Bu günün hava proqnozu

 
Bu günün hava proqnozu



Aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 14-18° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında, əsasən, yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında,əsasən, yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında, əsasən, yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında, əsasən, yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-19° isti təşkil edəcək.



Geri dön

De_Ki_Sevirem

  • 21 aprel 2015 13:07
  • Məqalə: 4
  • Şərh: 746
  • Bal:
Bu gün hava qəşəngdi

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir

Kapriznaya Problemka

  • 21 aprel 2015 13:02
  • Məqalə: 0
  • Şərh: 284
  • Bal:
{awards}
Tesekkurlerrrrrr

--------------------
CoX SaDe SanMaYiN Meni...!!! AGliNi ElE AlArAm Ki UrEyInDe UsTuNdE BoNuS GeLeR...!!!

Awk bir hayal

  • 21 aprel 2015 11:18
  • Məqalə: 137
  • Şərh: 2757
  • Bal:
{awards}
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

NIGAR

  • 21 aprel 2015 10:59
  • Məqalə: 733
  • Şərh: 10514
  • Bal:
{awards}
MəLuMaTa GöRə SaĞ OlUn

--------------------
legend.az/user/imza/legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 36
Cəmi: 57

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 733
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 207
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}