkə və təala və ənnə fatimətə bintə rəsulillah vəbnəyhəl-həsən vəl huseyn əbnahu rəsulillah və sibtahu və imaməl huda və qaidər-rəhməti və ənnə əlliyən və muhəmmədən və cəfərən və musa və əliyyən və muhammədən və əliyyən və həsənən və huccətə əleyhumussalamu əimmətən və qadətən və duatən illəllahi əzzə və cəllə və huccətən əla ibadihi).

Sonra vəsiyyətnamədə adları çəkiləsi şəxslərin adları bir-bir çəkilib bu kəlmələr iqrar olunmalıdır.(oxunmalıdır)

Əsbitu iləyyə hazihişşəhadətə indəkum hətta təlquni biha indəl həvzi)

Sonra şahidlər deyərlər.

(Nəstəv diukə Allahə vəşşəhadətu vəl-iqrarə vəl ixaə və məovudə ində rəsulillah və nəqrəu ələykəssəlam və rəhmətullahi və bərəkətuh ).

Nəhayət vəsiyyətnamə şəhadət verən şəxslərin şəxsi möhürləri ilə möhürlənib bir şeyə büküb meyyitin (sağ tərəfdən) başının altına qoymaq lazımdır.

"Ənsardan biri ölüm ayağında olduğu zaman, müsəlman yoldaşlarından biri, özünü neçə hiss etdiyini soruşur. Cavab verir. "Öz günahlarımdan qorxuram,amma Allahın rəhmətinə də ümidim çoxdur.Sonra ona (qeybdən) belə bir xoş xəbər verilir. "Bu iki halət (Allahdan qorxu və onun rəhmətinə ümid )yalnız o kəslərdə ola bilər ki, Allah onların qəlblərini imanla dolu və qorxduqları şey üçün öz rəhməti ilə ümidvar etmiş olsun.

Başqa bir rəvayətdə deyilir: Peyğəmbər (s) ölüm ayağında olan yoldaşlarının birinin yanına gəlib bu kəlməni iqrar etməyi buyurur:

(Allkahum-məğifirliyəl-kəsir min məsiyyətikə vəqbəl minni əlyəsir min taətikə).

Sonra üzünü ətrafdakılara tutub deyir: "Dünyadan köçən müsəlmanı gərək qohum-qardaşları və mömin dostları tək qoymasın. Onun yanında Quran oxumalı, kəlmeyi şəhadət, cənnət və cəhənnəmin haqq olduğunu, Allah-təalanın bütün eyib və nöqsandan uzaq olduğunu və dinin digər mühüm etiqadı məsələləri dəfələrlə iqrar olunmalıdır. Əgər bu deyilənləri təkrar edə bilməsə ədilə duası oxuyub mənası ona izah olunmalıdır. (Əgər dilində bilməyən kəslərə başa düşdükləridillərdə izah etmək olar). Ruhu bədənindən ayrıldığı zaman ayaqları qibləyə tərəf uzadılmalı (bu zaman onun yanında boynunda heyz , hifas, cənabət və s. Qüsslər olan şəxslər olmamalıdır). Çünki mələklər belə şəxslərə nifrət edərlər və onların olduqları yerlərə daxil olmazlar.) və otaqda tək saxlanılmalıdır. Ölüm onun üçün çətin olarsa adətən namaz qıldığı yerə uzadılmalıdır.Əgər onun şəfa tapılmasına ümid olarsa mütləq şəfa tapar, yox əgər bir təsir göstərməzsə elə oradaca canını tapşırar.”İmam Rza (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Can verən şəxs əl-ayaq atsa belə əl vurmayın. Onun əl-qolunu tutmaq cahillərin işidir. Bunu etmək əvəzinə onun yanında Quran oxuyun və Peyğəmbər (s)-ın ailəsinə salavat göndərin.”

Peyğəmbər (s) buyurur: "Ölüm ayağında olan şəxslərə "La ilahə illəlah” kəlməsini təlqin edin. Axırıncı kəlməsi La ilahə illəllah olan şəxs cənnət əhlindən olar.

İmam Baqir (ə)buyurur: "Ölüm ayağında olan kəslərə ,onlara rahatlıq gətirən bu sözləri təlqin edin:

(La ilahə illəllahahul-həliymul kərim La illahə illəllahul-əliyyul əzim Subhanəllahi rəbbussəmavətissəbi və rəbbulərəziynəssəbi və ma fiyhinnə və ma bəynəhunnə və rəbbi-ərşil-əzim vəlhəmdulillahi rəbbil aləmin).

