Kişilər ağlamaz?

 
Kişilər ağlamaz?



Dövrümüzdə belə bir qəribə tendensiya mövcuddur.

Özünü narahat edən hər bir məsələ səbəbilə məyus olan oğlan uşaqlarına, "ağlama, kişilər ağlamaz”, "məgər sən qızsan ağlayırsan?” deyilir. Oğlanlar bu kəlimələri gah anadan, gah atadan, gah nənə-babadan, gah müəllimələrindən, gah da ətrafdakı tanıdığı və tanımadığı insanlardan eşidir və düşünür ki, əgər bu qədər insan "kişi ağlamaz” deyirsə, deməli ağlamaz və tədricən ağlamağı tərgidir. Uşağın içinə yığılıb qalmış mənfi hisslər bir çox hallarda özünü aqressiya şəklində büruzə verir. Bu dəfə də uşaq "tərslikdə”, "dalaşqanlıqda” "pis uşaq” olmaqda günahlandırılır. Nəticə etibarilə isə cəzalandırılır. Ağlamaqdan və mənfi hisslərini büruzə verməkdən tamamilə məhrum olmuş oğlan uşaqları daim saatlı bombanı xatırladır.

Yeniyetməlik dövründə isə bu vəziyyət kulminativ nöqtəyə çata bilər. İllərlə hisslərini büruzə vermədiyi üçün daxilində yığılıb qalmış mənfi emosiyalar bu dəfə də "yeniyetməlik böhranı” şəklində üzə çıxa bilər. Lakin, bu halda vəziyyət daha da qəlizləşir. Çünki, yeniyetmələr artıq özünü azad, müstəqil fərdlər hesab edir və tərbiyə prosesi çətinləşir. Ailədə heç kəsin onu başa düşmədiyini fikirləşən zavallı oğlanlar təbii şəkildə onu "başa düşən” həmyaşıdlarına meyl edir. Bir vaxtlar valideynlərini ideal hesab edən uşağın gözündə valideynlərin nüfuzu düşməyə başlayır.

Zamanla cəmiyyət anasının və həyat yoldaşının göz yaşlarına biganə qalan kişilərlə dolmağa başlayır.Çünki bir zaman onun da hisslərinə laqeydlik göstərilmiş, göz yaşlarına və onu incidən səbəblərə səthi yanaşılmış və ona hisslərini ağlamaqla büruzə verməyin yaxşı iş olmadığı izah edilmişdi. Hələ üstəlik ona nümunə olan babalarının, atasının, əmilərinin və dayılarının ağlamasını görməmişdi. Gördüyünü götürən oğlan ailə quracaq qədər yetkin yaşa çatdıqda belə təqsirləndirilməyə davam edir, onu çəkinmədən soyuqluda, "daş ürəklilikdə”, qadınlara qarşı biganə olmaqda günahlandırırlar. Həyatında baş verənlərin kökündə nəyin durduğunu bilməyən oğlan özünü problemli sayaraq ən yaxşı halda, ya Rəbbinə üzünü tutaraq "Allahım məni bu sıxıntıdan qurtar” deyərək gizlin-gizlin göz yaşı tökür və ya səbəb olaraq onun psixoloji durumuna müdaxilə edəcək mütəxəssisə müraciət edir və başına gələnləri danışarkən o ki var ağlayır. Ağladıqca illərdir içinə yığılıb qalan mənfi emosiyalar boşalmağa başlayır. Gəncin qəlbi yumşalır. Ona əzab verən hisslərdən qurtulduqca başqalarının hisslərinə qarşı diqqətli olmağa başlayır. Amma bunun əslində niyə baş verdiyindən xəbərsiz olur. Və bir gün onun oğlan övladı dünyaya gəlir. Ətrafdakıların nə dediyini qavramağa başladığı ilk günlərdən atası ona kişiliyin "qızıl qaydasını” öyrədir: "Bax, oğlum, kişilər ağlamaz…”

Qeyd: Böyüyüb müəyyən yaş həddinə çatmış oğlan uşaqlarına "kişilər ağlamaz” prinsipinin aşılanmasında bir qəbahət yoxdur. Əsas məsələ, uşağın ağlamağa ehtiyac duyduğu dövrlərdə bunu məhdudlaşdırmamaqdır.


