Ana haqqına dəyər verən Peyğəmbərin (sav) Ümməti Olaq..

 
Ana haqqına dəyər verən Peyğəmbərin (sav) Ümməti Olaq..


Olduğumuz bu müqəddəs ayda günlər addım-addım irəliləyərkən 14 əsr əvvəldə yaşananları xəyal edənlərimiz var, hərhalda. Cahiliyyə dövrü olaraq adlandıran o zamana günəş kimi doğulmuş işıq olub aydınlatmıştı Əfəndilər Əfəndisi (s.ə.s.) ...
İnsanlar o zamandan bu yana yeni doğulmuş körpə kimi dinimizin əmrlərindən xəbərsiz ikən bir- bir öyrəndi Rəbbinin istək, əmr və qadağanlarını o Müqəddəs rəhbərdən.
Görəsən biz, o sultanlara sultanlığı öyrədən Könüllər Sultanını istənilən ölçüdə bilə bildikmi? Onun necə bir yoldaş, necə bir ata, necə bir övlad olduğunu nə dərəcədə öyrənə bildik?

Bəli, özü və mövqeyi etibarilə kainatda olduğu qədər həyatımızın da rəhbəri olan Peyğəmbər Əfəndimiz (sav) hələ dünyaya gəlmədən əvvəl atasını, 4 yaşında ikən anasını itirmişdi. Həm yetim, həm də tək böyümüşdü. O ana atasız yetişsə də tərbiyəsini Aləmlərin Rəbbi Uca Allah vermiş, himayəsini də yenə o reallaşdırmışdı.
Anasını dünya gözüylə nə qədər az görsə də, yenə onun haqqını və dəyərini, Əfəndimizdən (s.ə.s.) çox bilən və izah edən yoxdur. Onlara "uf" belə deməməmizi ifadə edən Peyğəmbər, yenə onlara mərhəmət və təvazökarlıq qanadının gərməmizi ifadə edir. Quranın ifadəsiylə Allah (cc ) və Rasulundan (sav) sonra ən çox haqqı olan ana və ata olduğu kimi, sevgi və hörmətə ən çox layiq olan da onlardır.
Peyğəmbər Əfəndimizin yanına gələn biri belə dedi: "Allahdan savab və mənəvi qarşılıq gözləmək niyyəti cihad etmək və hicrət etmək üzərinə sizinlə beyət etməyə gəldim."
Peyğəmbər Əfəndimiz: "Ana-atandan biri sağ mı?" "Hər ikisi də sağdır." "Allahdan savab istərsənmi?" "Bəli, ya Rəsulullah." "Elə isə ana-atanın yanına qayıt, onlara xidmət et."

Ana-ata heç bir şəkildə ayırd edilməz, biri o birisindən seçilməz, birinin sevgisi digərinin önünə keçməz. İki gözümüz var hansını birindən üstün tuta bilərik. Lakin Əfəndimizin hədislərinə baxdığımızda ana hüququnun ata haqqından üç misli çox olduğunu görürük. Əbu Hüreyrə rəvayət edir; Peyğəmbər Əfəndimizin hüzuruna bir adam gəldi və soruşdu: "Ya Rəsulullah, ən çox kimə yaxşılıq və ehsan etməliyəm?" "Anana." "Sonra kimə?" "Anana." "Sonra kimə?" "Anana." "Sonra kimə?" "Sonra atana. "
Ana-ata hüququnun əhəmiyyətini ifadə etdik. Sizi 9 ay min çətinliklərlə qarınında daşıyan ananızın haqqı o çətin günlərdə başlayır. Bununla əlaqədar yenə Əfəndimizin hüzuruna gələn biri; "Ya Rəsulullah, mən anamı isti bir gündə çiynimə alıb iki verst yol yeridim. Hava o qədər isti idi ki, əgər bir ət parçası yerə atılsa dərhal bişərdi. Görəsən onun haqqını ödəmiş oldum mu? "
Peyğəmbər Əfəndimiz bu cavabı verdi: "Sənin bu xidmətin, onun bir doğum sancısını bəlkə qarşılayar."
Ana-ata haqqı ilə əlaqədar hədislərə baxdığımızda cənnətə yaxınlaşmadan yaxud cənnətdən uzaqlaşmadan onlara qarşı münasibətimizin nə qədər təsirli olduğunu görürük. Əslində bizlər də bir valideynik, yaxud valideyn olmağa hazırlaşırıq.
Bizlər necə övladlar istəyiriksə, o şəkildə övlad olmaq bu mövzuda ən əhəmiyyətli düsturumuz olsun.
Unutmayaq, cənnətin anaların ayaqları altında olduğunu ...


Geri dön

Nazlim_97_

  • 24 aprel 2015 12:41
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
Allah razi olsun,coxsaqol

Elya Alieva

  • 24 aprel 2015 11:34
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
serxlerviz ucun tsklar

--------------------
UREYIM...I MEN

вคɴค iкiмizi คɴlคт ❤

  • 24 aprel 2015 02:05
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

jasmin022

  • 24 aprel 2015 00:36
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
"Ya Rəsulullah, ən çox kimə yaxşılıq və ehsan etməliyəm?" "Anana." "Sonra kimə?" "Anana." "Sonra kimə?" "Anana." "Sonra kimə?" "Sonra atana. "

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

Krasavcikaya_v_onlin

  • 23 aprel 2015 21:07
  • Məqalə: 92
  • Şərh: 1692
  • Bal:
{awards}
Ellerve saqliq Ureyim. love

--------------------

Pıtırcık

  • 23 aprel 2015 20:50
  • Məqalə: 389
  • Şərh: 9519
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

sessiz deniz

  • 23 aprel 2015 20:38
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunn

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}