Əli (ə) ölüm ayağında olan ailə üzvlərinə bu kəlmələri təlqin edərdi və ölüm onlar üçün asanlaşardı.

İmam Sadiq (ə) buyurur: "Agah olun ki, Şeytan insandan ölüm ayağında belə əl çəkməz. Son anda ona vəsvəsə edərək dinindən, imanından azdırmaq istər. Ona bu anda təslim olmayan kəslər möminlər və əməl-saleh insanlar olar.”

Peyğəmbər (s) ölüm ayağında olan bir cavanın yanına gəlib ona kəlmeyi şəhadəti təlqin edir. Amma o bunu iqrar etməyə çalışır. Peyğəmbər (s) başının üstündə duran qadından soruşur: Bu cavanın anası varmı? Qadın,onun anası mənəm deyərək cavab verir. Sonra Peyğəmbər (s) onun, oğlundan razı olub-olmadığını soruşur.Qadın altı il danışmadığını bildirir.Peyğəmbər (s) yenidən cavanla La ilahə illəllah kəlməsini iqrar etməyi buyurur. Cavanın dili açılıb təlqini iqrar edir. Peyğəmbər (s) ondan bu qısa müddət ərzində nə gördüyünü soruşur. Cavan cavab verir: Boğazımdan yapışmış çirkin və pis iyli bir kişi gördüm. Peyğəmbər (s) sonra ona bu kəlməni iqrar etməyi buyurun:

(Ya mən yəqbəlil-yəsir və yəfu ənil-kəsiyr iqbəl minəl-yəsir vəfu ənnil-kəsiyr innəkə əntəl ğəfururrəhim).

Sonra cavandan nə gördüyünü soruşur. Cavan cavab verir. Gözümün önündə canlanan qorxunc mövcud yox oldu. Peyğəmbər (s) ona bu təlqini bir daha oxumağı buyurur: Cavan oxuduqdan sonra deyir: "Gözünün önündə nurani bir şəxs canlandı”.

Başqa bir hədisdə deyilir: "Bir kəs vəfat etdiyi zaman ağzını və gözünüzü yumub əllərini böyürlərinə uzadın. Sonra üzərinə parça salıb yanında Quran oxuyun və mümkün qədər tez dəfn edin. Dəfn mərasimindən əvvəl onu tanıyanlara xəbər verin. Birlikdə dəfn mərasimində iştirak edin, meyyit namazını camaatla qılın. Və dəfn etdikdən sonra Allah-təaladan onun bağışlanması üçün dua edin. Belə edərsinizsə həm onlar, həm də siz özünüz savab qazanarsız.Mömin qəbrə qoyulduqdan sonra ona belə bir nida gələr. "Sənin dəfn mərasimində içğştirak edənlərin günahını bağışlayırıq,sənin özünü isə cənnət ilə müjdələyirik.”

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Vəfat edən şəxs müsəlman olarsa cənazəsinin arxasınca hərəkət edin. Kafir olduqda isə cənazənin qarşısında hərəkət etməyə çalışın.”

Peyğəmbər (s) buyurur: "Cənazə gördüyünüz zaman bu duanı oöxusanız ərşin mələkləri ağlaya-ağlaya Allah-təaladan həmən şəxsin bağışlanmasını istərlər.”

(Allahu əkbəru haza maədnəllahu və rəsuluhu və sədəqəllahu və rəsuluhu. Allahummə zidna iymanən və təsliymən. Əlhəmdulillahilləzi təəzzəzə bil-qudrəti və qəhərəl-ibadi bil-məyt).

Imam Baqir (ə) qüsl haqqında buyurur: "Meyyitə qüsl verərkən bu duanı oxumaq meyyitin böyük günahlarının bağışlanmasına səbəb olar.”

(Allahummə innə haza bədənu əbdikəl mumin və qəd əxrəctə ruhəhu və minhu və fərrəqtə bəynəhuma fə əfvəkə əfvək).

Meyyitə qusl verən şəxs meyyitin bədənində olan nöqsanları başqalarına danışmamalııdır. Qüsl verdikdən sonra özü də dərhal məss-meyyit qüsli almalıdır.

"Fiqhur-rza”-da deyilir: "Meyyit qüsli verərkən əlinizi meyyitin qarnına çəkdikdə bu duanı oxusanız əməl dəftərinizə minlərlə xeyirli əməl savabı yazılar.