Geri dön

..::My Black::..

  • 21 aprel 2015 19:43
  • Məqalə: 277
  • Şərh: 1913
  • Bal:
ღ ĸαвυѕυм ღ,
Çox düz deyirsen canım=)

Onların hisleri yoxdur?Onların qelbi yoxudr?Onlarda ağlar bu nediki çıxadıblarki kişiler ağlamaz!

Nazlim_97_

  • 21 aprel 2015 18:33
  • Məqalə: 28
  • Şərh: 2745
  • Bal:
{awards}
Agalamasada agaladaram:-) - xexe tewekkurler

ღ ĸαвυѕυм ღ

  • 21 aprel 2015 15:45
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
{awards}
what Yeniki burda deyilirki, usaqlarinizi "kisiler aglamaz" deye terbiye etmiyin.
Sizin dediyiniz kimi,onlarinda haqqi var aqlamaqa.Onlarinda qelbi var.Yeni aglama diye diye qeleceyin qeddar bir insanini yetisdirmis olariq. smile

--------------------

Elya Alieva

  • 21 aprel 2015 15:32
  • Məqalə: 115
  • Şərh: 7035
  • Bal:
{awards}
indiki dovurde coxdur bele duwunen kiwiler cavanlar ama mence xecde duzcun fikir deyil meger kiwilerde qelib yoxdurmu?
egerki bir insan aqlamirsa ferq etmez ya kiwi ya qadin o insanin qelbi kirklenib qelbi baqlamisdir demeyki day bir nov behanelerdir dilerve getirirlerki kiwiler aqlamaz kiwinin 1 damci goz yawi 1 qadinin 6 ay zirlamasindan gucludur eger kiwiler aqlamzsa Hz.Peyğember (s.e.v.s) Huseyin (e) Dunyaya gelende ne cun aqladi bizim cun niye aqladiki Qizim Fatime Oğlun Huseyin (e) a bele zulum vereceyler Hesen (e) Zeher verib Zeherliyecekler
Kiwi aqlar ama hiss etdirmez ve qururunu sindirmaz

--------------------
EVLİ MUTLU .......

ღ★Yağmur★ღ

  • 21 aprel 2015 15:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Məncə düzgün fikir deyil bu...Hər insan ağlaya da bilər, gülədə bilər.

sadəcə elə insanlar var ki təklikdə ağlayırlar. Elə buna görə də yəqin elə düşünürlər ki, kişilər ağlamaz

(gozellik)

  • 21 aprel 2015 15:15
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
ne aqlamaz men necesinin sahidi lmusam aqliyar bos seydi ♥♥♥

--------------------
Dost olmaq isterdim

AyKe

  • 21 aprel 2015 15:04
  • Məqalə: 1
  • Şərh: 994
  • Bal:
{awards}
Ama.ele oglan varki aglaya bilmir mence

--------------------
Ölünce sevemezsem seni._____________*

jasmin022

  • 21 aprel 2015 13:57
  • Məqalə: 1
  • Şərh: 3155
  • Bal:
{awards}
niyeki aglaya biler..sevgilisin itiren, anasin atasin, baci qardasin itiren nece aglamasinki

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

Darling

  • 21 aprel 2015 13:45
  • Məqalə: 910
  • Şərh: 11460
  • Bal:
{awards}
niyə ağlamırkı boş söhbətdir. onlarında qəlbi var onalrda ağlaya bilərlər ağlayar niyə ağlamırlar what

--------------------
http://mail.mp3.legend.az/user/imza/http://mail.mp3.legend.az/user/imza/

De_Ki_Sevirem

  • 21 aprel 2015 13:35
  • Məqalə: 4
  • Şərh: 746
  • Bal:
{awards}
Kişillər ağlamaz.

--------------------
Xoşbəxtlik pulda deyil,qoluna girəndədir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 41

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 28
Cəmi: 134
 
The Shield
Xəbərləri: 25
Cəmi: 290
 
Darling
Xəbərləri: 25
Cəmi: 910
 
aytc.sza
Xəbərləri: 20
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 14
Cəmi: 574
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 9
Cəmi: 68
 
♔Hе важно∞
Xəbərləri: 8
Cəmi: 297
 
Jesicca
Xəbərləri: 8
Cəmi: 48
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}