Azərbaycanda tələbə qəbulu planının hazırlanması vaxtı tezləşdirildi

 
Azərbaycanda tələbə qəbulu planının hazırlanması vaxtı tezləşdirildi

Azərbaycanda ali məktəblərdə dövlət sifarişi üzrə tələbə qəbulu planının hazırlanması vaxtı tezləşdirilib
Nazirlər Kabinetindən verilən məlumata görə, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərara müəyyən dəyişikliklər edilib.

Yeni qərarla rezidentura səviyyəsində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi əsasında kadr hazırlığının aparılması məqsədilə təkliflərin verilməsi vaxtı müəyyənləşib. Bununla yanaşı, bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi ilə bağlı sahə nazirliklərinin hökumətə təklifləri vermə müddəti də tezləşdirilib.

Bundan sonra bakalavriat, magistratura, rezidentura səviyyələrinə hər tədris ili üçün sahə nazirliklərinin razılaşdırılmış təklifləri hər il martın 1-dək (İndiyədək isə hökumətə bakalavriat və magistratura səviyyələri üzrə bu təkliflər mayın 1-dək təqdim edilirdi) Nazirlər Kabinetinə təqdim edilməlidir.

Yeni qərara əsasən, Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə bakalavriat, magistratura, rezidentura səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planı barədə təkliflərini həmin ilin aprel ayının 1-dək Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim etməlidir.

Yeni qərara görə, dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri hər tədris ili üzrə təkliflərini hər il fevralın 1-dək (bu müddət indiyədək aprelıin 1-dək idi) Təhsil Nazirliyinə təqdim etməlidirlər.


Yeni qərar əsasında ali təhsil müəssisələrində rezidentura səviyyələrində də dövlət sıfarişi ilə kadr hazırlığının maliyyələşdirilməsi qaydaları, eyni zamanda ali təhsilin rezidentura səviyyəsi üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşib.

İndiyədək bu qaydalar bakalavriat və magistratura səviyyəsi üzrə kadr hazırlığına şamil edilirdi. Yeni qərara əsasən, magistratura səviyyəsi üzrə hər bir təhsil alana düşən xərclərin miqdarı bundan sonra rezidentura səviyyəsi üzrə təhsil alanlara da aid ediləcək.


Geri dön

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 24 aprel 2015 02:07
  • Məqalə: 694
  • Şərh: 18819
  • Bal:
tesekkurler..

Krasavcikaya_v_onlin

  • 23 aprel 2015 21:04
  • Məqalə: 92
  • Şərh: 1687
  • Bal:
{awards}
xeber cun saqolun

--------------------

NIGAR

  • 23 aprel 2015 20:54
  • Məqalə: 727
  • Şərh: 10499
  • Bal:
{awards}
what XƏBƏRƏ GÖRƏ SAĞ OLUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 69

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}