Şəhid və Şəhadət

 
Şəhid və Şəhadət

Əli Şəriəti “Şəhid tarixin qəlbidir” deyib. Mən deyərdim ki, şəhid yalnız “tarixin qəlbi” deyil, həm də “tarixin dilidir”. Siz heç vurulduqdan sonra qaçan at görmüsünüzmü? Şəhid vurulduqdan sonra qaçmağa davam edən küheylandır.

Şəhid və şəhadət Quranda məlum olan mənalardan başqa digər mənalarda da istifadə olunur. Gözə çarpan, öndə olan, arada vasitəçi, adil, haqqı söyləyən, xəbər çatdıran, model, örnək və şahid bu mənalardan bəziləridir. “Şəhid!” birinci anlamı ilə Rəbbinə “Şahid” olandır!
“Rəbbin Adəmoğlunun belindən nəslini çıxarıb, onların özlərini şahid tutaraq “Mən sizin Rəbbiniz deyiləmmi?” demişdi. Onlar da “Bəli biz şahidik” demişdilər.” (Əraf, 172)
Şəhid Rəbbinin rübubiyyətinə şahiddir. Bu şəhadəti gizlədərsə “zalım”, əksini söyləyərsə “xain” olar. Onun ilk vəzifəsi şahid olduğu bu həqiqəti gizlətmədən, dəyişdirmədən, əskiltmədən, artırmadan həyatına tətbiq etmək və insanlığa çatdırmaqdır. Rəbbi ilə arasında bağlanan bu müqaviləyə sadiq qaldığı təqdirdə “Şəhadətnamə” almağa laiq olan bir “şəhid” olacaq. Rəbbinin rübubiyyətinə şahid olan bir “şəhid”in üzərinə düşən vəzifə bu şəhadəti insanlığa çatdırmaqdır. Yəni “insanlğa şahid olmaq.”

Ayədə də buyurulduğu kimi: “Və məhz beləcə sizi tarazlığı qoruyan bir ümmət qıldıq ki, insanlığa şəhidlər/örnəklər olasınız. Peyğəmbər də sizə şəhid/örnək olsun.” (Bəqərə, 143)

Bu ayədə “şəhid” tamamilə “örnək, model” mənasında istifadə olunmuşdur. Allahın rübubiyyətinə şahid olan “Quranın əxlaqı ilə əxlaqlanır.” Kainat bu əxlaqın əşyaya çevrilmiş şəklidir. Əxlaqı Quran olan Hz. Peyğəmbər Qurani əxlaqı vəhyin xəbər verdiyi “möhtəşəm əxlaq” üzərində qurmuşdur. Məhz bu formanı qazanan şəxs insanlığa örnək (şəhid) olmaq sifətini də qazanmış olur. İnsanlığa örnək olmaq sifətini qazanmayan şəhid olmayacaq. Bu mənada şəhid olmağı bacaran şəxs həyatını, insanlığı imanına şahid göstərəcəkdir. Özü Allahın rübubiyyətinə şahidlik etdiyi üçün, Allah da onun ubudiyyətinə (qulluğuna) şahidlik edəcəkdir. Bir sözlə: “Allaha şahid olan və Allahı şahid tutan həqiqi bir şəhid olacaq.”

Ayədəki “Peyğəmbər də sizə şəhid olsun” cümləsində Peyğəmbərin örnəkliyi göstərilir. Bu halda ayə belə də oxuna bilər: “Peyğəmbər sizə örnək olsun, siz də insanlığa...”
Peyğəmbər şəhid oldu və Allah Təala onun örnəkliyini təsdiq etdi. Növbə özünü o Peyğəmbərin ümməti hesab edənlərdədir. Şəhadət Allah yolunda yaşamaq və o yolda ölməkdir. Şəhadət insanın özünü “Allah vəqf” etməsidir. Unutmayın ki, “necə yaşayırsınızsa elə də ölərsiniz, necə ölərsinizsə elə də dirilərsiniz, necə dirilərsinizsə elə də məhşərə aparılacaqsınız.”
Şəhid “Bütün arzularım, ibadətlərim, həyatım və ölümüm Allahın sonsuz varlığına hədiyyə olsun” deyə and içən, bu andını yerinə yetirmək üçün dualarını, ibadətlərini, həyatını və ən sonunda canını imanına şahid göstərəndir. Bax belə bir şəhidlik, öldükdən sonra yaşamaqdır. Şəhadətin sirri budur. Bu sirrə çatanların hələ də yaşadıqlarını görmürsünüzmü? Bədənləri ilə aramızda olmuş olsalar, şəhadətləri ilə etdiklərinin mində birini edə bilməzdilər. Başqa sözə ehtiyac varmı? Şair demiş:

Gül üzlü gözəl ölüm,
Səni hər gün ölərəm.


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 aprel 2015 18:37
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
Allah Razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 36
Cəmi: 52

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}