Oğru olmaq istəyirəm

 
Oğru olmaq istəyirəm

Qoy milislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Coxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!...

Insanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!

Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri...
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!

Axı, nə iş görmuşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!...

Birisini yıxmaq üçün
Ikisinin ülfətini,
Insanların ürəyindən
Her kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
Iki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!

Araz axır...
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Neçə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!

Indi neçə dövlətlərdən
Məzlumların ah-zarını,
Yad torpaqda yatib qalan,
Əsrlərın arxasından
Qollarını çatib qalan
Kərbəladan Fizulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirem!

Ne gizlədək, bilir hami
Tonqal çatib yandirirlar
bu cahanı.
Qəlbim deyir:
Bir azəri məsəlini yadina sal:
“Oğrudan-oğruya halal...

Prometey oğurlayıb
Insanlara verən odu
Oğurlamaq isteyirem!

Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm !!!


Nüsrət Kəsəmənli



Geri dön

deniz sultanli

  • 25 aprel 2015 21:07
  • Məqalə: 15
  • Şərh: 51
  • Bal:
super seirdi

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 24 aprel 2015 01:37
  • Məqalə: 694
  • Şərh: 18822
  • Bal:
{awards}
Araz axır...
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Neçə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!

^^KuKuLKa^^

  • 24 aprel 2015 00:08
  • Məqalə: 771
  • Şərh: 11386
  • Bal:
{awards}
Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri...
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!

--------------------

jasmin022

  • 23 aprel 2015 21:56
  • Məqalə: 1
  • Şərh: 3155
  • Bal:
{awards}
Birisini yıxmaq üçün
Ikisinin ülfətini,
Insanların ürəyindən
Her kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
Iki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

ARCUN

  • 23 aprel 2015 21:39
  • Məqalə: 52
  • Şərh: 372
  • Bal:
{awards}
Sef Elemiremse Nusret Kesemenliye Ayiddi

hee indi oxudum awaqida da yazilib gozel weyirdi

--------------------
Çirpma Divarlara gəlməsin Əllərin Saatdan Acığını Çıxma İllərin Ailədə Qurdun Ancaq Şəkillərin Saxladin İllər Boyu Telefonda Sonda Nə Tapdin Onda

NIGAR

  • 23 aprel 2015 21:28
  • Məqalə: 873
  • Şərh: 11182
  • Bal:
{awards}
EŞİTMİŞƏM ŞERİ SAĞ OLUN.GƏŞƏNG ŞERDİR

--------------------
legend.az/user/imza/legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 66

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}