(Allahummə inni sələktu hubbə Muhəmməd və alihi sələvatukə ələyhim fi bətnihi fəsluk bihi səbilə rəhmətikə).

İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Meyyitə qüsl verib kəfənləyən və onu qəbr evinə yola salan şəxslərin böyük günahları bağışlanar və əməl dəftərinə saysız-hesabsız xeyirli əməlin savabı yazılar.”

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Mömin bir şəxsin dəfn mərasimində iştirak edən şəxslərdən qırx nəfəri birlikdə bu duanı oxuyarlarsa:

(Allahummə inna la nələmu minhu illa xəyrən və əntə ələm bihi minna).

(İlahi! Biz onun haqqında yaxşılıqdan savayı bir şey bilmirik və Sən özün hər şeyi onun barəsində bizdən daha yaxşı bilirsən)

Allah-təaladan nida gələr. "Sizin verdiyiniz şəhadəti qəbul etdim və onun siz bilmədiyiniz günahlarını da bağışladım.”

Başqa bir hədisdə deyilir: "Mömin bir şəxs vəfat etdikdən sonra əməl dəftərinə yazılan ilk şey camaatın onun barəsində olan təəssüratları olar.”

"Meyyiti Qəbrə qoymaq istərkən onu ayaq tərəfindən qəbrə salın. Qəbrə qoyduqdan sonra "Ayətəl-kürsini” və bu duanı oxuyun:

(Bismillah və fi səbiylillah və əla milləti rəsulillah. Allahummə əfsəh ləhu fi qəbrih və əlhiquhu bi nəbiyyihi. Allahummə in kanə muhsinən fəzid fi ehsanihi və in kanə musiən fəğfir ləhu vər həmhu və təcavəz ənhu).

Meyyitin üzünə torpaq tökərkən oxunan dua isə bundan ibarətdir.

(İmanən bikə vətəsdiyqən bibəsik haza ma vəədnəllahu və rəsuluhu).

Dəfn mərasimlərində görülən işlərdən biri də cənazəni dəfn etməzdən əvvəl və sonra oxunan hüzünlü mərsiyələrdir. Qəbirlər ziyarətolunarkən oxunan surə və dualar: Ziyarət zamanı oxunan surələr "Həmd, Nas, Fələq, İxlas, Ayətəl-kürsi, Qədridir.”

Dualar isə bunlardan ibarətdir.

(Allahummə cafil ərzu ən cunubihim və said iləykə ərvahəhumə və ləqihhim minkə rizvanən və əskun iləyhim min rəhmətikə ma tusilu bihi vəhdətəhum tunis bihi vəhşətəhum innəkə əla kullə şəyin qədir).

(Allahummərhəm ğurbətəhu vəsil vəhdətuhu və ənis vəhşətuhu və əmin rəvətəhu vəs kun iləyhi min rəhmətikə ma yəstəğna biha ən rəhmətihi min sivakə vəl-hiqhu bimən kanə yətəvallahu).


Geri dön

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 25 aprel 2015 18:40
  • Məqalə: 694
  • Şərh: 18825
  • Bal:
Allah razı olsun təşəkkürlər.

mene bele xosdur

  • 21 aprel 2015 20:50
  • Məqalə: 0
  • Şərh: 123
  • Bal:
{awards}
Cox sagolun.

De_Ki_Sevirem

  • 21 aprel 2015 13:06
  • Məqalə: 4
  • Şərh: 746
  • Bal:
{awards}
Allah razı olsun təşəkkürlər.

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

Kapriznaya Problemka

  • 21 aprel 2015 13:02
  • Məqalə: 0
  • Şərh: 284
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
CoX SaDe SanMaYiN Meni...!!! AGliNi ElE AlArAm Ki UrEyInDe UsTuNdE BoNuS GeLeR...!!!

AyKe

  • 21 aprel 2015 11:52
  • Məqalə: 1
  • Şərh: 994
  • Bal:
{awards}
Hammisini oxudum cox sagolun.oluler ucun oxunacax dualar haqqindada olsaydi zehmet olmasa...
Tesekkur

--------------------
Ölünce sevemezsem seni._____________*

NIGAR

  • 21 aprel 2015 10:57
  • Məqalə: 878
  • Şərh: 11227
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 64
Cəmi: 93

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 63
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}